Şeytana qələbə çalmaq
Allah üçün görülən işlərin bərəkətlərindən biri də şeytana qələbə çalmaqdır. Şeyx bu barədə belə buyururdu: Hər kəs Allah üçün bir iş görmək istəsə, onun nəfsi yetmiş beş leşkərlə, şeytan isə öz qoşunları ilə onu aradan aparmaq üçün hərəkətə gəlirlər. Əqlin də yetmiş beş ləşkəri vardır o, Allahın müxlis bəndəsinin məğlub olmasına yol verməz. (Ey İblis), «Bil ki, Mənim xalis bəndələrimə yol tapa bilməzsən» Hicr surəsi, 42-ci ayə)
Əgər Allahdan başqasına meylin olmazsa, nəfs və şeytanın sənə gücü çatmaz və hər ikisi sənin qarşında məğlub olar.
Hər nəfəs çəkməkdə bir imtahan vardır, bax gör bu, ilahi məqsədlə başlanır, yoxsa şeytani məqsədlərlə də qarışıqdır!
Qəlb gözünün açılması
Cənab Şeyx inanırdı ki, insan nə qədər ki, Allahdan başqasına diqqət yetirib və Ondan başqasını istəyir, həqiqətdə müşrikdir və onun qəlbi şirk çirkabına bulaşmışdır. Bu barədə aşağıdakı ayəyə istinad edirdi:
(İnnəməl-müşrikunə nəcəsun)
«Həqiqətən müşriklər nəcisidir».(Tövbə surəsi, ayə 28.)
Şirkin toz-torpağı qəlbin güzgüsündən təmizlənməyincə, insan varlığın həqiqətləri ilə tanış ola bilməz. Bu barədə Şeyx buyururdu: Nə qədər ki, insanın diqqəti Allahdan başqasındadır, varlığın həqiqətlərindən məhrumdur və xilqətin batinindən agah deyildir.
Amma əgər insan xalis olsa, şirk toz-torpağı onun qəlbindən silinəcək və yaradılışın sirləri ilə tanış olacaqdır. Şeyx bu barədə buyururdu: Əgər bir kəs Allah üçün iş görərsə, onun qəlbinin gözü açılar. Əgər qəlbinizi başqa şeylərdən qorusanız, onda başqa bir şeyə yer verməsəniz, başqalarının görmədiyini görəcək, başqalarının eşitmədiyini eşidəcəksiniz.
Kitabın adı: Məhəbbət iksiri
Müəllif: Məhəmməd Reyşəhri