Şiəlik İmam Hüseynin (ə) dönəmində
İbn Əbu əl-Hədid yazır: "Həsən ibn Əli (ə) dünyasını dəyişincəyə qədər ümumi vəziyyət beləcə davam etdi. Həmin dövrdə şiələr daha çox təhlükə hiss edir, hətta insanlar arasında gəzdikdə belə hər an öldürülə biləcəklərini düşünürdülər. Onlar bir çox hallarda ata-baba yurdlarını tərk edir, gizli həyat sürürdülər”.İmam Məhəmməd Baqir (ə) buyurur:"Bizim və şiələrimizin ən ağrılı-acılı günləri İmam Həsənin (ə) vəfatından sonra olmuşdur. O zaman hər bir şəhərdə şiələrimizi qətlə yetirir, əl-ayaqlarını kəsir və şiə olduqları ehtimal olunduqda belə olmazın işgəncələr verirdilər. Bizimlə dost və ya hər hansı bir əlaqəsi olan hər bir insanı ya dustaqxana həyatına məhkum edir, ya malını qarət edir, ya da evini uçururdular. Bu müsibət dolu günlər Übeydullah ibn Ziyadın dönəminədək davam etdi”.Hicri altmışıncı ildə Müaviyə dünyasını dəyişdi. Oğlu Yezid hələ atası sağ ikən camaatdan onun üçün aldığı beyətə əsasən hakimiyyəti ələ aldı. Tarixdən gələn qəti dəlillərə görə, Yezid, hətta atası sağ ikən heç bir dini ayinə boyun əymir, dini göstərişlərə biganə yanaşır, həyatını əyyaşlıq, pozğunluqla keçirirdi. Onun hakimiyyətdə olduğu üç il müddətində törətdiyi faciələr İslam tarixində misli görünməmiş faciələrdir. Hakimiyyətin ikinci ilində Mədinədə soyqırım törətdi. Hələ bu azmış kimi, o bölgədə məskunlaşan insanların canının, malının və namusunun ixtiyarını üç gün müddətində qoşununa verdi. Üçüncü ilində isə müqəddəs Kəbəni viran qoyub yandırdı.Əbu Mixnəf, Həccacın belə dediyini nəql edir: "Şiələr Süleyman ibn Sürədin evinə toplaşıb Müaviyənin ölüm xəbərini eşitdilər. Onlar birlikdə bu xəbərə görə şükür etdilər. Süleyman ibn Sürəd dedi: "Müaviyə dünyadan köçüb. İmam Hüseyn (ə) (Yezidə) beyət etməkdən boyun qaçırıb. Hal-hazırda Mədinədən Məkkəyə doğru hərəkətdədir. Siz onun atasının şiələrisiniz....Təbəri və İbn Əsir Müaviyənin ölümündən sonra Hüseynin (ə) hökumət evinə dəvət edilməsi haqqında belə nəql edirlər: "Abdullah ibn Zübeyr o həzrətə (ə) dedi: "Qurbanın olum, qorxuram ki, hökumət evinə getdiyində səni həbs edib Yezidə beyət etməyə məcbur etsinlər.” İmam Hüseyn (ə) buyurdu: "Mən oraya tək getməyəcəyəm. Əksinə, yaxınlarımı, şiələrimdən olan haqq yolçularını toplayıb onlardan silahlanmalarını və mənimlə gəlmələrini istəyəcəyəm...”Şiələrin İmam Hüseynin (ə) qətlində rolu olubmu? Son zamanlar şiələrə qarşı səslənən etirazlardan biri də budur ki, guya İmam Hüseynin (ə) qatilləri elə şiələr özləri olmuşlar. Çünki Ömər ibn Sədin Kərbəlaya yeritdiyi qoşunun böyük əksəriyyətini Kufə əhalisi təşkil edirdi. O dövrün kufəliləri Əli (ə) şiələri hesab edilirdilər. İndi göz yaşı axıtmalarının səbəbi də əcdadlarının törətdikləri bu cinayətdir. Seyid Əli Cəlal Hüseyni Misri qələmə aldığı "əl-Hüseyn” adlı kitabında yazır: "İmam Hüseyn (ə) haqqında maraqlı məqamlardan biri də budur ki, onu şiələr öldürdülər və indi də hər il onun öldürüldüyü gün matəm mərasimləri keçirir, əzadarlıq edirlər”.Bütün bunları nəzərə alıb düşündük ki, bu məsələni incələyib İmamın (ə) qatilinin kimlər olduğunu aydınlaşdıraq. Hakimiyyətin ikinci ilində Mədinədə soyqırım törətdi. Hələ bu azmış kimi, o bölgədə məskunlaşan insanların canının, malının və namusunun ixtiyarını üç gün müddətində qoşununa verdi. Üçüncü ilində isə müqəddəs Kəbəni viran qoyub yandırdı.Əbu Mixnəf, Həccacın belə dediyini nəql edir: "Şiələr Süleyman ibn Sürədin evinə toplaşıb Müaviyənin ölüm xəbərini eşitdilər. Onlar birlikdə bu xəbərə görə şükür etdilər. Süleyman ibn Sürəd dedi: "Müaviyə dünyadan köçüb. İmam Hüseyn (ə) (Yezidə) beyət etməkdən boyun qaçırıb. Hal-hazırda Mədinədən Məkkəyə doğru hərəkətdədir. Siz onun atasının şiələrisiniz....Təbəri və İbn Əsir Müaviyənin ölümündən sonra Hüseynin (ə) hökumət evinə dəvət edilməsi haqqında belə nəql edirlər: "Abdullah ibn Zübeyr o həzrətə (ə) dedi: "Qurbanın olum, qorxuram ki, hökumət evinə getdiyində səni həbs edib Yezidə beyət etməyə məcbur etsinlər.” İmam Hüseyn (ə) buyurdu: "Mən oraya tək getməyəcəyəm. Əksinə, yaxınlarımı, şiələrimdən olan haqq yolçularını toplayıb onlardan silahlanmalarını və mənimlə gəlmələrini istəyəcəyəm...” Şiələrin İmam Hüseynin (ə) qətlində rolu olubmu? Son zamanlar şiələrə qarşı səslənən etirazlardan biri də budur ki, guya İmam Hüseynin (ə) qatilləri elə şiələr özləri olmuşlar. Çünki Ömər ibn Sədin Kərbəlaya yeritdiyi qoşunun böyük əksəriyyətini Kufə əhalisi təşkil edirdi. O dövrün kufəliləri Əli (ə) şiələri hesab edilirdilər. İndi göz yaşı axıtmalarının səbəbi də əcdadlarının törətdikləri bu cinayətdir. Seyid Əli Cəlal Hüseyni Misri qələmə aldığı "əl-Hüseyn” adlı kitabında yazır: "İmam Hüseyn (ə) haqqında maraqlı məqamlardan biri də budur ki, onu şiələr öldürdülər və indi də hər il onun öldürüldüyü gün matəm mərasimləri keçirir, əzadarlıq edirlər”. Bütün bunları nəzərə alıb düşündük ki, bu məsələni incələyib İmamın (ə) qatilinin kimlər olduğunu aydınlaşdıraq.
Kitabın adı: Haqqın izi ilə
Müəllif: Əli Əsğər Rizvani