» » Quranın əbədilik zəmanəti


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Quranın əbədilik zəmanəti
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 25-10-2015, 18:00 | Baxılıb: 831
     
     
    Quranın əbədilik zəmanəti
     
    Lütfən, bu xütbəni daha bir dəfə oxuyaq ki, Həzrətin (ə) hansı sübutlarla şəhadəti seçməsi və zülmkarlarla birgə yaşamağı bədbəxtlikdən başqa bir şey hesab etməsi daha yaxşı aydın olsun:
    -Ölüm Adəm övladına gənc qızın boynundakı boyunbağının yaraşdığı kimi yaraşır;
    -Mən Yəqubun Yusifi gözlədiyi kimi, öz ata-babalarımla görüşü necə də gözləyirəm;
    -Sanki baxıram və görürəm ki, bədən üzvlərimi Kərbəla səhrasında parçalayırlar;
    -Biz Əhli-beytin razılığı elə Allahın razılığıdır;
    -Bu orduya yazılmağın başlıca şərti nəfsi istəklərdən keçmək və Allahın görüşünə hazır olmaqdır.
    Doktor Şəriəti öz sehirli bəyanı ilə bu fədakarlığın ən ali dərəcəsi və eyni zamanda tarixin ən qəmli hadisəsini necə də gözəl vəsf edir:
    - İndi hicrətin 60-cı ilidir. Hər şey əldən getmişdir. Yarım əsr bundan qabaq yaranmış bir hərəkatın bütün uğurları və müvəffəqiyyətləri ayaqlar altında qalmışdır. Peyğəmbərlə (s) nazil olan müqəddəs Quran kitabı Bəni Üməyyə nizələrinin başına vurulmuş, islami təlaş və cihadla insanların beyninə və ürəyinə hopmuş əqidə və mədəniyyət Əməvi hakimiyyətinin təsdiqi üçün bir vasitəyə çevrilmişdir. Bütün məscidlər allahsızlıq, zülm, saxtakarlıq və mənəviyyatdan kənar bir yuvaya dönmüş, cihad qılıncları cəlladların ixtiyarına keçmişdir. Bütün zəkat və qənimətlər isə Müaviyənin yaşıl sarayının beytulmalına axırdı. Həqiqət, tövhid, peyğəmbər, sünnə, Quran və vəhydən söz deyənlərin qapısı Müaviyə və onun rejiminin ixtiyarında idi. Bütün din adamları, qazilər, təfsirçilər, Quran oxuyanlar, alimlər və digər söz sahibləri ya öldürülmüş, ya da zahidliklə məşğul idilər. Məhəmməd(s) nəslindən olan məsumların heç bir mehrabı və minbəri yox idi. Bizans, İran və Ərəbistanı əhatə edən bütün bu böyük ərazı onun xilafətinin ixtiyarındadır. Bu ərazidə yaşayanların heç biri Peyğəmbərin (s) öz ailəsindən və nəslindən olan bir nəfər kimi inqilaba vəfalı deyildir. Mühacir və Ənsarın bütün zəhmətləri hədər getmiş və əldə olunan var-dövlət Müaviyənin sarayının beytulmalına qatılmışdır. Keçmiş inqilabçıların bir qismi Rəbəzə səhrasında öldürülmüş, bir qismi isə soyqırıma məruz qalmışdılar.
    İndi Hüseyn (ə) bu fikirlərlə din, Quran, qüdrət, pul, qılınc, təbliğat, silah-sursat, bütün beytulmal və Peyğəmbərin (s) tam vərəsəliyi əlində olan bir iqtidar qarşısında əliyalın dayanmaq istəyir.
    O, iki iş edə bilər: Bəni Üməyyə ilə siyasi mübarizə aparmaq üçün lazımi qüvvəsi olmadığına görə oturub elmi və fikri mübarizə apara bilər. Hüseyn (ə) belə bir addımı ata bilməz. Çünki o, bilir ki, cəmiyyətdəki hər bir işin dəyəri düşmənin ondan çəkdiyi zərər qədərdir. Nə etməli? Qiyam etməli, silahlı qiyam etməlidir. Amma silahlı qiyam bacarıq istəyir. Hüseyn isə bunu edə bilmir.
    Amma o, bunu bacarmadıqda başqa bir işə əl atır və Zilhiccə ayının 8-də axşam vaxtı hacıların hamısının başı həcc ayinlərinin icrasına qarışdığı zaman elan edir ki, mən ölümə tərəf gedirəm.
    خط الموت على ولد آدم مخط القلادة على جيد الفتاة
    Siyasi qiyam etmək istəyən bir adam belə söz deməz. Vurarıq, öldürərik, qalib gələrik, düşməni məhv edərik kimi sözlər deyər. Amma Hüseyn(ə) yola düşdükdə xalqa etdiyi müraciətində deyir ki, «Ölüm Adəm övladına gənc qızın boynundakı boyunbağının yaraşdığı kimi yaraşır». Ölüm kişinin bəzəyidir. Sonra da Məkkədən ölümə tərəf yola düşür. Sanki o, özünü məsul bir rəhbər kimi görür və bilir ki, əgər sakit qalarsa, bütün islam dini bir «dövlət dini» formasına düşəcəkdir. İslam bir siyası qüdrətə çevriləcək və ondan başqa heç bir şey olmayacaqdır! Əvvəlcə bir hadisə, sonra bir rejim və bir hakim qüdrət olaraq Monqol-tatarların, Sülukinin, İsgəndərin və ya Çingizxanın canişinlərinin qüdrəti kimi görünəcəkdir. Sonra da bu qüdrət, xilafətin özü aradan gedəcək və məhv olan ordunun özü kimi tarixdə yalnız və yalnız xatirələrdən başqa   heç bir əsər əlamət qalmayacaqdır.
    Odur ki, Hüseyn (ə) indi iki iş arasında məəttəl qalmışdı. Sakit qala bilmirdi, çünki vaxt əldən gedirdi, hər şey kökündən çıxarılıb atılırdı, yaddaşlardakı və vicdanların dərinliyindəki hisslər, düşüncələr unudulurdu, məscid və mədrəsələrdə, cəmiyyətlərdə hər şey məhv edilirdi. Bütün dəyərlər və imanlar, hədəf və məfhumlar, ideallar, habelə Məhəmməd Peyğəmbərin(s) gətirdiyi və islamın dəyərləndirdiyi cihadlarda əldə olunanlar pozulub gedirdi.
    Eləcə də hər bir kəs qüdrət və yalanın təsiri altına düşür və bütövlükdə hamı zamanın sükut və iztirabının ixtiyarında idi.
    O, sakit otura bilmirdi, çünki zülmlə mübarizə məsuliyyətini daşıyırdı. Digər tərəfdən də mübarizə apara bilmirdi. Çünki mübarizə aparmağa qüvvəsi yox idi və özü də hakimin zor qüvvəsinin əlində idi. Nə fəryad edə, nə sakit otura, nə təslim ola və nə də hücum edə bilmirdi. Yalqız və əliboş qalmışdı. Amma bütün bu məsuliyyətlərin ağır yükü onun çiyinlərində idi. Babası, atası və qardaşının qüdrətindən və bütün əvvəlki cihadların səmərəsindən ona heç bir şey çatmamışdı. Ona qalan yalnız iftixar, əziyyət və ağır məsuliyyət idi. Yalqız və silahsız qalmışdı. Bununla belə, onun qarşısında dünyanın ən qüvvətli və vəhşi bir imperatoru dayanmışdı. O, ən gözəl və aldadıcı təqva və tövhidin müqəddəs paltarında səltənət və qüdrət taxtına söykənmişdi. O, isə yalqızdı...
    Amma şəhadətdən başqa heç bir silahı olmayan İmam (ə) bütün tənhalığı ilə istəyirdi ki, öz «yaxşı ölümü» ilə insanlar üçün «yaxşı yaşamağın» proqram və nizamnaməsini yaşatsın. Elə bu tarixi həssas məqam bizi belə deməyə vadar edir.
    ان الاسلام علوى و التشيع حسينيّ
    İslam ələvi, şiəlik isə Hüseyndir. Hətta Əhli-sünnə qardaşlarımız da aşura məsələsi ətrafında dərin təhlillər aparsalar görəcəklər ki, Hüseyn ibn Əliyə (ə) borcludurlar. Çünki əgər Hüseynin (ə) qanı Məhəmməd (s) dininin damarlarında axmasaydı, islamın kitabı Bəni Üməyyənin min aylıq xilafəti zamanında bağlanacaqdı. Aşura gecəsi dəyəri o min aydan artıq olan həmin Qədir gecəsidir.
    Ümumiyyətlə, «Adəmin varisi olan Hüseyn» Quranı yaşatmaq naminə ölmək istəyir. Bu, onun ata-babasından miras qalan «bir bilgi» idi. Onun qüvvətli düşməni isə öz bütün qüdrəti ilə bu «bilgi»dən məhrum idi. Yolboyu ona rast gələn insanların hamısının onu qaytarmaq təklifi də yersiz deyildi. Amma o, təkcə özü getmir, hətta arvad-uşağını da özü ilə aparırdı.
     

    Kitabın adı: Qədir günündən Aşurayadək
    Müəllif: Seyid Kazim Pərpənçi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.