110. Möhtəkirlik
556. Möhtəkirlik
1680. Allahın Peyğəmbəri (s) :«Xəyanətkarlardan başqa heç kəs möhtəkirlik etməz.»
1681. Allahın Peyğəmbəri (s) :«Günahkardan başqa kimsə möhtəkirliyə əl atmaz.»
1682. İmam Əli (ə): «Möhtəkirlik məhrumiyyətə səbəb olar.»
1683. İmam Əli (ə): «Möhtəkirlik yaramaz adamların xasiyyətidir.»
1684. İmam Əli (ə): «Möhtəkirlik alçaqlıqdır.»
1685. İmam Əli (ə): «Möhtəkirlik əziyyət miniyidir.»
1686.İmam Əli (ə): «Möhtəkirlik üçün özünü əziyyətə atmaq səfehlərin xislətlərindəndir.»
1687. İmam Əlinin (ə) Malik Əştəri Misirə vali təyin etdiyi fərmanından: «Bütün bunlarla yanaşı bil ki, onların çoxu- tacirlər və sənətkarlar- alverdə həddindən artıq amansızdırlar və xoşagəlməz xəsislikləri var. Onlar daha çox xeyir götürmək məqsədilə möhtəkirlik edər və onlara öz istədikləri kimi baha qiymət qoyarlar. Bu da xalq kütləsi üçün zərərli, rəhbərlər üçünsə eyb və rüsvayçılıqdır. Buna görə, möhtəkirliyin qarşısını al, çünki Allahın Rəsulu (s) onu qadağan etmişdir.»
1688. İmam Əli (ə): «Xalqa ziyan gətirən və qiymətləri qaldıran hər hansı möhtəkirlikdə xeyir-bərəkət yoxdur.»
1689. İmam Sadiq (ə) : «Allah-taala (buğda...) dənənin neməti ilə öz bəndələrinə yaxşılıq etdi və biti onun bəlasına çevirdi. Əgər belə olmasaydı, başçılar onu da qızıl-gümüş kimi toplayardılar.»
557 Möhtəkir
1690. Allahın Peyğəmbəri (s): «Möhtəkir Allahın rəhmətindən uzaqdır.»
1691. Allahın Peyğəmbəri (s): «Bizim bazarda möhtəkirliyə əl atan, Allahın kitabını inkar edən kimidir.»
1692. Allahın Peyğəmbəri (s): « Möhtəkir necə də pis bəndədir! Əgər Allah-taala qiymətləri aşağı salarsa o, qəmlənər və əgər qiymətləri qaldırarsa şadlanar.»
1693. Allahın Peyğəmbəri (s): «Möhtəkirlərlə adam öldürənlər Cəhənnəmdə bir cərgədə və bir dərəcədədirlər.»
1694. Allahın Peyğəmbəri (s): «Hər kəs qida məhsulunu bahalaşma ümidi ilə qırx gün saxlasa Allahdan bezar olmuşdur və Allah da ondan bezardır.»
1695. Allahın Peyğəmbəri (s): «Hər kəs qida məhsulunu alıb müsəlmanlara baha qiymətə satmaq üçün qırx gün saxlasa və qırx gündən sonra satıb onun bütün gəlirini sədəqə versə də, onun günahının kəffarəsi olmayacaq.»
1696. İmam Əli (ə) : «Möhtəkir öz nemətindən məhrumdur.»
1697. İmam Əli (ə): «Xəsis möhtəkir eləsi üçün (varisə) yığır ki, ona təşəkkür etməyəcək və eləsinə (axirətdə Allaha tərəf) doğru gedir ki, onun üzrünü qəbul etməyəcək.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-ci cild