» » Onun hicrəti yeni bir təvəllüd idi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Onun hicrəti yeni bir təvəllüd idi
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 18-10-2015, 18:00 | Baxılıb: 774
     
     
    Onun hicrəti yeni bir təvəllüd idi
     
    İbn Əsəm «Əl-Fütuh»da qeyd edir ki, Yezid ibn Müaviyənin məktubu Mədinənin hakimi Vəlid ibn Ütbəyə çatdıqda dedi:
    انا لله و انا الیه راجعون
    «Vay olsun Vəlidə, kim onu hakimiyyətə gətirdi, mənim Hüseyn ibn Əli ilə nə işim var?»
    Dərhal adam göndərib Mərvan ibn Həkəmi məşvərətə dəvət etdi. Soruşdu: Bu dörd nəfər barəsində nə məsləhət görürsən? Mərvan dedi: «Məsləhət budur ki, bu saat dördünü də çağırıb Yezidə beyət etmələrini tələb edəsən. Əgər qəbul etməsələr, boyunlarını vurmaqla işi tamamlamalısan. Əks təqdirdə camaat Müaviyənin ölümünü və bunların Yezidə beyət etmədiklərini bilsələr, onların ətrafına toplaşar və bundan sonra onlara gücün çatmaz».
    Vəlid başını aşağı salıb bir saat heyrət içində qaldı və sonra ağlamsınıb dedi: «Kaş, heç doğulmayaydım. Naçar qalıb bir nəfəri Hüseyn ibn Əli(ə), Əbdürrəhman ibn Bəkr və Abdulla ibn Zübeyrin ardınca göndərdi ki, onları çağırsın. Vəlidin elçisi onların hər üçünü Peyğəmbər məscidində tapıb onun sözünü çatdırdı.
    Abdulla ibn Zübeyr soruşdu: Ya Əba Abdulla, bu çağırışda məqsəd nə ola bilər? Buyurdu: Zənn edirəm ki, Müaviyə ölmüşdür. Vəlid də istəyir ki, bir kəs bilməmiş bizdən Yezid üçün beyət alsın. Əgər belə olsa, mən Yezidə beyət etməyəcəyəm. Abdulla və Əbdürrəhman Vəlidin yanına getməyib Məkkəyə qaçdılar. Amma Rəsulullahın (s) balası evə gəldi. Yuyunub paltarını dəyişdi. Rəsulullahın (s) əsası əlində 30 nəfər Bəni Haşimlə birlikdə Vəlidin sarayına getdi. Onunla birlikdə gələnlərə buyurdu: «Sarayın qapısında gözləyin. Əgər mənim səsim ucalsa, daxil olun və əgər məni öldürmək istəsələr, dəf edin».
    Seyid Möhsin Əmin Amili «Əyanul-şiə» kitabında Şeyx Müfiddən nəql edərək yazır: «Kələbi, Mədaini və başqa tarixçilər demişlər: O həzrət içəri daxil olduqda gördü ki, Vəlid Mərvanla oturmuşdur. Öncə Mərvan Müaviyənin ölümündən xəbər verdi. İмам (ə):
    انا لله وانا الیه راجعون
    dedi. Sonra Yezidin məktubunu həzrət üçün oxuyub beyət məsələsini araya gətirdi. İmam(ə) belə qərara aldı ki, beyət etməməsi barədə bir söz deməsin və bunlarla toqquşmadan məclisdən çıxsın. Odur ki, üzünü Vəlidə tutub buyurdu: «Mən yəqin bilirəm ki, siz mənim gizlin beyətimlə kifayətlənməyəcək və Yezidə aşkar beyət etməyimi istəyəcəksiniz». Vəlid dedi: Belədir.
    Həzrət buyurdu: «Hər zaman məsələni xalqa çatdırıb hamını beyət üçün dəvət etsəniz bizim də xəbərimiz olacaqdır. Onda hamımız birlikdə qərar qəbul edərik». Məclisdə olan Mərvan Vəlidə dedi: «Əgər indi Hüseyn beyət etmədən buradan getsə, daha ona əlin çatmayacaqdır. Yalnız səninlə onun arasında çoxlu adamlar öldürüldükdən sonra onu əldə edə biləcəksən. Elə indicə onu zindana sal, əgər beyət etsə daha yaxşı, əks təqdirdə isə boynunu vur». Hüseyn bu sözü eşitcək yerindən qalxıb dedi:
    - Vay olsun sənə, ey Zərqanın oğlu, məni öldürmək göstərişi verirsənmi? Yalan deyib öz alçaqlığını göstərdin. Sonra üzünü Vəlidə tutub dedi: Vəlid! Biz peyğəmbər ailəsi və risalətin mərkəziyik. Bizim ailəmiz Allah mələklərinin get-gəl etdiyi yerdir, ilahi hidayətin başlanğıcı və sonu bizimlədir. Yezid pozğun, əxlaqsız, əyyaş və açıq-aşkar günah edən bir qatildir. Mənim kimi bir şəxs əsla onun kimi bir adama beyət etməyəcəkdir.
    Seyid Mühsin Əmin Amilinin yazdıqlarına əsasən, həzrət təhlükədən xilas olub Vəlidin mənzilindən xaric olduqdan sonra evinə qayıtdı. Hicrətin 60-cı ilinin rəcəb ayının 27-si   şənbə gecəsinə təsadüf edən o gecəni səhər etdi. Səhər isə bu iş barədə olan söhbətlərlə bağlı məlumat almaq məqsədilə xalq arasına çıxdı. Yolda Mərvanla rastlaşdı. Mərvan dedi: Ey Əbu Abdulla, mən sənə bir öyüd-nəsihət verirəm ki, əgər qəbul etsən qarşında düz yol açılacaqdır. İmam (ə) buyurdu: «De eşidim». Mərvan dedi: «Mən sənə tövsiyə edirəm ki, Yezid ibn Müaviyəyə beyət edəsən və bu yolla həm dinini, həm də dünyanı qoruyasan». Həzrət buyurdu:
    انا الله و انا اليه راجعون، و على الاسلام السلام اذ قد بليت الامة براع مثل يزيد
    «Əgər Yezid kimi bir adam islam ümməti hökumətinin rəhbərliyini ələ alarsa, onda İslam məhv olar və ona yas saxlanılar».
    İmamin (ə) Mərvanla söhbəti uzun çəkdi, sonda Həzrət (ə) qəzəbli halda ondan ayrıldı.
    Şənbə gününün axırlarında Vəlid bir neçə nəfəri İmamın(ə) ardınca göndərərək, onu Yezidə beyət etmək üçün dəvət etdi. Həzrət (ə) buyurdu: «Bu gecə keçsin, görək sabah nə olur». Onlar da gecəni İmamdan (ə) əl çəkdilər ki, ertəsi gün işi biryolluq etsinlər.
    Gecənin qaranlığında Rəsulullahın (s) nəvəsi Mədinədən çıxmaq üçün hazırlaşdı. Öncə məzlum anasının qəbri üstünə gedib xudahafizləşdi və oradan qardaşının qəbri üstünə gələrək onunla da vidalaşdı. Sonra qardaşı cənab Məhəmməd Hənəfiyyə ilə görüşdü. Yazmışlar ki, o, xəstə idi və onların arasında olan müfəssəl bir müzakirə tarixdə   qeyd olunmuşdur. Sonda İmam (ə) buyurdu:
    أنت يا أخى فلا عليك أن تقيم بالمدينة فتكون لى عيناً لاتخفى عنى شيئاً من امورهم
    «Еy mənim qardaşım, sənin Mədinədə qalmağın üçün heç maneə yoxdur və xalqın işləri ilə əlaqədar xəbərləri mənə çatdırasan».
    Sonra kağız-qələm istədi və мəşhur оlаn vəsiyyət məktubunu yаzdı:
    بسم الله الرحمان الرحيم هذا ما او صى به الحسين بن على بن أبيطالب الى اخيه محمد المعروف بابن الحنفيه ...
    «Bağışlayan və mehriban Allahın adı ilə! Bu, Hüseyn ibn Əli ibn Əbi Talibin (ə) qardaşı Məhəmməd Hənəfiyyəyə vəsiyyətidir. Həqiqətən, Hüseyn (ə) Allahın yeganəliyinə, ondan başqa pərəstişə layiq olan bir mövcud olmadığına və Allahın şərikinin olmamasına şəhadət verir. Yenə də şəhadət verir ki, Məhəmməd (s) onun bəndəsi və haqqı haqqın yanından gətirən elçisidir. Cənnət və cəhənnəm haqdır. Haqq-hesab günü çatar və onda heç bir şəkk-şübhə yoxdur və Allah ölüləri dirildər».
    Sonra yazdı: «Bu hərəkəti etməkdə məqsədim   sizləri dikbaşlığa, tüğyana, nəfsi istəklərə və fitnə-fəsada təhrik etmək deyildir. Əslində mənim məqsədim babam Peyğəmbərin (s) ümmətini çətin vəziyyətdən xilas etməkdir. Nəzərdə tutmuşam ki, sizləri pis işlərdən çəkindirim və xeyirxah işlərə dəvət edim. Məni və məqsədlərimi haqq, doğru hesab edən hər bir kəs bilməlidir ki, Allah haqq və doğruluğa layiqdir. Mənim bu rəyimi rədd etsəniz, mən bu problemlərlə təklikdə qalacağam».
    Sonra gecə vaxtı qardaşları, qardaşı uşaqları və öz Əhli-beyti (ə) ilə birlikdə aşağıdakı ayəni oxuduğu halda Mədinədən çıxdı.
    فَخَرَجَ مِنْهَا خَائِفًا يَتَرَقَّبُ قَالَ رَبِّ نَجِّنِي مِنَ الْقَوْمِ الظَّالِمِينَ
    («QƏSƏS», ayə 21)
    Həzrət(ə) əsas yollа Məkkəyə tərəf yola düşdü. Yoldaşları təklif etdilər ki, sən də İbn Zübeyr kimi başqa yolla get. O, buyurdu: «Mən əsla belə etməyəcəyəm və ilahi qəzavü-qədərin intizarındayam ki, Allah nə istəsə, qoy olsun».
    Şəban ayının 3-ü, cümə günü Həzrət(ə) Məkkəyə daxil oldu. O gün onun təvəllüd günü idi və həmin gün siyasət və din meydanında yeni bir təvəllüd günü yarandı. Məkkədə qaldığı müddətdə (şəban, ramazan, rəbiələvvəl, ziğəddə ayları) dörd ay beş gün müddətində şəhərin bütün adamları, habelə digər islam şəhərlərindən gəlmiş sayılıb-seçilən adamları onunla görüşdülər. Eləcə də öncədən Məkkəyə gəlmiş Abdulla ibn Zübeyr bu camaatla bərabər iki gündə bir dəfə və bəzən də bir az çox İmamın (ə) yanına gəlir və ona bəzi rəylərini bildirirdi. Amma bilmək lazımdır ki, İmamın (ə) Məkkədə olmağı hamıdan çox İbn Zübeyr üçün ağır idi. Çünki o, bilirdi ki, Hüseyn ibn Əli (ə) Məkkədə nə qədər qalsa, xalq ona beyət etməyəcəkdir.
    Məhəmməd Mehdi Şəmsəddin İbn Kəsirin «Əl-bidayə vənnihayə» kitabından nəql edərək yazır: «Hüseyn (ə) və Abdulla ibn Zübeyr Mədinədən Məkkəyə getdikləri zaman camaat Hüseynə (ə) şiddətli məhəbbət göstərdilər. Belə ki, ardıcıl olaraq onun mənzilinə get-gəl olur, onun məclisində dövrə vurub oturur, həvəslə onun sözlərini dinləyir və ondan eşitdikləri rəvayətləri yazırdılar».
    Yenə də Əbul Fərəc İsfahaninin «Məqatil Talibin» kitabından nəql edərək yazır: «Hüseynin (ə) Hicazda qalması Abdulla ibn Zübeyr üçün çox ağır idi. İbn Zübeyr çox istəyirdi ki, Hüseyn (ə) İraqa tərəf getsin ki, o, Hicazı öz təsiri altına alsın. O, bilirdi ki, Hüseyn (ə) Hicazdan çıxmamış öz məqsədinə çata bilməz».
     
    Kitabın adı: Qədir günündən Aşurayadək
    Müəllif: Seyid Kazim Pərpənçi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.