» » » Şiələrin Peyğəmbərdən (s) və Həzrət Əlidən (ə) nəql etdikləri hədislər


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Şiələrin Peyğəmbərdən (s) və Həzrət Əlidən (ə) nəql etdikləri hədislər
    +10
    Müəllif: Fatimə Nuri Xuda | 14-03-2016, 18:00 | Baxılıb: 1 793
     

    Şiələrin Peyğəmbərdən (s) və Həzrət Əlidən (ə) nəql etdikləri hədislər

    ◘Peyğəmbər (s) buyurub: ”Allaha ağıldan da artıq heç bir şeylə ibadət etmək olmaz. Mö`min də nə qədər ki, on xüsusiyyətə yiyələnməyib onu ağıllı hesab etmək olmaz. Həmin xüsusiyyətlər bunlardır: camaat onun xeyrinə ümidvar olsun, şərindən amanda olsun, başqalarının xeyir işini az olsa da, çox hesab etsin, öz yaxşı işlərini isə çox olsa da az hesab etsin, ömrü boyu elm öyrənməkdən yorulmasın, ona ehtiyaclarını bildirənlərin işlərini yoluna qoymaqdan usanmasın, tanınmamağı şöhrət və ehtiramdan daha artıq sevsin, yoxsulluğu varlılıqdan daha artıq xoşlasın, dünyadan yalnız zəruri ehtiyaclarını ödədiyi qədər istifadə etsin və nəhayət, onuncu və eyni zamanda ən mühümü budur ki, hər kəs barədə onun özündən üstün olduğu fikrində olsun. Çünki camaat ona nisbətən iki dəstədir: ya ondan üstündür, ya da üstün deyil. Üstün olan barədə təvazökar olsun ki, ona çata bilsin. Xoşu gəlmədiyi şəxs barəsində də belə fikirləşsin: "Ola bilsin ki, batini məndən daha yaxşıdır”, yaxud "ola bilsin ki, inhirafdan qayıdar və aqibəti xeyirlə tamamlanar.” Hər kəs bu on xüsusiyyətə riayət etsə əzəmətə və insaniyyətin yüksək dərəcəsinə yiyələnmiş olar və bu şəxs öz dövrünün bütün insanlarından üstündür.
    ◘Məaz deyir ki, bir gün Peyğəmbərdən (s) Qiyamətin dəhşətli qorxuları barədə soruşdum. Həzrət (s) buyurdu: "Böyük bir şey barədə soruşdun: "Sonra mübarək gözlərindən yaş axmağa başladı və buyurdu: "Mənim ümmətimdən on tayfa məhşərə müxtəlif sifətlərdə daxil olar. Bə`ziləri meymun, bə`ziləri isə donuz sifətində həşr olunar. Bə`ziləri ayaqları yuxarı, başı aşağı, üzləri də yerlə sürünə-sürünə məhşərə gələr, bə`ziləri kor, kar və lal halda həşr olar. Bə`ziləri dilləri ağızlarından çıxıb sinələrinə qədər sallanar dilindən üfunətli çirk axaraq hamıya əziyyət verər. Bə`zilərini qolları və ayaqları kəsilmiş halda, bə`ziləri isə atəşdən olan dar ağacından asılmış halda həşr olunar. Bə`ziləri əyinlərində dərilərinə yapışmış qır köynəklər olduğu halda pis iy verə-verə məhşərə gələrlər. Meymun sifətində olanlar sözgəzdirənlərdir. Donuz sifətində olanlar haram yeyənlərdir. Başayaqlar riba yeyənlərdir. Korlar zülmkar qazilər, korlar və lallar isə özlərini bəyənənlərdir. Dilləri sallanaraq ondan üfunətli çirk axanlar qeybət edənlərdir. Qolları və ayaqları kəsilmiş halda həşr olunanlar qonşularına əziyyət edənlərdir. Odlu dar ağaclarından asılmış vəziyyətində olanlar camaatı qaniçən zalımların çənginə verməyə səy göstərənlərdir. Dərilərinə pis iyli qır köynəklər yapışmışlar isə şəhvətbazlar, əyyaşlar və ilahi hüquqları ödəməkdən çəkinən şəxslərdir. Axırıncı dəstədən olanlar isə Allah bəndələrinə böyüklük edən lovğalar və mütəkəbbirlərdir.”
    ◘Əliyə (ə) verdiyi göstərişlərində belə buyurur: "Ey Əli! Sən öz xalis şiələrini on imtiyazla müjdələ: 
    1. Halalzadəlik. 
    2. Səhih iman. 
    3. Allahın onları sevməyini.
    4. Qəbr genişliyini. 
    5. Sirat körpüsünün aydınlığını. 
    6. Fəqirlikdən qorxmamaq və qəlb ehtiyacsızlığı. 
    7. Onların düşmənləri ilə Allahın da düşmən olması. 
    8. Xora xəstəliyindən amanda olmaq. 
    9. Günahlarının bağışlanması. 
    10. Mənimlə behiştdə yanaşı olmaq.”
    ◘Həzrət Əli (ə) buyurur: "Peyğəmbərdən (s) mənə on iftixar ediləcək şey qalıb ki, bütün dünyadan və günəşin saçdığı hər bir şeydən daha dəyərlidir. O həzrət mənə buyurdu: "Ey Əli! Sən dünya və axirətdə mənim qardaşımsan, məhşərdə mənə hamıdan yaxınsan, sən mənim vəzirim və vəsimsən, ailə və malımda mənim canişinimsən, dünya və axirətdə mənim bayraqdarımsan, sənin dostun mənim dostum, düşmənin də mənim və Allahın düşmənidir.”
    ◘Bir gün Peyğəmbərdən (s) soruşdular: "Nə üçün bizim dualarımız qəbul olunmur? Halbuki, Allah-təala buyurur: "Məni çağırın, Mən də sizə cavab verim.” Həzrət (s) buyurdu: "On şey sizin qəlbinizi öldürüb: 
    1. Allahı tanıyıb öz bəndəlik vəzifələrinizi yerinə yetirməmisiniz. 
    2. Qur`anı oxuyub ona əməl etməmisiniz. 
    3. Peyğəmbərlə dost olduğunuzu iddia edirsiniz, lakin övladları ilə düşmənçilik etdiniz. 
    4. Şeytanla düşmən olduğunuzu deyirsiniz, lakin onun ardıcıllarındansınız. 
    5. Dediniz ki, behişti istəyirik, lakin heç bir əməl yerinə yetirmədiniz. 
    6. Dediniz oddan qorxuruq, lakin bədənlərinizi ora atdınız. 
    7. Camaatın eyiblərini araşdırmaqla məşğul oldunuz, lakin öz eyiblərinizdən xəbərsiz oldunuz. 
    8. Dünyaya düşmən olmağınızı dilə gətirdiniz, lakin var-dövlət toplamaqla məşğul oldunuz. 
    9. Ölümü iqrar etdiniz, lakin ona hazırlaşmadınız. 
    10. Ölüləri torpağa tapşırdınız, lakin bundan ibrət almadınız. Bütün bunlara görə də dualarınız qəbul edilmir.”
    ◘On şeydə möhtəkirlik etmək qadağandır: buğda, arpa, xurma, kişmiş, qarğıdalı, yağ, bal, pendir, qoz, zeytun.
    ◘Mənim dediklərim şəriətdir, rəftarım təriqət, halətim həqiqətdir, əqlimin üstünlüyü mə`rifət, ləyaqət və səlahətim elmdir, geyimim təvəkküldür, xəzinəm qənaətdir, mənzilim doğruçulluq, məskənim yəqin, iftixarım fəqirlikdir və elə məhz bu da mənim başqa peyğəmbərlər yanında fəxrimdir.
    ◘Əli (ə) buyurub: ”Elm ən gözəl irsdir, əql ən gözəl (ilahi) bəxşişdir, ədəbən gözəl məşğuliyyətdir, təqva ən gözəl ehtiyat azuqəsidir, ibadət ən faydalı sərmayədir, saleh əməl ən gözəl rəhbərdir, xoş xasiyyət ən gözəl dostdur, səbrli olmaq ən mənfəətli yoldaşdır, qənaət (qane olmaq) ən böyük dövlətdir və tövfiq ən yaxşı köməkçidir.”

     
    Kitabın adı: Nəsihətlər (On dörd məsumun (ə) buyurduqları və min bir hikmətli söz)
    Müəllif: Ayətullah Meşkini

     
     
    Bölmə: Hədislər / Hədislər-yazılı
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Elya | Status: İstifadəçi Offline | 14 Mart 2016 23:00 | Redaktor | Şərh yazdı
    Çox deyerli hedislerdi Allah günahlarımızı bağışlasın Amin.Allah senden razı olsun bacım ellerin derd görmesin inşAllah çox sağ ol.
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.