» » Hicrətin 60-cı ili


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Hicrətin 60-cı ili
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 17-10-2015, 16:00 | Baxılıb: 1 008
     
     
     Hicrətin 60-cı ili
     
    Hicrətin 60-cı ilidir! Müaviyə ibn Əbu Süfyan hiylə, qızıl və zor işlətməklə, laqeydlik və iffətsizlik mayası xristian anası Meysunun döşlərindən kökəlmiş, dinsizlik dərsini babası Əbu Süfyandan irs apararaq atasının məktəbində kamala çatdırmış oğlu Yezid üçün   hakimiyyətdə vərəsəliyi qəbul etdirə bildi. Yəqin oldu ki, ondan sonra oğlu Yezid hakimiyyətə   gələcəkdir.
    Hicrətin 60-cı ilidir! Müaviyə öz var-qüvvəsi ilə, islam adı altında, tarixin başlanğıcından bütün peyğəmbər övliyaların dağıtmağa çalışdığı pis üçlüyü «Qulluq, yalan və qarət»in sütunlarını möhkəmlətdi. Dünən öz bütün varlığı ilə haqqın batil əleyhinə apardığı bütün müharibələrə də islam və müsəlmanların iftixarı olan Mühacir və Ənsardan ibarət islamın əvvəllərinin mücahidləri, onların dalınca tabiin (inqilabın ikinci nəsli) ya pulla alınır, ya zorla sakitləşdirilir, ya da qılıncla susdurulurdu. Sonu isə budur ki, xalqın din və dünyası küfr və zülmün iradəsinə tərəf fırlanırdı.
    Hicrətin 60-cı ilidir! Hər bir şey qəsbkarın qüdrətinin ixtiyarındadır. Dəyərlər hökumət işçiləri tərəfindən təyin olunur. Xalqın etiqadı saxta hədislərlə tənzimlənirdi. Hər bir hədis xilafət aparatının qoyduğu qiymətlə bir dinardır. Nə qədər hədis düzəlməlidir? Xəlifə bilir, de, altı yüzədək, bəlkə daha artıq. Bəli, dünənədək səhabə olmaq dəbdəbəsini yedək çəkən Əbu Hüreyrələr, Əbu Dərdalar və Əbu Musalar bu gün Əməvi səltənəti aparatının əlində alətdirlər və hədis maşınına çevrilmişlər.
    Hicrətin 60-cı ilidir! Nə sünnilik Hənəfi, Maliki, Şafei və Hənbəliyə bölünmüş, nə də şiəlik Keysaniyyə, Zeydiyyə, İsmailiyyə və isna Əşəriyyəliyə şöbələnmişdir. Əslində yalnız iki firqədirlər, ya Məhəmməd (s), ya da Əbu Süfyan nəslinin şiəsidirlər. Bir dəstə də sağ qalmağı üstün tutanlardır. Onlar siyasətdən ayrı dini müqəddəslik çətirinin himayəsi altında evlərinə çəkilmiş və ibadətlə məşğuldurlar.
    Mərhum Şəriəti demişkən: «İnqilabın ilk köməkçiləri Məhəmmədin (s) şəxsi məktəbinin bəslədikləri üç qrupa bölündülər: Bu əyriliyə tab gətirməyən bir qrup səslərini ucaltdılar və öldürüldülər. Əbuzər, Əmmar, Abdulla Məsud, Meysəm, Hücr hamısı getmişlər. İkinci qrup haqpərəstliyin fədakarlıq tələb etdiyi və həqiqi müsəlman qalmağın nə fəthi, nə də qəniməti olduğu, əksinə işgəncə və zindan olduğu çətin bir vəziyyətdə yeni bir şey fikirləşib tapan bir dəstə idi. Onlar cənnəti cihad cəbhəsində deyil, xəlvət, zahidlik və ibadətin əmin-amanlığında əldə etməyi fikirləşib tapdılar. Təkliyə çəkilib Allaha aşiqanə düşüncə, zahidlik uzun-uzadı oruclar və nafilə namazları qılmaqla məşğul olmağa başladılar. Onlardan nümunə olaraq Abdulla ibn Öməri göstərmək olar. Bunlar müsəlman kütlələri Bəni Üməyyə cəlladları və işçilərinin şallaqları altında inlədiyi vaxt gözlərini onların müqavimət və qiyamına tikdiyi böyük şəxsiyyətlər idilər ki, məscid guşələrinə çəkilib ən yaxşı müsəlman şəxsiyyətlərini küfr və zülmün xeyrinə xəlvəti ibadətə qurban verdilər. İkinci dəstə isə Bədr, Ühüd, Hüneyn, Mədinə, cihad, hicrət və islam Peyğəmbərinin (s) yanından topladıqları iftixarları gətirərək Müaviyənin yaşıl sarayında sataraq pulunu alan bir dəstə idi. Əbu Dərda, Əbu Musa, Əbu Hüreyrə (belə bir dövrdə gənc nəslin təklifi nədir? Dünən olmayan gənclər inqilabın ikinci, bəlkə üçüncü nəslidirlər) inqilab dövründə olmayan gənclər o əzəmətli əsr, o iftixar və qələbələr, iman və eşqləri bu səhabələrin dilindən eşitməli idilər. O eşq gənclərin qəlbində döyünər, düşüncələri, imanları və ümidləri bu inqilab əsrinin becərdiyi adamlarda idi. Onların bu iylənmiş sudakı rüsvayçılıqlarını, hər gün birinin süqut etdiyini gördükdə özlərində nə məyusluq, nə naümidlik, nə imansızlıq və adı islam olan bir şeyə qarşı nə qəzəb hiss edirlər?
    Hicrətin 60-cı ilidir! Taha Hüseynin «Əli və övladları» kitabında dediyi kimi, Müaviyə öz mənfur işi ilə islamda yeni bir bidət yaratdı. Bu bidət hökmranlığın irsi olaraq oğlu Yezidə ötürülməsi idi. Bu, elə bir iş idi ki, nə Əbu Bəkr, nə də Ömər bu fikirdə olmamışdılar. Beləliklə, islamda ilk dəfə bünövrəsi zor, təzyiq, qorxu və vəhşət olan bir hökumət bərqərar oldu.
    Hicrətin 60-cı ilidir! Rəcəb ayının ortalarında Müaviyə dini dəyərlərə qarşı apardığı bir ömür mübarizədən sonra bu gün xarabalıqdan başqa bir şeyi qalmayan yaşıl sarayında dünya ilə vidalaşdı. Vəliəhdliyini atası lap son anlarda zorla ümmətə imzalatdıran oğlu Yezid qara xəz əmmaməsini başına qoyub atasının qılıncını bağlayaraq rəsmi şəkildə (taxtda) oturdu.
    İbn Əsəm «Əl-Fütuh»da yazır: «Şam əhalisi onu xilafətdə təbrik etdikdən və atasının ölümündə başsağlığı verdikdən sonra əmr etdi ətrafa beyət almaq üçün məktub yazdılar. Mədinənin hakimi Vəlid ibn Ütbəyə aşağıdakı məzmunda bir məktub yazdı:
    «Bağışlayan və mehriban Allahın adı ilə! Allah bəndəsi Yezid ibn Müaviyədən Vəlid ibn Ütbəyə.
    Salamdan sonra bil ki, Müaviyə Allah bəndələrindən biri idi. Allah-Təala onu əzizləyərək yer üzünün xilafətini ona ehsan etmişdi. İndi o, mərhəmətli Allahın himayəsindədir. Yaşadığı dövrdə tərifli həyat tərzi keçirmiş və yolunu bilən adam olmuşdur. O, öz sağlığında məni öz vəlidi edərək dünyadan getdi. Məktubun məzmunundan xəbərdar olan kimi Mədinə əhalisindən beyət al və sonra Hüseyn ibn Əli, Abdulla ibn Ömər, Əbdürrəhman ibn Əbu Bəkr və Abdulla ibn Zübeyrdən beyət istə. Əgər rəğbət və itaətlə mənə beyət etsələr çox yaxşı, əks təqdirdə onlardan məcburi şəkildə beyət al. Onlardan hansı biri beyət etməsə, boynunu vurub başını mənə göndər».
     
     
    Kitabın adı: Qədir günündən Aşurayadək
    Müəllif: Seyid Kazim Pərpənçi
     
     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.