Dörd quşu diriltmək
İmam Sadiqin(ə) möcüzəsini qeyd etməmişdən əvvəl Həzrəti İbrahimin(ə) möcüzəsinə işarə edirik.
Həzrəti İbrahim(ə) Allah-təalaya belə xitab etdi: Pərvərdigara! Mənə göstər ki ölüləri necə dirildirsən.
Allah-təala buyurdu: Dörd dənə quş tut və ətlərini bir-birinə qatışdır. Sonra hər tikəsini bir dağın üstünə qoy. Sonra da onları öz yanına çağır, sürətlə sənin yanına gəlsinlər.
Yusif ibniZibyan deyir: Camatla birlikdə, İmam Sadiqin(ə) yanında idim. Ondan Allah-təalanın İbrahimə buyrduğu söz barəsində sual etdim. Sualım bundan ibarət idi ki, görəsən o quşlar hamısı bir növdən idilər ya müxtəlif növlərdən idilər.
İmam (ə) buyurdu: İstəyirsən o dörd quşun dirilməyini sənə göstərim?
Dedim: Bəli. O zaman İmam (ə) buyurdu: Ey Tovuz! Tovuz quşu onun yanına gəldi. Sonra qarğanı çağırdı və qarğa onun hüzuruna gəldi. Sonra qırğını çağırdı, qırğı da gəldi. Nəhayət, göyərçini çağırdı, göyərçin də İmamın hüzuruna gəldi.
İmam əmr etdi ki, onların başını kəssinlər, qanadlarını yolsunlar və ətlərini tikə-tikə edib, bir-birinə qarışdırsınlar, sonra İmam (Ə) tovuzun başını tutdu və biz gördük ki, onun əti sümüyü və qanadları başqa quşlardan ayrılıb ona birləşdi və tovuz quşu həzrətin qarşısında dayandı. Bundan sonra qarğanı, qırğını və göyərçini nida etdi, onlarda İmamın qarşısında hazır oldular. Beləcə İmam(ə) bu quşları dirilğdi.
Kitabın adı: 14 Məsumdan möcüzələr