» » İkinci qız nəvəsi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6721

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6705

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İkinci qız nəvəsi
    0
    Müəllif: Fatimə Nuri Xuda | 18-10-2015, 16:00 | Baxılıb: 426
     
     
    İkinci qız nəvəsi
     
    Həzrət Zəhra (s) hicrətin üçüncü (ya dördüncü) ilinin şəban ayının 3-də öz ikinci övladını dünyaya gətirdikdə doğum müjdəsini Rəsulullaha (s) yetirməklə yanaşı, körpəni o həzrətin yanına gətirdilər. Rəsulullah (s) onun sağ qulağına azan, sol qulağına iqamə oxudu və onu Hüseyn adlandırdı.
    Mərhum Əllamə Əmini «Sirətuna və sünnətuna, sirətu nəbiyyina və sünnətu nəbiyyina» kitabında doğum hadisəsini aşağıdakı kimi qələmə almışdır.
    Hafiz Əhməd ibn Hüseyn Beyhəqi deyir: «Xəbər verdi Əbul Qasim, Həsən ibn Məhəmməd müfəssir, Əbu Bəkrdən, Məhəmməd ibn Abdulla Nüfeyd, Əbul Qasimdən, Abdulla ibn Əhməd ibn Amir Tai (Bəsrədə) atasından, Əli ibn Musadan, o, öz atası Musa ibn Cəfərdən, o, öz atası Cəfər ibn Məhəmməddən, o, öz atası Məhəmməd ibn Əlidən, o öz atası Əli ibn Əl-Hüseyndən, Əsma bint Ümeysdən Əsma deyir:
    - Mən Həsən və Hüseyn doğulanda nənən Fatimənin mamaçası idim. Həsən dünyaya gələn zaman (çoxlu mətləblərdən sonra deyir:) Hüseyn dünyaya gəldikdə Rəsulullah (s) mənim yanıma gəlib buyurdu: Ey Əsma, övladımı gətir.
    Mən Hüseyni bir ağ parçada qundaqlayıb Rəsulullaha (s) verdim. Həzrət onun sağ qulağına azan və sol qulağına iqamə oxudu. Onu qucağında tutub ağladı. Ərz etdim: Atam- anam sənə qurban, niyə ağlayırsan? Buyurdu: Bu oğluma. Dedim: O ki, indicə doğulmuşdur. Buyurdu: Ey Əsma, bu oğlumu zülmkar bir dəstə öldürəcək, Allah mənim şəfaətimi onlara yetirməsin. Sonra buyurdu: Ey Əsma, bu sözü Fatiməyə demə, çünki dünyaya yenicə uşaq gətirmişdir.
    Bu rəvayəti Hafiz Əbul Müəyyəd Xarəzmi «Məqtəlul Hüseyn» kitabında öz sənədi ilə Hafiz Beyhəqidən və yenə Hafiz Mühibbuddin Təbəri «Zəxairul Üqba» kitabında Əbulhəsən əl-Rizanın (ə) «Müsnədül imam»ından nəql etmişdir.
    Sonra möhtərəm müəllif əlavə edir: «Sanki bu əziz islamda Rəsulullahın (s) evində şəhid Hüseynin əzasında tutulan ilk məclis idi. O günədək dünyanın qulağı Zəhranın(s) uşağından başqa bir yeni doğulmuş uşağa doğulduğu gün təbrik və şadlıq məclisi əvəzinə, matəm məclisi qurulmasını eşitməmişdi. Heç bir qulağa dəyməmişdi ki, dünyaya bir uşaq gəlsin və elə doğulduğu həmin saat təbrik əvəzinə, ölüm xəbərini versinlər, öldürülməsi və öldürülən yeri barəsində danışsınlar».
    Əllamə Əmini məsələnin izahında buyurur: «İslam ümmətinin nəzərində sonuncu peyğəmbərlik və onun özünəməxsus işləri baxımından dəqiq məsələlərdən biri də bu etiqaddır ki, müqəddəs Peyğəmbər (s) özündən sonra ailəsinin başına gələn bütün arzuolunmaz hadisələrdən və fitnələrdən tam şəkildə agah idi. Ailəsinin başına gələn bütün qorxulu müsibətləri, dünyanın uyğunsuzluqları, arzuolunmaz hadisələri və qəmli müsibətləri, ən faciəli şəkildə öldürülməyi, əsir olmağı, əzabları və kədərli hadisələri az-çox proqnozlaşdırırdı.
    Bu agahlıq və məlumat onun bütün yaradılışa aid olan böyük mütləq vilayətindən xəbər verir. Eləcə də bu elmə əməl etməməyi də həmin vilayətin işlərindəndir. (Bəli) Mütləq vilayətin işlərindəndir ki, o həzrət belə bir müsibətə dözür, özünü görməməzliyə vurur və özünü sanki olmayacaqmış kimi göstərirdi.
    Belə davranış və bütün bu əziyyətlərə dözmək heç bir bəşərdə görünməmişdir. Bu elm və güzəşt Adəm övladının heç birində toplanmamışdır və «Böyük vilayət» sahibindən başqa, heç bir insan barəsində təsəvvürə sığmır.
    Həzrət Əmininin(ə) sözlərinə əsasən, Məhəmməd (s) nəslinin bütün bu problem, qəm-qüssə və fitnələrini görmək və bilmək sonuncu Peyğəmbərin (s) (Böyük mütləq vilayətinin) işlərindən biri olması, özünü görməməzliyə vurması və sanki belə bir şey olmayıbmış kimi aparması ilə yanaşı, bir neçə dəlillərə əsasən bəzən bu fitnələrdən kiçik bir işarə ilə də olsa söz salmışdır. Əvvəla, ona görə ki, o müsibətlərin şahidi olanlara höccət tamamlansın və deməsinlər ki, Rəsulullah (s) tərəfindən buna işarə olunmamışdı və təklifinizi bilmirdik. İkincisi, bu faciəni yaradan insanların özlərinə höccətin tamamlanması üçün idi. Nəhayət, üçüncü höccəti tamamlamaq gələcək nəsil üçün idi. Çünki onlar hadisədən neçə illər sonra tarix səhifələrindən o qəmli olayları mütaliə edəcəkləri vaxt şübhə yaranmasın. Əllamə Əmini (r) adı çəkilən kitabda Əhli-sünnə kitablarına istinad edərək Peyğəmbərin (s) 20-yə qədər əzadarlıq məclisi keçirdiyini qeyd etmişdir. Biz onun ikisini burada oxucunun ixtiyarına veririk:
    1. Hafiz Əbul Qasim Təbərani «Əl-Möcəmul-kəbir» kitabında Həsən ibn Abbas Razidən, Səlim ibn Mənsur ibn Əmmardan, öz atasından, digər bir yolla Əhməd ibn Yəhya ibn Xalid ibn Həyyan Riqqidən, Əmr ibn Bəkr ibn Bəkkar Qənəbildən və Məcaşidən nəql etmişdir ki, Məaz ibn Cəbəldən belə rəvayət olunmuşdur:
    - Rəsulullah (s) rəngi solğun halda bizim yanımıza gəlib buyurdu: Mən Məhəmmədəm, həyatın başlanğıcı və sonu ilə bağlı elmi mənə vermişlər. Nə qədər ki, aranızdayam, mənə itaət edin. Bu dünyadan köçdükdə isə Allahın kitabına müraciət edin. Onun halalını halal, haramını isə haram hesab edin ki, onun nəticəsində ölüm sizə rahatlıqla və şadlıqla gəlsin. İlahi qəza belədir ki, məndən sonra fitnələr qaranlıq gecə parçaları kimi sizə tərəf gələr.
    Rəsullar getdikdə onun yerini digər rəsullar tuturdular. Bu o vaxtadək davam etdi ki, peyğəmbərliyin həqiqi çöhrəsi pozulub səltənətə çevrildi. Allah peyğəmbərliyi düzgün şəkildə əldə edib öhdəsindən dəqiq və sağlam şəkildə gələn şəxsə rəhmət etsin.
    Ey Məaz! Yadda saxla və say. Məaz deyir: O həzrət sayıb beşinciyə çatdıqda buyurdu: Yezid- Allah Yezidə bərəkət verməsin. Sonra gözləri yaşla dolub buyurdu:
    Hüseynin şəhadət xəbərini mənə verdilər və onun qətl olunacağı yerin torpağından mənim üçün gətirdilər. Onun qatilinin kim olduğunu mənə xəbər verdilər. Canım əlində olan Allaha and olsun! Allah-Təala Hüseyn öldürülən və onun öldürülməsinin qarşısını almayan cəmiyyətin sinəsi ilə qəlbi arasına bir ixtilaf atar, düşmənlərini onların canına salar və onları təfriqəyə düçar edər.
    Sonra buyurdu: Ah, əfsuslar olsun Məhəmməd (s) nəslinə! Əyyaş, şəhvətpərəst və özbaşına xəlifə tərəfindən Məhəmmədin başına müsibətlər gələr, mənim balamı və onun balalarını öldürərlər.
    2.Hafiz Əbul Qasim Təbərani «Əl-Möcəmul-kəbir», Hafiz Hakim Əbu Abdulla Nişaburi «Əl-Müstədrək», Hafiz ibn Əsakir «Şam tarixi», Hafiz Məhəmməd ibn Əhməd Müqəddəs Hənbəli «Sifatu rəbbil aləmin» kitablarında (hər biri öz sənədi ilə) Ümmi Sələmədən (Əllamə Əmini 15 səhifədə bu isnad, mənbə və məxəzlərə təfsilatı ilə işarə etmişdir) belə rəvayət etmişlər:
    - Bir gün Rəsulullah (s) yatmışdı. Oyananda gördüm ki, halı yaxşı deyil, pərişan görünür. Əlində qırmızı rəngli torpaq var idi. O, torpağı əlində fırladırdı. Soruşdum: Ya Rəsulullah (s), bu torpaq nədir? Buyurdu: Cəbrayıl (ə) mənə xəbər verdi ki, bu Hüseyn İraq torpağında öldürüləcəkdir. Mən Cəbrayıla dedim: Hüseynin öldürüldüyü torpağı mənə göstər. Bu, o torpaqdır.
    Yenə də o, bu hədisə azacıq dəyişikliklər edərək başqa bir hədisə əlavələr edir ki, bu hədis «Nəzmüddürər» kitabında əlavə ibarələrlə qeyd olunmuşdur ki, Ümmi Sələmə deyir: «O torpağı götürüb bir şüşəyə tökdüm. Hüseyn (ə) şəhid olan gün o şüşəni yoxlamağa getdim. Gördüm ki, o torpaq qan şəklinə düşmüşdür».
    Hörmətli müəllif kitabın sonunda yazır: «Bu yassaxlamalar ilbəil təzələnir və daha da canlanır. Onun təzəlik və təravəti heç zaman solmayacaqdır və dəqiq şəkildə onun əbədi qalmasına zəmanət verilmişdir...
    Nə qədər ki, ürəklər şəhid Hüseynin (ə) məhəbbəti ilə döyünür, sinələr onun vilayət dəryasına qərq olur, eləcə müsibətlərinin qəmi də daimi və əbədi olacaqdır...
    Bir neçə rəvayət bu həqiqəti göstərir ki, o, həzrət ömrünü qəm-qüssəli və halı pərişan sona yetirdi. Daim qəm-qüssəli idi...
    Hüzn və qəm həyatı boyu davam edir, əziz övladının hələ baş verməmiş ürək yandıran müsibəti onun həyat səhnəsini pozmuşdu».
    Bu rəvayətdə yenə də bir xəbər gizlənmişdi ki, onun həqiqi olmasına inananlar, vilayətində sadiq olanlar və onun sünnələrinə əməl edənlərə lazım və layiqdir ki, bu ağır müsibətdə əzadarlıq edib, dərdə şərik olmalarını izhar edərək qiyamətədək əziz Peyğəmbərin (s) ciyərparasına ağlayıb nalə etsinlər.
     
     
    Kitabın adı: Qədir günündən Aşurayadək
    Müəllif: Seyid Kazim Pərpənçi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.