İttihad
Allah-taala ittihad barədə buyurur: "Və Allahla yanaşı başqa heç bir tanrıya ibadət etmə. Allahdan başqa heç bir tanrı yoxdur...”( "Qəsəs”, 88.)
"Tövhid” bir etmək, "ittihad” bir olmaqdır. Orada tövhid barəsində Allah buyurur: ”Allahla yanışı başqa tanrı qəbul etmə!” Burada isə ittihad barəsində Allah buyurur: "Allahla yanaşı başqa heç bir tanrıya ibadət etmə.”
Çünki tövhiddə, zahirən riyakarlıq nöqsanı var, amma ittihadda yoxdur.
Deməli, nə vaxt yeganəlik mütləq olsa və insanını zehnində, özü və Allah arasında ikililik hiss etməyəcək şəkildə möhkəm yer tutsa, ittihada çatmış olar. İttihad heç də bə`zi dardüşüncəli adamların düşündüyü kimi deyil ki, elə fikirləşirlər ki, ittihad, bəndə ilə Allahın bir olmasıdır:
تعالی الله عن ذلک علوا کبیرا
Bəlkə ittihad odur ki, hamı onu görür və belə bir riyakarlığa ehtiyacları yoxdur ki, desinlər ki, Ondan qeyri hər nə varsa, Ondandır, deməli hamı birdir. Əslində ittihadda batini gözlər Allahın təcəlla nuru ilə aydınlıq tapıb Ondan qeyrisini görmürlər, belə olan halda görən, görmək və görüş məfhumunu itirib aradan qalxar və hamı bir olar.
Və Hüseyn bin Mənsur Həllacın duasıdır ki deyir: "Mənimlə Sənin aranda, mənim varlığım mənimlə döyüşə qalxmışdır. Ey Allah! Öz lütfünlə mənim bu varlığımı aradan götür.” Duası müstəcab olur; varlığı aradan qalxır ki, nəhayətdə deyə bilsin: "Bu mənəm ki istəyirəm və istədiyim şey də elə mənəm.”
Bu məqamda mə`lum olur ki, o kəs ki, dedi: "Ənəl-həqq” və o kəs ki, dedi: "Pakam mən, mənim şə`nim necə də yüksəkdir” – heç də Allahlıq iddiası etməmişdir, əslində öz varlığının inkarını və özündən qeyrisinin varlığının isbatını iddia etmişdir.
Kitabın adı: Övsafül-əşraf
Müəllif: Xacə Nəsirəddin Tusi