» » » Peyğəmbərdən (s) hədislər


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+1  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 1
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Peyğəmbərdən (s) hədislər
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 10-03-2016, 18:00 | Baxılıb: 1 319
     
     
    Peyğəmbərdən (s) hədislər

    ◘Sədəqəni heç vaxt yaddan çıxarmayın. Çünki onun on xüsusiyyəti var. Bunların beşi dünyaya, beşi isə axirətə aiddir. Dünyaya aid olanlar bunlardır: malı və canı paklaşdırar, xəstələrə şəfa olar, qəlblərə şadlıq bəxş edər, var-dövləti çoxaldar və ruzini artırar. Axirətə aid olan xüsusiyyət isə bunlardır: Qiyamət günü baş üzərinə kölgə salar, haqq-hesabın asan çəkilməsinə səbəb olar, savabları artırar, Sirat körpüsündən asanlıqla keçməyə kömək edər və insanı ali dərəcələrə çatdırar.
    ◘Elə ki, mənim ümmətim arasında on xüsusiyyət meydana gəldi, onlar on əzaba düçar olarlar; elə ki, dua etmək azalar, bəla nazil olar, elə ki, sədəqə vermədilər, xəstəliklər çoxalar, zəkat verməkdən boyun qaçırsalar, heyvanlar qırılar, padşahlar zülm etsə, yağış yağmaz, zina artsa, qəfil ölümlər çoxalar, riya və ikiüzlülük, özünügöstərmə artarsa, zəlzələlər çoxalar. Allahın hökmü əsasında deyil, özlərindən hökm versələr, düşmən onlara müsəllət olar, əhd-peyman sındırmaq artsa, adam öldürmək rəvac tapar, satış zamanı çəkini azaltsalar, onlara qıtlıq üz verər.
    ◘Allahdan qorxun, qohumlarınızla əlaqə yaradın. Bu iki xüsusiyyət dünyada xeyir-bərəkət, axirətdə isə bağışlanmağa səbəb olar. Sileyi-rəhmin isə (qohumlarla əlaqə saxlamağın) on özünəməxsus xüsusiyyəti var: Allahın razılığı, qəlblərin şadlığı, mələklərin sevinci, camaatın (bir-birinə) təşəkkür və razılığı, şeytanın xar olması, ömrün uzanması, ruzinin genişlənməsi, ölülərin ruhunun şadlığı, alicənablığın artması və savabın çoxluğu.
    ◘Bir gün bir kişi Peyğəmbərin (s) hüzuruna gəlib ərz etdi: "Olarmı mən ölümü arzulayım? " Peyğəmbər (s) buyurdu: "Ölümə çarə yoxdur. Lakin bu, uzun bir səfərdir. Bu səfəri arzulayan gərək öz yanında on töhfə aparsın.” Kişi soruşdu: "Nə töhfə?” Peyğəmbər (s) buyurdu: "Əzraildən ötrü, qəbirdən ötrü, Nəkir və Münkərdən ötrü, mizan tərəzisindən ötrü, Sirat körpüsündən ötrü, Cəhənnəmin qapıçısından ötrü, behiştin qapıçısından ötrü, Peyğəmbərdən (s) ötrü və Mütəal Allahdan ötrü. Əzraildən ötrü dörd töhfə aparmalıdır: boynunda haqqı olanların razılığı, namazların qəzası (yə`ni, yerinə yetirilmiş qəza namazları). Allaha qarşı şövq və ölüm arzusu. Qəbirdən ötrü də dörd töhfə aparmalıdır: söz gəzdirməyi tərk etmək, sidiyin istibrası, Qur`an oxumaq və gecə namazı. Nəkir və Münkərdən ötrü də dörd töhfə aparmalıdır: doğru danışmaq, qeybəti tərk etmək, hamı barədə haqq danışıq və təvazökarlıq. Mizan tərəzisindən ötrü də dörd töhfə aparmalıdır: qəzəbi udmaq, həqiqi təqva, ictimai məsələlərdə (camaat namazı kimi) iştirak etmək, camaatın xeyir işlərdən ötrü də`vətini qəbul etmək. Sirat körpüsündən ötrü də dörd töhfə aparmalıdır: ixlas, xoş xasiyyət, çoxlu zikr və başqalarının əziyyətinə dözmək. Cəhənnəmin qapıçısından örtü də gərək dörd töhfə aparsın: Allah qorxusundan ağlamaq, gizli sədəqə, günahı tərk etmək və ata-ana ilə xoş rəftar etmək. Cənnətin qapıçısından ötrü də dörd töhfə aparmalıdır: xoşagəlməz hadisələr müqabilində səbr, ne`mətlərin şükrü, malın-pulun Allah yolunda sərf olunması, vəqf olunmuş əmlakda əmanətə riayət etmək. Peyğəmbər (s) üçün də dörd töhfə aparmalıdır: o Həzrəti (s) sevmək, onun (s) sünnəsinə tabe olmaq, əhli-beytinə (ə) məhəbbət və dilin iffəti. Cəbraildən ötrü də dörd töhfə aparmalıdır (Cəbrail əvvəldə gəlməyib); az yemək, az yatmaq, ne`mətin şükründə davamlı olmaq (dördüncüsü hədisdə gəlməyib). Mütəal-Allahdan ötrü də dörd töhfə aparmalıdır: əmr be mə`ruf, nəhy əz münkər, camaata qarşı xeyirxah olmaq və hamıya mehribanlıq.”
    ◘Qiyamət günündə mənim ümmətimdən olan on dəstə Allahın qəzəbinə düçar olar və Cəhənnəmə vasil olar. Həmin insanlar bunlardır: zinakar qoca, yolunu azmış rəhbər, şərabxor, ata-anası ilə bədrəftar olan, günahsız qadına haqsız töhmət vuran, söz gəzdirən, yalançıya şahidlik edən, zəkata mane olan, zalım və namazı tərk edən. Bilin ki, Qiyamət günü namazı tərk edənin əzabı ikiqatdır. Məhşərə gələn zaman əlləri boynuna qandallanmış halda olar və bu vəziyyətdə olduğu halda əzab mələkləri odlu gürzlərlə onun alnına və yanaqlarına vurarlar. Behişt ona deyər: "Nə sən məndənsən, nə də mən səndən.” Cəhənnnəm isə ona deyər: "Yaxın gəl, sənə dəhşətli işgəncə verəcəyəm!” Həmin an Cəhənnəm fəryad çəkib həmin bədbəxti öz içinə alar və o, Qarunun yanına gedər. (Bu məsələdə yalnız o kəslər istisnadır ki, tövbə edərək namaza başlayıb və keçmişdə əldən verdiyi vacib namazlarının da qəzasını yerinə yetirir.)
    ◘Allaha əqldən başqa bir şeylə ibadət etmək olmaz və nə qədər ki, bir adamda on xislət cəm olmayıb, heç vaxt əqli kamil olmaz: camaat onun xeyrinə ümidvar olsun, şərindən amanda olsun, özünün çoxlu xeyir işini az hesab etsin, başqalarının az xeyir işini çox hesab etsin, öz ehtiyacları üçün çalışmaqdan yorulmasın, ömrü boyu elm öyrənməkdən bezməsin, yoxsulluğu varlılıqdan və zilləti izzətdən üstün tutsun (yə`ni, qəlbində batil böyüklük məhəbbəti olmasın), dünya malında əsla gözü olmasın və nəhayət, onuncu budur ki, hamını özündən üstün tutsun (yaxşı bilsin).
    ◘Abdullah Abbas deyir ki, bir gün Peyğəmbər (s) camaat arasında dayanıb xütbə oxudu. Daha sonra buyurdu: "Allah-təala biz Əhli-beytin vücudunda on fəzilət qərar verib ki, bizdən başqa bu fəzilətləri heç kəsdə cəm etməyib. Həmin fəzilətlər bunlardır: Hökumət etmək haqqı, helm, elm, peyğəmbərlik, səxavət, şücaət, ədalət, paklıq, iffət və təqva. Bizik təqva kəlməsi (təqva mücəssiməsi), hidayət yolu, ən ali bəşər nümunəsi, Allahın ən böyük   höccəti, möhkəm əltutan və qırılmaz ip! Bizik ki, Allah məhəbbətimizi vacib edib! Elə isə haqdan başqa yol zəlalət deyilmi?! Hara gedirsiniz?!
     
     
    Kitabın adı: Nəsihətlər (On dörd məsumun (ə) buyurduqları və min bir hikmətli söz)
    Müəllif: Ayətullah Meşkini

     
     
    Bölmə: Hədislər / Hədislər-yazılı
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 10 Mart 2016 20:57 | İstifadəçi | Şərh yazdı
    Cox sag ol bacim deyerli hedislerdir ,Allah qebul etsin 

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Ali Ragimov | Status: İstifadəçi Offline | 10 Mart 2016 19:42 | Sayt nəzarətçisi | Şərh yazdı
    Allah razi olsun cox gozel hedislerdir emel edenlerden olaq insaAllah
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.