Oxşama
Mən Rübabəm, xanım Zəhra gəlini,
Dağıtdılar evimin get-gəlini,
Mən bilsəydim Əsğərim oxlanacaq,
Axır gecə bağlamazdım əlini.
Mən Rübabəm, taqətimi almayın,
Quzu qurbanımı yada salmayın,
Ey xanımlar bari bizə gələndə,
Qucağıza körpə uşaq almayın.
Mən Rübabəm, dərdim ələn olmadı,
Başıma nə bəla gəldi bilən olmadı,
Şami-qəriban axşamı su içdim,
Döşümə süd gəldi əmən olmadı.
Ulduzum axdı getdi.
Qəlbimi yaxdı getdi,
Əsğərim ayrılanda,
Həsrətlə baxdı getdi.
Lay-lay gülüm ağlama,
Ürəyimi dağlama,
Yat anan qurban sənə,
Qəlbimi çox dağlama,
Mən açmaram bu başımdan qarəni,
Bağlamadım peykan biçən yarəni,
Dayıların bir gün gəldi vətənə,
Tanımadı oğlu ölən nənəni.