Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Bu iki müqəddiəmənin nəticəsində qeyd edirəm ki, Həzrət Peyğəmbər(s) dünyasını dəyişəndən sonra Həzrət Əlini(ə) xanənişin etdilər. İyirmi beş ildən sonra o Həzrəti məscidə aparıb dördüncü xəlifə təyin etdilər. İmam Əli(ə) dünyasını dəyişəndən sonra İmam Həsən(ə) mənbərə çıxıb özünü təqdim edərək buyurdu: “Camaat! Allah mənə əmr edib ki, sizlər üçün höccət və imam olum. Siz məni qəbul edirsinizmi?”
Müaviyə bu xəbəri eşitdikdə İmam Həsənə(ə) belə bir xəbər göndərdi. Ey Həsən, ya çıx get işinlə məşğul ol, yada qoşununu gətir müharibə edək.
İş o yerə çatdı ki, axırda İmam Həsənlə(ə) Müaviyə sülhnamə imzalamalı oldu. O sülhnamənin maddələrindən biri belə idi ki, Müaviyə özündən sonra heç kəsi həta oğlu Yezidi belə öz yerinə qoymayacaq. Müaviyə bu sülhnaməyə qol çəkib imzaladı.
Müaviyənin ömrünün axırlarında oğlu Yezidə belə bir vəsiyyətnamə yazmışdı. Üç nəfəri sənə tapşırıram. Onlardan biri Abdullah ibn Zübeyr, biri Abdullah ibn Ömər, biri də Hüseyn ibn Əlidir. Abdullah ibn Zübeyrə dəymə. O qoca kişidir və sənin hökümətinlə işi olmayacaq. Abdullah ibn Öməri harada gördün onu mütləq öldür. Amma Hüseyn ibn Əlidən qorxuram. Onunla işin olmasın.
Müaviyə bilirdi ki, İmam Hüseyn(ə) hansı işləri görə bilər. O bilirdi ki, Yezid onunla bacarmayacaq. Ona görə də Yezidə vəsiyyət etdi ki, İmam Hüseynlə(ə) işi olmasın.
Müaviyə öləndən sonra Yezid Mədinənin valisinə xəbər göndərdi ki, Hüseyndən ya beyət almalısan, ya da onun başını mənə göndərməlisən.
İmam Hüseyn(ə) gördü ki, Peyğəmbərin vəfatından hələ əlli il keçməyib. Peyğəmbəri görənlərin bəzisi hələ də yaşayır. Nəslin hamısı dəyişməyib. Belə olan halda indi Yezid Peyğəmbərin(s) yerində əyləşib İslamda xəlifəlik etmək istəyir. O Yezid ki, Peyğəmbər onların barəsində buyurmuşdur: “İslamda xilafət Əbu Süfyanın nəslinə haramdır.” Peyğəmbərdən(s) sonra əlli il keçməmiş Yezid onun yerində oturmaq istəyir. Amma İmam Hüseyn(ə) buna razı olmadı və Yezidin qarşısında dayandı. O heç vaxt razı olmazdı ki, Yezid kimi alçaq, şərəfsiz, itbaz, pozğun bir insan Peyğəmbərin(s) yerində əyləşib İslama xəlifə olsun.
Mərvan ibn Həkəm Yəhudi bir kişinin oğlu idi. Onun atası Peyğəmbəri(s) o qədər incitdi ki, axırda Peyğəmbər(s) onu şəhərdən uzaqlaşdırdı. Peyğəmbərin(s) vəfatından bir neçə il sonra Mərvan gəlib bəzilərinə kürəkən oldu. Kürəkən olandan sonra vəzifəyə çatdı. Vəzifə başına gələndən sonra atasının intiqamını Peyğəmbərin(s) əhli-beytindən və nəslindən almağa başladı.
Bir gün o, küçələrin birində İmam Hüseynlə(ə) rastlaşdı. O, İmama dedi: Mənim sənə bir təklifim var. Yaxşı olar ki, sən Yezidə beyət edəsən. Əgər sən ona beyət etsən, həm sənin dünyanın, həm də dininin xeyrinə olar.
İmam Hüseyn(ə) ona baxıb bu ayəni oxudu:
اِنّا لله وَ اِنّا اِلَيْهِ رَاجِعُون
Allah tərəfindən gəlmişik və Ona tərəf də qayıdacağıq.
Həzrət bu ayəni oxuduqdan sonra buyurdu: Sən danışdığın sözlərin mənasını bilirsənmi? Bu o deməkdir ki, ümmət Yezidə giriftar olub. Yezidə beyət etmək İslamla sağollaşmaq və ayrılmaq deməkdir.
Sonra Həzrət buyurdu: “Cəddim Peyğəmbərdən eşitdim ki, İslamda xilafət Əbu Süfyanın övladlarına haramdır.”
Müaviyə həmin əbu-Süfyanın oğlu idi. O İslamın və Peyğəmbərin(s) əleyhinə çox planlar qurmuşdu. Müaviyə həmin Hindənin oğlu idi ki, ühüd müharibəsində Həmzə seyyidüş-şühədanın cənazəsini parçaladı və qara ciyərini çıxardaraq dişləyib yerə atdı. Onun qəlbində Həmzəyə qarşı bu qədər kin-küdurəti var idi.
Peyğəmbərdən(s) təxminən əlli il sonra həmin Müaviyənin oğlu İslam taxtının üstünə çıxıb xəlifə olmaq istəyir. Amma İmam Hüseyn(ə) onun qarşısında dayanıdı və razı olmadı ki, İslamın taleyi şərəfsiz bir insanın əlində məhv olub aradan getsin. İmam Hüseyn(ə) iman idi ki, küfrün qarşısında dayandı.
Mərhum ayətullah Şirazi Nəcəf şəhərinin böyük alimlərindən biri idi. Onun avropada alimlərin biri ilə belə bir söhbəti olmuşdu. Avropalı alim ona dedi ki, sizin əlinizdə çox böyük və qiymətli xəzinə var. Amma çox təəssüflər olsun ki, siz ondan istifadə etməyi bacarmırsınız. Əgər hər millətin Hüseyni olsaydı, indi həmin millət bütün dünyada hakim olardı. Biz həmişə camaatı bir yerə yığıb öz sözümüzü orada demək üçün çox çətinlik çəkirik. Məsələn, on min nəfər insanı bir yerə yığmaq üçün günlərlə təbliğ edib milyonlarla pul xərclədikdən sonra iki-üç min insanı güclə bir yerə yığıb sözümüzü onlara deyirik. Amma sizdə isə hara qara bir ələm vurulsa, o saat camaat onun altına yığışır. Bu sizin əlinizdə böyük bir xəzinədir. Amma çox heyflər olsun ki, siz müsəlmanlar bundan istifadə etməyi bacarmırsınız.
Müaviyənin tərəfdarlarından biri öz zamanına görə bir alim idi. O yazır ki, əgər biz öz şəhərlərimizdə yolların kənarında müaviyənin heykəlini qızıldan da qoydursaq, yenə də onun haqqını ödəyə bilmərik. Çünki, əgər Müaviyə olmasaydı indi yer üzündə müsəlmanlar bütün dünyaya hakim olardı. Bunun qarşısını müaviyə aldı.
Həm Müaviyə, həm atası əbu Süfyan, həm də oğlu Yezid qoymadılar ki, İslam inkişaf etsin. Onlar İslamın qarşısını kəsdilər. Əgər İmam Hüseyn(ə) Yezidin qarşısında dayanmasaydı, indi İslamdan əsər əlamət qalmayacaqdı.
Kərbəla hadisəsindən sonra İmam Səccad(ə) yeganə kişi səksən dörd nəfər qadınla mədinə şəhərinə qayıtdı. Kişilərdən yalnız İmam Səccad(ə) qalmışdı. Allah onu imamət yolunun davamçısı olaraq saxladı. Əsl kişilərdən yalnız o Həzrət diri qalmışdı. Başqa şəhərlərdə olanlar isə kişi surətində olan qadınlar idilər ki, onların heç biri İslamın xətərə düşdüyü bir vəziyyətdə dinə yardım etmədilər. Onlar qorxularında, dünyaya bağlı insanlar olduğu üçün din onları heç də maraqlandırmırdı.
İmam Səccad(ə) şəhərə daxil olanda bir nəfər o Həzrətə tənə vuraraq belə dedi: Ağa, gördünüzmü Kərbəlaya getdiz, başınıza nə iş gəldi? İmam buyurdu: Bəli, mən gördüm ki, nə oldu! Amma sənin xəbərin yoxdu ki, əgər getməsəydik nə olacaqdı? Mənim getməyimdən xəbərim var, amma sənin xəbərin yoxdu ki, əgər biz getməsəydik, İslamdan əsər-əlamət qalmayacaqdı.
Odur ki, İmam Hüseyn(ə) o şərəfsizlərin qarşısında dayandı və onların qurduğu planlarını qanı ilə pozub dağıtdı. Onların zərrə qədər də olsun insafları, şərəfləri və mürüvvətləri yox idi.
Bu biinsafu bimiqdarilər zahirdə insandi,
Namazu ruzə əhli peyrovi İslamu Qurandi,
Vəli batində bədbavərdi, hiylətgərdi, şeytandi
Bunlar tarixə ləkkə, ruzigarə nəngu xizlandi,
Bunlar pozmuş nizame fəzlu, ədlu, elmu imani,
Bunlar mənaye lənətdi!
Bunlar dəryaye qəflətdi!
Bunlar came cəhalətdi!
Bunlar ruhe şəqavətdi!
Bunlar dəste cinayətdi!
Bunlar məste riyasətdi!
Bunlar ziddi vilayətdi!
Bunlar ğərqe cinayətdi.
Bunlar mövla hüzurunda ucaldıb ərşə ğövğani!
Əgər İman Hüseyn(ə) bunların qarşısını almasaydı yer üzünü, qəflət, şəqavət, cinayət bürüyərdi. Bunların qarşısında elə bir şəxsiyyət dayandı ki:
Bunun əbruləri beytül-hərame cane cövhərdi,
Bunun hülqumunu öpsən əlli min həccə bərabərdi,
Buna hər bir nəfəsdə can deyən yüz min peyəmbərdi,
Bunu güldəstələrdə səsləyən Allahu Əkbərdi,
Bunu məscid tanır, tərif edər mənbər bu mövlani.
Bunun xaki qüdumindən təyəmmüm etsə kim,
Şahe səfaye səcdəsi məxmur1 edər səhərgahi.
Riyaze ədnidə hər səbzədən etsən nəzərxahi,1
Deyər gül də Hüseyndür, ədnidə, govsər də vallahi!
Hüseyndir ayəte-rəhmət, Hüseyndir qayəte-rəhmət,
Hüseyndir qibleye-qeyrət, Hüseyndir məniye-heyrət
Hüseyndir ruhe-hürriyyət, Hüseyndir fəxre-heysiyyət,
Hüseynsiz neynirəm fəzli, Hüseynsiz fəzlə min lənət.
Hüseynsiz bir görər aşiq, tikanlıqla gülüstani
İmam Hüseyn(ə) o bişərəflərin qarşısında izzətlə dayandı. Bəziləri elə başa düşməsinlər ki, İmam Hüseyn(ə) orada aciz qalmışdı. O Həzrət izzətlə, şərəflə, qeyrətlə onların qaşısında dayandı və öz qanı ilə onların məhv etdi. O Həzrət izzətlə yaşadı, izzətlə də şəhid oldu. Əgər İmam Hüseynin(ə) izzətini altı milyard insanların arasında bölsələr, onların hamısını əziz edər, artıq da qalar.
Kitabın adı: İmam Hüseyn (ə) məktəbi
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |