Əbulfəzlin (ə) zəban halı
Dedim bu təllin üstünü yol olsa bəlkə mən aşam,
Su məşkidən gedə-gedə uşaqlara yaxınlaşam,
Qalan suyu verəm ölüm, deyim bu xidmətə xoşam,
İçə sudan balaların deyə əmi-əmi, Hüseyn!
Xiyama qətligahdan qanilə arx açam gərək,
Vəfa ağacların onun kənarına saçam gərək,
Qiyamətin günündə də Səkinədən qaçam gərək,
Xəcalətəm, olammaram onuyla rubəru, Hüseyn!
Gərək xəyali-xeyməni bu saətimdə boşlayam,
Səkinədən uzaq gəzəm, kənari-nəhri xoşlayam,
Sənə başilə bir ələm, ona sərin su borcluyam,
Görəndə borclu-borclusun ölmədi arzu, Hüseyn!
Yadında var o Kufədə bizə bəla gələn gecə,
Başında yara Mürtəza ürəkləri bölən gecə,
Məni qulam edib sənə babam Əli ölən gecə,
Baxıb qulama ağlama, belə füsərdədir, Hüseyn!