Dörd quşun yenidən dirilməsi
+5
Müəllif:
Elya | 19-08-2015, 13:00 | Baxılıb: 1 224
Dörd quşun yenidən dirilməsi
Qur᾽ani Məciddə olan ikinci qəziyyə Həzrət İbrahim (əleyhissalam) haqqındadır. O ərz etdi: Pərvərdigara, qəlbimin arxayın, xatircəm olması üçün ölüləri necə diriltdiyini görmək istəyirəm. Əmr edildi ki, dörd quş tut (qarğa, xoruz, göyərçin və tovuz), onları öldür və tikə-tikə doğra. Hər tikəni bir dağ başına qoy. Onları çağırdığın zaman sür”ətlə sənə doğru gələcəklər. ("Bəqərə” 260) Təfsirdə vardır ki, Həzrət İbrahim (əleyhissalam) quşların başını əlində tutub, onları bir-bir çağırdı. Gördü ki, hər birinin zərrələri ayrı-ayrılıqda birləşib öz başına doğru tələsir. Həzrət imtahan üçün bir başı başqa bədənin qarşısında tutsa da, yapışmadığını gördü. Bir sözlə, tikələr birləşdi, dörd quş dirildi.
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.