İlahi işlər görən insan
Cənab Şeyxin nəzəri bu idi ki, əgər Allah məhəbbəti qəlbə qələbə çalsa və doğrudan da qəlb Allahdan başqa heç bir şeyi istəməsə insan ilahi xilafət məqamına çatar və ondan ilahi işlər baş verər. O, bu barədə belə buyururdu:
Əgər bir şey başqasına qələbə çalsa, məğlub olan şey qalib olan şeyin növünə çevrilir. Məsələn dəmiri odda qızdırdıqda bir müddətdən sonra od qələbə çaldığından odun yandırmaq xüsusiyyəti dəmirə sirayət edir. Həmçinin, insanın işləri öz xaliqi ilə əlaqədar olan işləri ilə də belədir.
Həmçinin buyururdu: Biz heç də fövqəladə bir iş görmürük, əksinə biz ilahi insan sayılan fitrəti tapmışıq. Hər şeyi ruh insana bağışlayır. Öküz ruhu öküzün işini görür, xoruz ruhu xoruzun işini görür. İndi deyin görüm, insanın ilahi ruhu nə işlər görə bilər? Gərək ilahi işlər görsün!
«Və nəfəxtu fihi min ruhi»(Hicr surəsi-29, Sad surəsi-72)
Bu ayələr də bu mətləbə işarə edir.
Kitabın adı: Məhəbbət iksiri
Müəllif: Məhəmməd Reyşəhri