106. Kin bəsləmək
541. Kin bəsləmək
1635. İmam Əli (ə) : «Kin bəsləmək eyblərin ən pisidir»
1636. İmam Əli (ə) : «Kin qəzəb gətirər.»
1637. İmam Əli (ə) : «Kin bəsləmək, paxıl adamların xislətidir.»
1638. İmam Əli (ə) : «Kin bəsləmək elə bir oddur ki, (ona) qalib gəlməkdən başqa heç bir şeylə söndürülməz.»
1639. İmam Əli (ə) : «Kin bəsləmək fitnə və narahatlıqların səbəbidir.»
1640. İmam Əli (ə) : «Kinli adamın canı əzabda və qəmi ikiqat çoxdur.»
1641. İmam Əli (ə) : «Kin saxlayan dostluğa sadiq deyil.»
1642. İmam Hadi (ə) : «Məzəmmət və gileylənmək qəlbdə kin saxlamaqdan daha yaxşıdır.»
1643. İmam Əskəri (ə) : «Ən az rahatlığı olan insan, kin bəsləyən şəxsdir.»
542. Kin möminin qəlbində çox qalmaz
1644. İmam Sadiq (ə): «Kin möminin qəlbində oturaq halda olduğu vaxtacan qalar, elə ki ayağa qalxdı, kin də onun qəlbindən galxar.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-ci cild