82. Cavab
405. Cavab.
1288. İmam Əli (ə): Cavablar qarışıq və çox olarsa, doğru cavab gizli qalar.»
1289. İmam Əli (ə):«Bəzən dilli dilavərlər də cavab verməkdə aciz qalarlar.»
1290. İmam Əli (ə):«Cavab verməkdə tələsən şəxs, doğru cavabı tapmaz.»
1291. İmam Əli (ə):«Doğru cavab fəzilət və elmin nişanələrindəndir.»
1292. İmam Əli (ə):«Tündməzaclığı kənara qoy, səbəbini fikirləş, özünü boş və mənasız sözlərdən saxla ki, xətalardan amanda qalasan.»
1293. Imam Əli (ə):«Cahilin müqabilində səbr və təmkin göstərsən, şübhəsiz ki, ona ən yaxşı cavabı vermiş olarsan.»
1294. İmam Əli (ə):«Çox sözlər var ki, onların cavabı sükutdur.»
1295. İmam Sadiq (ə):«Hər suala cavab verən şəxs ağılsızdır.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-ci cild