» » Şiənin xüsusiyyətləri


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Şiənin xüsusiyyətləri
    +5
    Müəllif: Ewqi_Kerbela | 5-12-2014, 15:00 | Baxılıb: 1 773
     
     
     Şiənin xüsusiyyətləri

    Bəziləri İmam Əlinin (ə), İmam Sadiqin (ə) şiəsi olduqlarını iddia edir, lakin əməldə onlara tabe olmurlar. Digər din və məzhəblərdən olan müxaliflər də bu adamların əməllərini görür və bunun həqiqi şiəlik olduğunu güman edib ikrah hissi ilə yanaşırlar. İmamlardan (ə) nəql olunan rəvayətlərdə şiələrin bir çox xüsusiyyətləri öz əksini tapmışdır ki, bunların bəzilərinin onun müsəlman olmasında rolu var, bəziləri isə sadəcə kamillik rəmzidir. Həqiqi şiə o şəxsdir ki, bütün əxlaqi sərvətləri özündə cəmləsin və bu baxımdan nümunə olsun. Bu fəsildə Əhli-beytdən (ə) gələn rəvayətlərdə qeyd olunan şiəlik xüsusiyyətlərini diqqətinizə çatdıracağıq. Şiənin nişanələri:
    1. İmam Sadiq (ə) buyurmuşdur: "Bizim şiələrimiz təqvalı, çalışqan, vəfalı, əmanətdar, zahid və ibadətkardırlar. Onlar gün ərzində əlli bir rəkət namaz qılırlar (yəni vacib namazlardan başqa müstəhəb namazları da qılırlar). Onlar gecəni ibadətlə məşğul olar, gündüzləri oruc tutarlar. Zəkatlarını verər, həccə gedər və hər növ çirkin əməldən çəkinərlər.
    2. "Bizim şiələrimiz yaxşı işlərdə qabaqcıl olar, pis işlərdən çəkinərlər. Onlar yaxşılıqları üzə çıxarar (canlandırarlar), Allah əmrinin icrasına tələsərlər. Bu, Allahın rəhmətinə meyilli olmalarından doğur. Bu xüsusiyyətlərə malik olan (şəxs) bizdəndir, bizə mənsubdur və harada olursaq, bizimlədir”
    3. İmam Baqir (ə) buyurur: "Bizim şiələrimiz yalnız Allahdan qorxan və ona itaət edənlərdir. Onlar təvazökarlıqla, əmanətdarlıqla, Allahı çox yad etməklə və ondan qorxmaqla məşhurdurlar”
    4. "Həqiqətən, şiə o kəsdir ki, qarnını və şəhvətini cilovlasın, cihadda möhkəm olsun. Yalnız yaradanı üçün iş görsün, onun savabına ümid bəsləyib, cəzasından qorxsun. Belələrini görsən, onlar Cəfəri şiəsidirlər”
    5. "Bizim şiələrimiz bir neçə xüsusiyyətlə tanınırlar: səxavət, qardaşlarına qarşı əliaçıqlıq və gün ərzində əlli yeddi rəkət namaz qılmaqla”
    6. "Müxtəlif məzhəblər sizi çaşdırmasın. And olsun Allaha, bizim şiələrimiz yalnız Allaha itaət edənlərdir”
    7. İmam Əli (ə) buyurur: "Bizim şiələrimiz vilayətimiz yolunda əliaçıqlıq edənlər, sevgimiz yolunda biri-birini sevənlərdir. Onlar bizim tapşırıqlarımızı yaşatmaq üçün bir-birlərinə baş çəkməyə gedər, qəzəbləndikdə kimsəyə zülm etməz, razı olduqları halda israf etməz, qonşularına bərəkət, yoldaşlarına əmin-amanlıq, səmimiyyət gətirərlər”
    8. "Şiələrimiz Allahı tanıyanlar, əmrlərinə tabe olanlardırlar. Onlar fəzilət sahibi, düz danışanlardırlar. Geyimləri ortadır və (xalq arasında) təvazökarlıqla davranarlar”
    9. Abdullah ibn Ziyad deyir: "Minada İmam Sadiqi (ə) gördüm. Salamdan sonra dedim: "Biz həmişə sizi görmək şərəfinə nail olmayan bir qövmük. Bizə tövsiyələrinizi bildirin”. Həzrət (ə) buyurdu: "Təqvalı olun, düz danışın, əmanətdar olun. Həmsöhbət olduğunuz adamla yaxşı davranın. Bir-birinizə salam verin, (ac olanınızın qarnını) doyurun. Onların (əhli-sünnənin) məscidlərinə gedin. Xəstələrinə baş çəkin. Dəfn mərasimlərində iştirak edin. Çünki atam mənə buyurmuşdur: "Həqiqətən, biz Əhli-beytin (ə) şiələri insanların ən yaxşılarıdırlar. Fəqihlər onlardan olar, rəhbər onlardan olar. Siz də belə olun. Elə yaşayın ki, insanların sevgisi bizə cəlb olsun. Xalqda bizə qarşı kin oyadacaq şəkildə həyat sürməyin”
    10. İmam Kazım (ə) buyurur: "Həqiqətən, Əli (ə) şiəsi əməli sözünü təsdiq edən şəxsdir”.
    11. İmam Sadiq (ə) buyurur: "Əgər bizim şiələrimiz (imanda, əməldə) möhkəm olarlarsa, mələklər onlarla qol-boyun olar, buludlar üzlərinə kölgə salar, gündüzləri ilahi nurun şüaları altında belə nemətlə əhatə olunar, Allahdan istədikləri hər dilək həyata keçər”
    12. Zeyd Şəhham deyir: "İmam Sadiq (ə) mənə buyurdu: "Mənə tabe olanınıza, məndən göstəriş alanınıza salamımı çatdır. Mən sizi təqvaya, Allah yolunda çalışmağa, düzgün danışmağa, əmanətdarlığa, davamlı səcdəyə və qonşulara xoş münasibətə dəvət edirəm. Peyğəmbər (s) bunlar üçün göndərilmişdi. Sizi etibarlı hesab edib əmanət tapşıranların, yaxşı və ya pis olmasından asılı olmayaraq, haqqını ödəyin. Peyğəmbər (s) daim (hətta əmanət) sap və parçanın belə qaytarılmasını əmr edərdi. Qohumlarınızla əlaqə saxlayın. Onların dəfn mərasimlərində iştirak edin. Xəstələrinə baş çəkin. Haqlarını ödəyin. Hansınız dinində təqvalı, düz danışan, əmanətdar, səmimi olsa, "Bu, cəfəri şiəsidir” - deyilər. "Bu cəfəri ədəb-ərkanlıdır” deyilməsi məni razı salar. Allaha and olsun, atam mənə buyurdu: "Əli (ə) şiələrinin öz qövmü arasında zinət olanı hamıdan çox əmanətdar olan, düz danışan, digərlərinin hüquqlarına hörmətlə yanaşanıdır. Xalqın vəsiyyətləri, əmanətləri onlara etibar edilər. Qövmləri arasında onlar haqqında soruşular: "Kim filankəs kimidir? O, hamıdan əmanətdar, sözündə düzdür”
     
     
    Şiə və Din qardaşlarına yardımı

     
    Bir nəfər İmam Baqirin (ə) yanında şiələrin çoxluğundan söhbət açdıqda həzrət (ə) buyurdu: "Onların imkanlısı yoxsuluna mərhəmət edirmi? Əməlisalehi günahkarının xətasından keçirmi? Bir-birlərinə qarşı bərabər hüquqludurlarmı?”
    Rəvayətçi "Xeyr” deyə bildirdiyini deyir. Bu zaman həzrət (ə) buyurur: "Onlar şiə sayılmırlar. Şiə bu xüsusiyyətlərə malik insanlardır” Məhəmməd ibn Əclan deyir: "İmam Sadiqin (ə) yanında idim. Bir şəxs daxil olub salam verdi. Həzrət (ə) ondan soruşdu: "Qardaşların necədirlər?”. O, onları tərifləməyə başladı. Həzrət (ə) buyurdu: "İmkanlıların yoxsullara baş çəkməyi necədir?” Azdır. İmkanlıların yoxsulları nəzərə alması necədir? Azdır. İmkanlıların yoxsullara bəxşişi necədir? Siz elə bir şey haqqında soruşursunuz ki, onlar bizim xalqın arasında çox azdır. Bəs sən onların şiə olduqlarını necə düşünürsən?”
     
    Kitabın adı: Haqqın izi ilə
    Müəllif: Əli Əsğər Rizvani

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: tofiq abdullayev | Status: İstifadəçi Offline | 5 Aralık 2014 20:23 | İstifadəçi | Şərh yazdı
    ŞİƏ OLMAQ FƏXRDİR.ŞİƏ OLMAQ ÇOX ÇƏTİNDİR.ALLAH BİZİ LAYİQLİ ŞİƏLƏRDƏN QƏRAR VERSİN.AMİN
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.