Gözəl xəbər...
Meysəm Təmmarın yeni zərihi Xanım Fatimə (s.ə)-nin mübarək mövludu günü ziyarətə açılacaq...
İmam Əlinin (ə) layiqli səhabələrindən Meysəm Təmmarın Kufə şəhərindəki qəbirüstü yeni zərihinin açılış mərasiminin vaxtı açıqlanıb.
Həzrət Meysəm Təmmarın yeni zərihi Həzrət Fatimeyi-Zəhranın (s.ə) mübarək mövlud gününün başladığı 1438-ci hicri ilinin Cəmaduəs-Sani ayının 18-ində (17 mart 2017) hərəmin əsas həyətində təşkil olunacaq mərasim ilə birlikdə ziyarətə açılacaq.
Həzrət Meysəm kufəli Məhəmmədin köləsi Yəhyanın oğludur. Nəhrivanlıdır. Künyəsi Əbu Səlimdir. Kufədə xurma sataraq. dolanışığını təmin etdiyi üçün ona "Təmmar" yəni "xurmaçı" deyirdilər. Böyük alimlərdən və fəzilətli şəxsiyyətlərdən idi. Həzrət İmam Əli ibni Əbu Talibin (ə) xüsusi dostlarından sayılırdı. Əmirəl-möminin (ə) ona ölümlərin və baş verəcək bəlaların elminin də olduğu bir çox elm və sirləri öyrətmişdi. O qədər xüsusi bir şəxsiyyət idi ki, Həzrət Rəsuləllah (s) İmam Əli (ə) ilə gecə zülmət qaranlıqda həyata keçirdiyi xüsusi görüşlərində dəfələrlə onun adını xatırlayıb, barəsində vəsiyyətlər etmişdi. Həzrət Peyğəmbərin (s) onu bu qədər xüsusi bir görüşdə dəfələrlə xatırlayıb, haqqında vəsiyyət etmiş olması Meysəm Təmmarın nə qədər böyük bir məqama və mərhəmətə malik olduğunu qeyd etmək üçün kifayətdir.
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.