101. Paxıllıq
526. Paxıllıq
Qur’an:
«Paxılın həsəd çəkən zaman şərrindən və zərərindən (Allaha pənah aparıram).»
Hədis:
1600. Allahın Peyğəmbəri (s) :«Allah-taala Musa ibn İmrana (ə) buyurmuşdur:«Həqiqətən, paxıl olan şəxs mənim nemətlərimdən narahat və bəndələrim üçün böldüyüm qismətə e‘tiraz edəndir.»
1601. İmam Əli (ə) :«Paxıllıq ruhun zindanıdır.»
1602. İmam Əli (ə) :«Paxıllıq ən pis xəstəlikdir.»
1603. İmam Əli (ə) :«Paxıllıq alçaqlıqların başıdır.»
1604. İmam Əli (ə) :«Afərin paxıllığa! Nə ədalətli peşədir! Hamıdan əvvəl öz sahibini öldürər.»
1605. Imam Əli(ə):«Paxıllığın səmərəsi dünya və axirətdə bədbəxtlikdir.»
1606. İmam Əli (ə) :«Paxıl paxıllığını çəkdiyi şəxsin nemətini itirməsini özü üçün nemət bilər.»
1607.İmam Əli (ə) :«Məzluma paxıl qədər bənzəyən zalım görmədim. Onun canı yorğun, qəlbi narahat və qəmi daimidir.»
1608. İmam Əli (ə) :«Paxılın (öz paxıllığından) çəkdiyi ona bəsdir.»
1609. İmam Əli (ə) :«Paxıl çox təssüflənər və günahları ikiqat artar.»
1610. İmam Əli (ə) :«Paxıl ağalıq etməz.»
527. Hər bir dövlətlinin paxıllığını çəkərlər
1611. Allahın Peyğəmbəri (s):«Öz ehtiyaclarınızı ödəməkdə məxfilikdən kömək alın, çünki, hər bir nemət sahibinə həsəd apararlar.»
528. Paxıllıq və iman.
1612. İmam Baqir (ə) :«Alov odunu yediyi kimi, paxıllıq da imanı yeyər.»
1613. İmam Sadiq (ə) : «Bir-birinizə paxıllıq etməkdən çəkinin, çünki, küfrün kökü paxıllıqdır.»
529. Paxılın nişanəsi.
1614. İmam Sadiq (ə) :«Loğman öz oğluna dedi: Paxılın üç nişanəsi var: Adamın dalınca qeybət edər, üz-üzə olanda yaltaqlanar və başqalarının çətinliklərinə şad olar.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-ci cild