![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Səffar deyir: Bir gün İmam Baqirin (əleyhis-salam) səhabələri onun hüzurunda oturmuşdular. Həzrət buyurdu: Təəccüb edirəm o kəslərə ki, bizim vilayətimizi (rəhbərlik haqqımızı) qəbul və bizi İmam hesab edirlər, bizə itaət etməyi Allaha itaət etmək kimi özlərinə vacib etmişlər, lakin öz əməllərində süstlük etməklə bizim məqamımızı alçaldırlar, bizim məqamımızı bilib tanıyanlara, bizim fəzilətimizi bəyan edənlərə irad tutur, onlara mübaliğə nisbəti verirlər. Güman edirsiniz ki, aləmlərin Allahı öz dostlarına itaət etməyi, tabe olmağı xalqa vacib edib asimanların və yerin xəbərlərini onlardan (İmamlardan) gizli saxlasın və onlara və başqalarına baş verən hadisələri onlara xəbər verməsin?
Həmran dedi: –Canım sənə fəda olsun, mənə xəbər ver görüm Əliyyibni Əbitalib, Həsən və Hüseyn (əleyhimüs-salam) Allah dini yolunda qiyam etdilər, halbuki, zülm, tüğyan əhli onlara zəfər çaldı. Bu necə olan işdir?
Həzrət Baqir (əleyhis-salam) buyurdu: –Ey Həmran! İlahi elmdə belə yazılmış, qəzavü-qədərdə belə qərar qoyulmuşdu. Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm)-in buyurduğuna görə "Bizdən (İmamlardan) xüruc (qiyam) edən və sakit olan hər bir şəxs elm və agahlıq üzündən xüruc etmiş, elm və agahlıq üzündən sakit olmuşlar. Ey Həmran, əgər bəla nazil olma və zülm əhli onlara (İmamlara) qələbə çalırdılarsa onlar həmişə Allahdan istəyirdilər ki, o tüğyançıların mülkünü, padşahlığını məhv etsin, onları qəbul etsəydi, və o bəlaları onlardan dəf etsəydi, tüğyançıların padşahlıqlarını təsbehin ipinin qırılmasından və dənələrinin bir-birindən ayrılmasından da tez bir zamanda məhv edərdi. Amma İmamlar (əleyhis-salam) təslim olmaq razılıq məqamında idilər və Allahın onlar üçün məsləhət gördüyü işlərdən qeyrisini istəmirdilər. Ey Həmran, onlara üz verən (müsibətlər) günah üzündən deyildi ki, o günahı görmüş olalar, yaxud Allahla müxalifət etməmişdilər ki, onun cəzasına çatmış olalar. Lakin bu müsibətlərin səbəbi bu idi: Allah istəyirdi ki, onlar bu müsibətlərin vasitəsi ilə behiştdə yüksək (mənəvi) məqamlara çatsınlar. Ey Həmran, onların barəsində pis fikirləşmə, Aşura günü İmam Hüseynin (əleyhis-salam) dostları, köməkçiləri qılınc, nizə zərbələrindən özlərində heç bir dərd, ağrı hiss etmirdilər. Bu barədə İmam Baqir (əleyhis-salam) buyurdu: "Cəddim Hüseyn (əleyhis-salam)-ın fədakar köməkçiləri düşmənin qılınc, nizə zərbələri altında ağrı hiss etmirdilər.”
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |