» » Nahiyeyi müqəddəsə ziyarəti


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Nahiyeyi müqəddəsə ziyarəti
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 24-11-2015, 18:00 | Baxılıb: 3 844
     

    Nahiyeyi müqəddəsə ziyarəti


    Salam olsun Allahın yaratdıqları içindən seçilmiş Adəmə.

    Salam olsun Allahın vəlisi və seçilmişi Şeysə.

    Salam olsun Allah höccətini bərpa edən İdrisə.

    Salam olsun duası qəbul olunmuş Nuha.

    Salam olsun Allah tərəfindən çoxlu köməklər alan Huda.

    Salam olsun Allahın kəramət tacı bağışladığı və böyük saydığı Salehə.

    Salam olsun Allahın xüsusi dostluq etdiyi İbrahimə.

    Salam olsun Allahın behişt qurbanlığı fəda etdiyi və onu azad etdiyi İsmailə.

    Salam olsun Allahın peyğəmbərliyi onun nəslində qərar verdiyi İshaqa.

    Salam olsun Allahın Öz rəhməti ilə gözünün nuru yenidən qaytarılan Yəqubə.

    Salam olsun Allahın Öz əzəməti ilə quyudan nicat verdiyi Yusifə.

    Salam olsun Musaya ki, Allah öz qüdrəti ilə onun üçün dəryanı yardı.

    Salam olsun Allahın peyğəmbərliyinə məxsuslanan Haruna .

    Salam olsun Şüeybə ki, Allah ona ümmətinə qarşı kömək etdi.

    Salam olsun Allah  tərəfindən tövbəsi qəbul edilən Davuda.

    Salam olsun Allah Öz izzəti ilə cinləri ona aciz edən Süleymana.

    Salam olsun Allahın xəstəlikdən şəfa bağışladığı Əyyuba.

    Salam Allah Öz vədəsini onun üçün vəfa etdiyi Yunusə.

    Salam olsun Allah onu öldürdükdən sonra bir də diriltdiyi Üzeyrə.

    Salam olsun qəm və möhnətlərə səbr edən Zəkəriyyəyə.

    Salam olsun Yəhyaya ki, şəhid olduğu üçün Allah onu özünə yaxın etdi.

    Salam  olsun ruhullah və kəlimətullah olan İsaya.

    Salam olsun Allahın həbibi və seçilmişi Məhəmmədə.

    Salam olsun Peyğəmbərlə (s) xüsusi qardaşlığı olan, Əbu Talibin oğlu Əmir əl-möminin, Əliyə.

    Salam olsun Peyğəmbərin (s) qızı Fatimeyi Zəhraya.

    Salam olsun atasının vəsisi və canişini Əbu Məhəmməd Həsənə.

    Salam olsun Hüseynə ki, onun nəfsi, qanının (həqq yolunda) tökülməsi ilə böyüklük etdi.

    Salam olsun o kəsə ki, Allaha gizlində və aşkarda itaət etdi.

    Salam olsun o kəsə ki, Allah şəfanı onun qəbrinin torpağında qərar verdi.

    Salam olsun o kəsə ki, şərəfli günbəzinin altında Allah düaları qəbul edir.

    Salam olsun o kəsə ki, imamlar onun nəslindəndir.

    Salam olsun sonuncu peyğəmbərin oğluna.

    Salam canişinlərin seyidinə.

    Salam olsun Fatimeyi Zəhranın oğluna.

    Salam olsun Xədiceyi Kübranın oğluna.

    Salam olsun Sidrətul-Müntəhanın oğluna.

    Salam olsun Cənnətul-Məvanın (əbədi behişt) oğluna.

    Salam olsun Zəmzəm və Səfanın oğluna.

    Salam olsun qanına boyanana.

      Salam olsun xeymələrinə hörmətsizlik olunana.

      Salam olsun Kisa əshabının beşincisinə.

      Salam qəriblər qəribinə.

      Salam olsun ən yaxşı şəhidə.

      Salam olsun haramzadələrin əli ilə öldürülənə.

      Salam olsun o kəsə ki, göylərin mələkləri ona ağladılar.

      Salam olsun o kəsə ki, övladları ən pak insanlar idilər.

    Salam olsun dinin padişahına.

    Salam olsun Allahın aydın dəlillərinin mənzillərinə.   

    Salam olsun imamlara və ağalara.

    Salam olsun sinələri qana boyananlara.

    Salam olsun susuzluqdan quruyan dodaqlara.

    Salam olsun ayrılan canlara.

    Salam olsun aparılan ruhlara.

    Salam olsun üryan qalan bədənlərə.

       Salam  olsun aclıqdan rəngi qaçmış bədənlərə.

    Salam olsun olsun axan qanlara.

       Salam olsun kəsilmiş əzalara.

    Salam olsun nizəyə vurulmuş başlara.

       Salam olsun hicabları əllərindən alınmış qadınlara.

    Salam olsun aləmlərin Rəbbinin höccətinə.

    Salam olsun sənə (ey Hüseyn) və sənin pak ata və babalarına.

    Salam olsun sənə və sənin şəhadəttələb övladlarına.

    Salam olsun sənə və sənin köməkçi nəslinə.

    Salam olsun sənə və sənin qəbrinin ətrafındakı mələklərə.

    Salam olsun məzlumcasına öldürülənə.

    Salam olsun zəhərlə öldürülmüş qardaşına (imam Həsənə). Salam olsun Əli Əkbərə.

    Salam olsun balaca südəmərə (Əli Əsğərə).

    Salam olsun libasları qarət olunmuş bədənlərə.     

    Salam olsun Peyğəmbərə (s) ən yaxın nəsilə.

    Salam olsun səhralarda yerdə qalanlara.

    Salam olsun öz vətənlərindən uzaq düşənlərə.

    Salam olsun kəfənsiz dəfn olunanlara.

    Salam olsun bədənlərdən ayrılan başlara.

    Salam olsun o kəsə ki, müsibətlərə Allaha xatir dözdü və səbrli idi.

    Salam olsun məzlum öldürülənə və köməksiz qalana.

    Salam olsun o kəsə ki, pak torpaqda sakin oldu.    

    Salam olsun əzəmətli günbəz sahibinə.

    Salam olsun o kəsə ki, Cəlil Allah onu pak qərar verdi.   

    Salam olsun o kəsə ki, Cəbrail onunla fəxr edirdi.

    Salam olsun o kəsə ki, Mikail beşiyində ona lay-lay deyirdi.

    Salam olsun o kəsə ki, onunla bağladıqları əhdi pozdular.

    Salam olsun o kəsə ki, hörmətini saxlamadılar.    

    Salam olsun o kəsə ki, qanını nahaq və zülm ilə tökdülər.

    Salam olsun o kəsə ki, nizələrələ vururdular.

    Salam olsun o kəsə ki, ona zülm etdilər və qanını tökməyi halal saydılar.

    Salam olsun o kəsə ki, hamının gözü qarşısında başını bədənindən ayırdılar və heç kim bir söz demədi.

    Salam olsun o böyük şəxsiyyətə ki, kənd camaatı dəfn etdilər.

    Salam olsun o kəsə ki, boynunun damarlarını kəsdilər.

    Salam olsun köməksiz qalan himayətçiyə.

    Salam olsun saqqalı qana boyanana.

    Salam olsun üzü torpağa boyanana.

    Salam olsun o bədənə ki, libaslarını qarət etdilər.     

    Salam olsun o mübarək dişlərə ki, çubuqla (xeyzəran) vururdular.

    Salam olsun nizədə yuxarı qaldırılmış başa.  

    Salam olsun səhralarda libassız qalmış bədənlərə.

    Salam olsun sənə, ey mənim mövlam və şərəfli günbəzinin ətrafında qanad açan mələklərə ki, pak qəbrini dövrələyiblər və sənin hərəminin təvafına məşğuldurlar və ziyarət etmək üçün daxil olurlar.

    Salam olsun sənə. Mən səni ziyarət etmək qəsdi ilə gəlmişəm və ümidvaram sənin yanında doğruçu olam.    

    Salam olsun sənə. Bir kəsin salamı ki, sənin hörmətinlə arifdir, sənin dostluğunla ixlaslıdır və sənin məhəbbətinlə Allaha yaxın olmaq istəyir və səndən bizar olan, düşmənlərindən olar.

    Bir kəsin salamı ki, qəlbi sənin müsibətin ilə yaralıdır və səni yada salmaqla göz yaşları axır.

    Bir kəsin salamı ki, dərdli və qəmli, heyran və çarəsizdir.

    Bir kəsin salamı ki, Kərbəla səhrasında səninlə birlikdə olsaydı, mütləq öz canı ilə səni qılıncların zərbəsindən qoruyardı və peykərində qalmış yarı canını sənə xatir ölümə verərdi və sənin qarşında döyüşərdi, zülmkarların qarşısında sənə kömək edərdi, ruhunu, cismini, malını və övladlarını sənə fəda edərdi və öz ruhunu sənin ruhuna fəda edərdi, öz ailəsinə sənin ailəni qorumağı tapşırardı.

    Düzdür ki, dövran məni sənin zamanından uzaq edib və müqəddəratımı sənə kömək etməkdə təxirə saldı, səninlə döyüşməyə gələnlərlə döyüşə bilmədim və düşmənlərinlə dava edə bilmədim, lakin hər gecə-gündüz sənə nalə və fəğan edirəmvə (o qədər ağlayıram ki,) göz yaşı yerinə qan gəlir.

    Sənə çəkdiyim həsrətdən və çəkdiyin əziyyətlərə etdiyim təəssüflərdən tabsız və taqətsiz qalıram, ta o vaxta qədər ki, bu müsibət və qəmlərdən ölərəm.

    Şəhadət verirəm ki, sən namazı bərpa etdin və zəkatı verdin, əmr be məruf, nəhy əz münkər etdin, pisliklərin qarşısını aldın. Allaha itaət etdin və Ona itaət etməkdən boyun qaçırmadın. Allaha və Onun dəstəyinə söykəndin, belə ki, Onu özündən razı etdin.

    Bir halda ki, sən Allahdan qorxurdun və Ona cavab verdin (əmrini yerinə yetirdin), sünnələri və müstəhəbbləri yerinə yetirdin. Fitnələri yatırtdın və (insanları) kamilliyə doğru çağırdın. Möhkəm yolları aşkarladın. Allah yolunda haqq olaraq səy və cihad etdin. Allah üçün gözəl itaətçi oldun və cəddin Məhəmməddən (Allahın salam və rəhməti ona və pak ailəsinə olsun) tabeçilik edirdin, atanın dediklərini eşidirdin, qardaşının vəsiyyətinə əməl etməyə tələsirdin.

    Dinin sütunlarını qaldırdın, tüğyan edənləri əzdin. İslam ümmətinə xeyirxahlıq etdin və şəhid olmaq arzusunda idin, fasiqləri mübarizəyə çağırırdın. Allah höccətlərini bərpa etdin, İslam və müsəlmanlara mehriban və rəhm edən, haqqa yardımçı idin. Bəlalara səbr edən, dinə gözətçi və dini mərkəzlərin müdafiəçisi idin.

    Sən, hidayəti qoruyan və ona yardım edən, ədaləti genişləndirən və yayan, dinin yardımçısı və onu aşkar edənsən.

    Dini əllərində oyuncağa çevirənlərin qarşısını aldın və onlara mane oldun.

    Zəiflərin haqqını sərvətlilərdən alırdın. Güclü və zəif arasında bərabər hökm edirdin.

    Sən yetimlərin baharı və camaatın pənah yeri, İslamın izzəti, hökmlərin mədəni, bəxşiş və ehsan sahibi idin.

    Cəddin və atanın yolu ilə gedən, qardaşın kimi atanın vəsiyyətində qalan idin.

    Əhdlərə vəfa edən, yaxşılıqları sevən, kərəmləri aşkar edən, qaranlıqlarda ibadətə çalışan, ədalətli və ortaq üslubları olan, kərim əxlaqlı, işıqlı keçmişi olan, şərəfli nəsəbi, üstün əba-əcdadlı, uca rütbəsi, çoxlu iftixarları, vəsf etməli rəftarı olan, çoxlu bəxşiş edən idin. Kamala çatmış həlim, bəxşişi və elmi çox, qüdrətli, şəhid rəhbər, Allaha tərəf qayıdan və heybətli dost idin.

    Sən, Peyğəmbərə (Allahın salam və rəhməti olsun ona və onun pak ailəsinə) övlad, Qurana dayaq, ümmətə güclü qol və yavər idin.

    Sən Allaha itaət etməkdə çalışqan, Onunla bağladığın əhd və peymanı (Zər aləmində) qoruyan, fasiqlərin yolundan uzaq və Allah yolunda var gücünlə çalışan idin.

    Sən uzun rüku və səcdələr edən və dünyaya qarşı etinasız idin. Elə bir etinasız ki, onu (dünyanı) buraxmaq və oradan köçmək istəyir. Həmişə dünyaya qorxmuşların gözü ilə baxırdın. Dünya arzularını ürəkdən çıxatmışdın və sənin hümmətin dünya zinətlərindən üz çevirmişdi. Sən dünya sevinc və şadlıqlarından göz yummuşdun. Sənin şövqün tanıdığın axirətə tərəf idi. O vaxta qədər ki, zülmkar zülm əlini uzatdı və zülm pərdəsini üzündən açdı və öz azğın ardıcıllarını çağırdı. Bir halda ki, sən öz cəddinin hərəmində sakin idin və zülmkarlardan uzaq gəzirdin, mehrab və evlə munis olmuşdun, şəhvət və ləzzətlərdən uzaq idin. Taqət və imkanın qədər, ürək və dilinlə pisliyi pis bilirdin. Sonra elm və agahlığın lazım bildi ki, zülmkarlara qarşı çıxasan və facirlərlə cihad edəsən. Onda övladların, ailən, şiələrin və dostlarınla yola düşdün, həqiqət və Allahın aydın dəlillərini üzə çıxartdın, aşkarladın.

    Camaatı hikmət və nəsihətlə yaxşılığa tərəf dəvət etdin. Onları Allah qanunlarına əməl etməyə, Məbuda, itaət etməyə əmr etdin. (Onlara) Pis işləri və həddi aşmağı qadağan etdin.

    Onlar isə zülm və düşmənçiliklə sənin qarşında dayandılar.

    Sən onları nəsihət etdikdən, (pis) işlərinin qarşısında dayandıqda, höccəti tamam etdikdən və onlarla cihad etdikdən sonra, onlar səninlə peymanı və biəti sındırdılar, Sənin Rəbbini və cəddini qəzəbləndirdilər, səninlə döyüşə qalxdılar.

    Sən onların qılınc və nizə zərbələrinin qarşısında möhkəm dayandın. Facir və günahkarların qoşununu bir-birinə vurdun, toz-torpaq qalxmış cihad meydanına Zülfüqar ilə daxil oldun. Elə bil Allahın seçilmişi Əli (ə) idin.

    Onlar səni sabitqədəm və dəlir gördükləri zaman və bir halda ki, sənin də heç bir qorxun yox idi, sənə hiylə tələləri qurdular. Şər və məkr ilə səninlə döyüşdülər. O məlun (Ömər Səd), öz qoşununa sənin su içməyinin və suya daxil olmağının qarşısını almağı əmr etdi.

    Səninlə davaya qalxdılar və bu işdə tələsdilər (tələsirdilər). Sənə oxlar və daşlar atdılar. Yırtıcı əllərini sənə tərəf uzatdılar.

    Sənin haqqını riayət etmədilər. Sənin əzizlərini öldürməkdə və malını qarət etməkdə, öz günahlarının cəzasından heç bir qorxuları olmadı.

    Sən çətinliklərdə öncül idin. Elə əziyyətlərə dözürdün ki, göylərin mələkləri sənin səbrinə təəccüb etdilər.

    Düşmənlər hər tərəfdən səni dövrələdilər. Sənə ağır yaralar vurdular. Səninlə gecə arasında fasilə saldılar (yəni, sənin işini tamam etdilər və gecəyə qalmağa qoymadılar).

    Heç bir köməkçin qalmamışdı. Sən işi Allaha tapşırdın və səbr etdin. Sən, atdan yıxılana qədər qadınları və övladlarını müdafiə edirdin.

    Sən yaralı bədənlə yerə yıxıldın. Atların ayaqları səni əzirdilər. Hədlərini aşanlar səni qılınclırı ilə vururdular.

    Ölüm təri sənin alnına oturdu. Mübarək bədəninin sağ və solu yığılıb-açılmaqla başqa cür olurdu. Gözünün ucu ilə xeymələrə və hərəmlərə tərəf baxırdın.

    (Sənə ağır müsibət üz verdi) Övladların və əhli-beytindən ayrılıb, özünə məşğul idin (yəni iş o qədər çətinləşdi ki, əhli-əyalın barəsində fikirləşməyə aman vermirdi).

    Sənin atın şivən edən və ağlar halda, sürətlə sənin xeymənə tərəf gəldi. Qadınlar sənin atını xəcalətli və yəhərini çevrilmiş görərkən, saçlarını üzlərinə töküb, xeymələrdən çölə çıxdılar. Üzlərini açıb, sili vururdular. Ucadan nalə edir, səni çağırırdılar. Onlar izzətdən sonra xar olmuşdular və qətligaha tərəf qaçırdılar.

    Şimr sənin sinən üstə oturmuşdu. O şəmşirini sənin boğazının çökəyinə salmışdı və sənin saqqalını əlində tutmuşdu, başını iti qılancla kəsirdi. O vaxt sənin hissiyyatın işdən düşdü (yəni daha heç nəyi hiss etmədin), nəfəsin dayandı və mübarək başın nizə başında ucaldı.

    Sənin əhli-əyalın qullar kimi əsir oldular, dəmir zəncirlərə bağlandılar. Heyvanların palanları üstündə güclü isti onların çöhrələrini yandırdı. Onları əlləri boyunlarına bağlı halda səhralarda aparır və bazarlarda gəzdirirdilər.

    Bəs, vay olsun o fasiq günahkarlara ki, doğrudan da səni öldürməklə, İslamı öldürdülər, namaz və orucu buraxdılar. Sünnətləri və hökmləri sındırdılar, dinin və imanın sütunlarını məhv etdilər. Quran ayələrini təhrif etdilər, zülm və düşmənçilikdə təlaş etdilər. (Səni öldürdükdən sonra) Allah Peyğəmbəri (s) tənha qaldı və sənin qanını tələb edənlərdən oldu. Bir daha Allah Əzz və Cəll kitabı (Quran) tərk olundu və uzaq düşdü. Sən öldürüldükdən sonra haqqa xəyanət olundu.

    Sən öldürüldükdən sonra "Allahu Əkbər", "La ilahə illəllah", haram, halal, tənzil və təvil (Quranın mənası) yoxa çıxdı. Səndən sonra dəyişikliklər, küfr, əhəmiyyətsizlik, nəfsi istəklər, azğınlıqlar, fitnələr və batil üzə çıxdı (yarandı).

    Sənin şəhadətini xəbər verən, cəddin Peyğəmbərin (Allahın salavat və salamı ona və onun pak ailəsinə olsun) qəbrinin kənarında dayandı və göz yaşı tökən halda sənin şəhadətini ona çatdırdı.

    O, deyirdi: Ey Allahın Rəsulu! Sənin nəvən və cavan (oğlun) öldürüldü. Sənin əhli-beytinin hörmətini sındırdılar və mübah saydılar. Sənin övladlarını səndən sonra əsir etdilər. Sənin ailən və yaxınların giriftar oldular.

    Beləliklə, Peyğəmbər (s) pərişan oldu və qəmli-qəmli ağladı.

    Sənə xatir, mələklər və peyğəmbərlər o həzrətə başsağlığı verdilər. Sənə xatir anan Zəhra (Allahın salamı olsun ona) əzadar oldu. Allahın müqərrəb mələklər qoşunları, atan Əmir əl-mömininə (ə) başsağlığı vermək üçün gəl-get etdilər. "Əlayi-İlliyində" sənə matəm quruldu və sənə xatir Hurul-eynlər öz başlarına, üzlərinə vurdular.

    Asiman və onun sakinləri, behişt və onun xəzinədarları, dağlar və onun ətəyindəkilər, dəryalar və onun balıqlırı, behişt və onun oğlanları, Allah evi, Məqam və Məşərül-həram və onun ətrafında olanlar hamısı ağladılar.

    İlahi! Bu şərəfli məkanın (imam Hüseynin (ə) hərəmi) hörməti xatirinə, Məhəmməd və onun pak övladlarına salam göndər və məni onların zümrəsində məhşur elə və məni onların şəfaəti ilə behiştə daxil et.

    İlahi! Mən sənə təvəssül edirəm; ey Çox Tez Hesab Çəkən və ey Kərimlərin Kərimi, Hakimlərin Hakimi.

       Sənin bütün aləmlərə göndərdiyin peyğəmbərlərin sonuncusu Məhəmmədə və onun qardaşı və əmisi oğluna, bütlərə pərəstiş etməyən və elmlə dolu, o uca məqamlı Əmir əl-mömin Əliyə və bütün aləmlərin qadınlarının xanımı, Fatiməyə, pak olan və təqvalıların pənah yeri, Həsənə, şəhadəttələblərin ən əzizi Əba Əbdillahil-Hüseynə və şəhid övladlarına və məzlum ailəsinə, ibadət edənlərin zinəti, Əliyy ibnil-Hüseynə, tövbə edənlərin qibləsi, Məhəmməd ibn Əliyə, doğruçuların ən doğruçusu, Cəfər ibn Məhəmmədə, höccətləri aşkar edən, Musa ibn Cəfərə, dinin köməkçisi, Əliyy ibn Musaya, hidayət edənlərin ağası, Məhəmməd ibn Əliyə, zahidlərin ən zahidi Əliyyibni Məhəmmədə və canişinlərin varisi, Allahın bütün məxluqlarının höcəti Həsən ibn Əliyə təvəssül edirəm.

    Məhəmməd və onun pak ailəsi olan doğruçular, yaxşı əməl sahibləri, Taha və Yasin övladlarına salam göndər və məni Qiyamətdə amanda olanlardan, asudələrdən, doğruçulardan, sevinənlərdən və müjdə verilmişlərdən qərar ver.

    Məni zalımlara qalib et və həsəd edənlərin məkrindən amanda saxla. Məni məkr edənlərin hiyləsindən qoru və zalımların əlini məndən üz.

    Məni Öz rəhmətinlə Əlayi İlliyində olan yaxşı əməl sahibləri ki, onlara nemət vermisən -peyğəmbərlər, doğruçular, şəhidlər və salehlərlə - bir yerdə qərar ver, ey Rəhimlilərin ən Rəhimlisi!

    İlahi! Səni and verirəm günahlardan pak olan Peyğəmbərinin (s) haqqına və Sənin mütləq olası hökmlərinə, gizli qadağanlarına, bu şərəfli qəbrə ki, onun ziyarətinə get-gəl olunur və məzlum öldürülən məsum imam onun gölgəsində dəfn olunub; mənim qəmlərimi aç və mütləq olacağı qəza-qədərin şərrini məndən uzaq et. Məni odlu və yandırıcı Cəhənnəmin odundan qoru.

    İlahi! Öz nemətinlə mənə böyüklük bağışla və məni öz qismətimə razı et. Öz bəxşiş və kərəminlə mənim günahlarımdan göz yum. Məni Öz tədbir və cəzandan uzaq et.

    İlahi, məni azğındıqlardan qoru, sözümdə və əməlimdə möhkəm et. Ömrümü uzun et, dərd və xəstəliklərdən sağlamlıq bağışla. Məni övliyalarımın haqqına çatdır. Öz fəzl və kərəminlə məni ən yaxşı arzularıma çatdır.

    İlahi, Məhəmməd və onun əhli-beytinə salam göndər və mənim tövbəmi qəbul et, göz yaşlarıma rəhm et, azğınlığımdan keç, qəmlərimi aç, günahlarımı bağışla, nəslimi salehlərdən et.

    İlahi, bu şərəfli hərəm və kəramətli məkanda mənə bağışlamadığın günah, örtmədiyin eyb, aradan aparmadığın qəm, artırmadığın ruzi, abad etmədiyin məqam, islah etmədiyin fəsad, çatdırmadığın arzu, qəbul etmədiyin düa, yaxşılaşdırmadığın hal, kökündən qazılıb atmadığın həsəd, aradan qaldırmadığın düşmənçilik, yaxşılaşdırmadığın pislik, şəfa bağışlamadığın xəstəlik, yaxınlaşdırmadığın uzaqlıq, islah etmədiyin dağıntılıq, əta etmədiyin istək qalmağa qoyma.

    İlahi, Səndən indiki xeyri və gələcək savabı istəyirəm.

    İlahi, halalın vasitəsi ilə məni haramdan ehtiyacsız et. Öz fəzlinlə məni bütün camaatdan ehtiyacsız et.

    İlahi, Səndən fayda verən elm, xaşe qəlb, kamil yəqin, pak əməl, gözəl səbr, çoxlu əcr istəyirəm.

    İlahi, yerinə yetirməli olduğum nemətlərin şükrünü mənə ruzi et. Ehsan və kərəmini mənə artır. Sözümü camaat arasında ötərli və qəbul olunan et. Əməlimi öz yanında uca qərar ver. Mənim işlərimi xeyirli et. Düşmənlərimin kökünü kəs.

    İlahi, insanların ən xeyirliləri olan Məhəmməd və onun əhli-beytinə gecənin və gündüzün bütün anlarında salam göndər və şər yetirə bilənlərin şərrini onlardan uzaq et. Məni günah və çirkinliklərdən pak et, Cəhənnəm atəşindən qoru və Cənnətdə qərar ver.

    Məni və Sənin yolunda olan, bütün mömin qardaşlarımı və möminə bacılarımı Öz rəhmətinlə bağışla, ey Mehribanların ən Mehribanı.

     

    Kitabın adı: Həzrət Rüqəyyə

    Müəllif: Seyyid Zahir


     
     
    Bölmə: Ziyarətnamələr
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.