Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Bəni-Haşimin ləyaqətli cavanları arasında Əqilin oğlu Müslim parlaq simalardan və mübariz şəxsiyyətlərdən sayılırdı. Onun atası Əqil Həzrət Əlinin qardaşı və Əbu-Talibin ikinci oğlu idi. Əbu-Talibin dörd oğlu vardı: Talib, Əqil, Cəfər və Əli. Müslim Əqilin, Hüseyn (ə) isə Əlinin (ə) oğlu idi. Müslim Həzrət Əlinin (ə) qardaşı oğlu və imam Hüseynin (ə) əmisi oğlu idi. Müslimin böyüyüb boya-başa çatdığı ev elm, fəzilət və şərəf evi idi. Müslimin dini və insani şəxsiyyəti bu evdə formalaşmışdı. Məhz bu evdə onun tərbiyəsi, mənəvi təkamülü və qəhrəmanlığı üçün münbit şərait yaranmışdı. O, uşaqlıq dövründən başlayaraq, Bəni-Haşim gəncləri, xüsusi ilə imam Həsən (ə) və imam Hüseynlə (ə) bir yerdə olmuşdu. O, əxlaqi kamillikləri, vilayət əsaslarını, qəhrəmanlıq dərslərini, isar və şücaəti çox yaxşı əxz etmişdi.
Müslimin əcdadları Əbu-Talib və Fatimə binti Əsəd kimi insanlar idi. Onlar öz övladlarına şücaət, iman və qəhrəmanlıq miras qoymuşdular. Müslim bu nəsil ağacının çox bəhrəli bir budağı idi. Vərasət, genetik əsaslara görə o öz babalarından üstün xasiyyətlər götürmüşdü. Həzrət Peyğəmbər (s) hicrətin səkkizinci ili Məkkənin fəthində buyurmuşdur: “Əgər bütün insanlar Əbu-Talib nəslindən olsaydılar, hamısı şücaətli olardı.”
Müslim Həzrət Əlinin (ə) dövründə rəşadətli və pak bir cavan idi. O, Həzrətin (ə) kürəkəni olmaq iftixarını qazanmış, onun qızı Rüqəyyə ilə izdivac etmişdi. Bu izdivac Müslimin fəzilətlərini bir qədər də artırmış, onu haqqa və həzrətin (ə) xəlifəlik dövründə ilahi hökumətə daha dərin bağlılığa sövq etmişdi.
Tarixçilərin bildirdiyinə görə Həzrət Əlinin (ə) hakimiyyəti dövründə (hicri 36-40) o, qoşunda müxtəlif hərbi vəzifələrə təyin olunmuşdu. Eləcə də, Sifeyyn döyüşündə həzrət Əmirəl-möminin öz qoşununu nizamlayarkən imam Həsən (ə), imam Hüseyn (ə), Əbdüllah ibn Cəfər və Müslim ibn Əqili sağ cinahda, Məhəmməd ibn Hənəfiyyə, Məhəmməd ibn Əbu-Bəkr və Haşim ibn Ütbəni sol cinahda, Əbdüllah ibn Abbas, Abbas ibn Rəbiə və Malik ibn Əştəri qoşunun ürəyində, mərkəzində yerləşdirmişdi.
Onun övladları aşağıdakılardır:
1 və 2. Rüqəyyədən dünyaya gələn Əbdüllah və Əli;
3. Anası Bəni-Amir qəbiləsindən olan Müslim ibni Müslim;
4. Anası kəniz olan Əbdüllah;
5. Məhəmməd;
6. İbrahim Məhəmməd
Onun oğlanlarının hamısı Kərbəlada şəhid oldu. Məhəmməd və İbrahim isə tutulub bir il həbs edildi, bir müddətdən sonra qaçdılar və qısa müddətdən sonra yenidən tutularaq Haris ibni Ziyad adlı bir zalımın vasitəsi ilə (həddi-buluğa çatmadıqları halda) şəhid edildilər.[5] Buna görə də həzrət Müslimin nəslindən heç kəs sağ qalmadı.[Əbul-Fərəc İsfahani, “Məqatulut-talibiyyin”, səh. 86; “Əbu Talibin övladları”, 1-ci cild, səh. 119]
Müslim üç imamla müasir olmuşdur:
1. İmam Əli (əleyhis-salam)-ın dövründə.
Bu dövrdə o, imam Əli (əleyhis-salam)-ın kürəkəni olmaq iftixarına nail olmuş və onun Rüqəyyə adlı qızı ilə evlənmişdi. Bununla da ələvi mühitində tərbiyəyə daha yaxınlaşmışdır.
Tarixçilərin nəqlinə əsasən o, Əli (əleyhis-salam)-ın xilafəti dövründə (36-40-cı hici illərdə) o həzrətin tərəfindən orduda bəzi hərbi vəzifələri və məsuliyyətləri öhdəsinə almışdı. Məsələn, Siffeyn müharibəsində Əli (əleyhis-salam) öz ordusunu müharibəyə hazırlayan zaman imam Həsən, imam Hüseyn (əleyhiməs-salam), Əbdüllah ibni Cəfər və Müslim ibni Əqili öz ordusunun sağ cinahına təyin etmişdi.[Hövzənin saytı, İbni Əsirin “Kamil” kitabından nəqlən]
2. İmam Həsən (əleyhis-salam)-ın dövründə.
O cənab bu dövrdə də haqq yolda idi, imam Həsən (əleyhis-salam)-ın ən vəfalı köməkçilərindən və xüsusi səhabələrindən hesab olunurdu. [Yenə orada]
3. İmam Hüseyn (əleyhis-salam)-ın dövründə.
Müslim ibni Əqil heç vaxt imama məhəbbət və onu himayə etməkdən əl çəkmədi və Kərbəla hadisəsində “ilk şəhid” iftixarına nail oldu. O, imam Hüseyn karvanının ilk şəhidi sayılır. Özünün səkkiz qardaşı ilə bilikdə canını imam Hüseyn (əleyhis-salam)-a fəda etmişdir.[ “Məqatilut-talibiyyin”, Rəsulinin tərcüməsi]
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |