2.Dua, Əhli Beyt və rəvayətlər nəzərinində
İmam Baqir (ə) buyurur: "Dua ən üstün əməldir. Dua edin və Allahın dəvətini qəbul edin ki, hidayət olunasınız və əzabdan nicat tapasınız."
Dua ibadətdir, onu tərk etməyin! Çünki haqqa yaxınlaşmaq üçün onda yaxşı vasitə yoxdur. Hacətinizin kiçik olmasına baxmayaraq dua etməkdən çəkinməyin. Çünki hacətlərin böyüyünü və kiçiyini qəbul edən bir məqam var . Elə buna görə duadan yorulmayın. Çünki duanın Allah yanında böyük bir məqamı vardır. İmam Sadiq (ə) buyurur: "Dua edən zaman səhlənkarlıq edən kəs ən aciz şəxs, salam verməkdən çəkinən kəs isə ən paxıl şəxsdır. İstəklər və hədəflər dualarla yerinə yetir və bu istəklər yagış kimi buludların arasında gizlidir."
Əzizlər! Gəlin duanı öz yaşayışımızın həyat proqramına daxil edək və bununla da Allah Təalanın lütfünü qazanaq. Dua etmək fürsətini tapdıgınız zaman bilin ki, Allahın rəhmət qapıları üzünüzə açılıb . Əgər dualarınız qəbul olsa xoş olsun sizin halınıza, əgər qəbul olunmasa yenə də Allah Təala öz bəndəsinə üç mənfəət verər:
1. Allah onun üçün bir nemət saxlayar və zamanı gələndə ona verər;
2. Şər və pislikləri insandan uzaq edər;
3. Duası günahları üçün kəffarə olar;
Ümüdsiz olma, çünki qeybin sirlərindən agah deyilsən,
Pərdə arxasında gizli mətləblər ola bilər, qəm yemə.
Allah bizim ürəklərimizin istəklərindən agahdır. Amma ehtiyacımızı ona deməyimizi sevir. Belə olan halda dua edən zaman bütün hacətlərinizi istəyin. Duanın ən yaxşı vaxtı sübh açılanda və gün batmazdan əvvəldir. Heç bir iş duaya mane olmamalıdır. Allahdan hacətlərinizi istəyin ki, O, istədiyi hər bir şeyi yerinə yetirər. Allahdan istə və güman etmə ki, iş işdən keçib. İmam Əli (ə)-mı özünə nümunə qərar ver! Çünki Əli (ə) çoxlu dua edərmiş . O, buyurur: "Dua möminin bəlalar müqabilində olan qalxanıdır. Məqsəd və sonsuz hədəflərinizə çatmaq üçün dua etməkdən əl çəkməyin. Ardıcıl olaraq Allahın evinin qapısı üzünüzə açılsın."
Bu evin qapısını həmişə döyürəm ki,
Bəlkə ev sahibinin çöhrəsini görəm.
Kitabın adı: Salavat, çətinliklərin həllinin açarı (1-ci cild)
Müəllif: Əli Xəmseye Qəzvini