Məhərrəm ayının 10-cu günü
1-İmam Hüseynin (ə) aşurası...
İmam Hüseynin (ə) münacatı...
Şəhidlər ağası, sübh vaxtı sübh namazını öz vəfalı əshabı ilə birgə
qıldı.Sonra mübarək əllərini göyə tərəf qaldırıb belə münacat etdi:
"Ey Allah! Çətiliklərdə həmişə mənim sığınacağım və ümüdimsən. Mənə nazil olan hər bəlada pənah və köməkçimsən. Ey Allah! Ürəyi
sındıran, çarəsiz, dostu rahatsız edən, düşmənin tənəsinə səbəb
olan ağrılı yaralardan sənə şikayət edirəm. Sənə ümid etmək, insanı
başqasına ürək bağlamaqdan ehtiyacız edir. Bağlı qapıları aç, ümid
rövzənələrin göstər! Bütün nemətlər və yaxşılıqlar Sənindir! Sən
arzuların yeganə (son) məqsədisən (Əl-irşad, c. 2, səh. 96.)
İmam Hüseynin (ə) öz qoşununu nizama salması...
Şəhidlər ağası Həzrət Hüseyn (ə), sübh namazından sonra
xeymələrin önünə gedib 32 süvari, 40 piyadadan ibarət qoşununu
yerbə-yer etdi. Onları üç dəstəyə böldü. Zühəyr bin Qeyni sağ
tərəfdə, Həbib inb Məzahiri sol tərəfdə duran dəstənin başçısı təyin
etdi. Üçüncü dəstəni onların arasında qurmasını qərəra alıb özü də
orta dəstənin sırasında durdu. Bayrağı, qardaşı həzrət Əbəlfəzl
Əbbasa (ə) tapşırdı. (Əl-irşad, c. 2, səh. 95.)
İmam Hüseynin (ə) xütbəsi...
İmam Hüseyn (ə) həddindən artıq və çox çalışırdı ki, döyüşün və qan
tökülməsinin qarşını ala bilsin. Daş qəlbləri yumşalsın və yatmış
vicdanları oyansın deyə dəfələrlə düşmən ordusuna nəsihət edir və
öyüd verirdi:
"Ey camaat! Mənim sözümü eşidin və müharibəyə tələsməyin ki, qoy
mənə vacib olanı və üzərimdə olan haqqınıza görə sizə moizə edim
və məsələnin həqiqətni sizə deyim. İnsafa gəlsəniz səadətə
çatacaqsız. Əks təqdirdə ədalət və insaf yolundan çıxmış olacaqsız.
O zaman qərara gəldiyinizi yerinə yetirin və bizimlə döyüşün. Böyük
Allah mənim ixitiyar sahibimdir. O Allah ki, Quranı nazil edib və xeyir
əməl sahiblərinin ixtiyarı Onun əlindədir. Mənim əsil-nəsəbimi xatırlayın, görün ki, mən kiməm?! Özünüzə
gəlin və özünüzü qınayın! Baxın, məni öldürmək və hörmətimi
sındırmaq rəvadırmı?! Mən, Peyğəmbərinizin (s) qızının oğlu, onun
canişini və əmisi oğlunun övladı deyiləmmi? O kəs ki, hamıdan öncə
iman gətirib, Allah Rəsulunun (s) Onun tərəfindən gətirdiyini
təsdiqlədi?! Şəhidlər ağası Həmzə mənim əmim deyilmi?! Cənnətə
daxil olması üçün Allahın iki qanad verdiyi Cəfər Təyyar mənim
əmim deyil?! Allahın Rəsulunun (s) mənim və qardaşım haqqında
"bu iki nəfər, cənnət cavanlarının ağasıdır” deyə
buyurduğunu bilmirsinizmi?!
Sözümü qəbul etmir və sözümün düzlüyünə şübhə edirsinizsə, and
olsun Allaha ki, Onun yalan danışanları düşmən saymasını bildiyim
vaxtdan indiyə kimi heç zaman yalan danışmamışam. Sizin aranızda
düzlükdə məşhur olanlar vardır ki, mənim sözlərimi təsdiqləyir. Cabir
inb Əbdullah Ənsari, Əbu Səid Xidri, Səhl ibn Səd Ənsari, Səhl ibn
Səd Saidi, Zeyd ibn Ərqəm və Ənəs ibn Malikdən soruşun ki, Allahın
Rəsulundan (s) eşitdiklərini danışsınlar və mənim sözümün düzlüyü
sizin üçün sabit olsun. Bu şahidlik mənim qanımı tökmənizin
qarşısını almazmı?! (Biharül-ənvar, c.45, səh. 6)
Döyüşün başalanması...
Ömər ibn Səd, imam Hüseynin (ə) qoşununa yaxınlaşdı. Oxu
kamana qoyub o həzrətin qoşununa tərəf atdı və dedi: "Hamınız
Übeydullah ibn Ziyadın yanında şahidlik edərsiniz ki, ilk olaraq mən,
onlara tərəf ox atdım.”
Beləliklə rəsmi şəkildə döyüş başladı. İmamın (ə) əshabından hər biri
qeyri-bərabər döyüşdə düşmən qüvvəsindən eyni anda 10-larla şəxslə və ya təkbətək döyüşə qoşuldu. İmamın(ə) dostlarının halında
heç bir qorxu və şübhə görünmürdü. Onların belə bir etiqada sahib
halda döyüşkənlik ruhiyyəsinə malik olması düşmənin belini
sındırırdı. Öncədən belə düşünürüdülər ki, imam Hüseynin (ə)
qoşunu elə döyüşün əvvəlində məğlub olacaq. Lakin döyüş
başladıqdan sonra anladılar ki, iman və əqidə ilə möhkəmlənmiş bir
qala ilə üzləşiblər və onları məğlub etmək asan iş deyil.
İmam Hüseynin (ə) köməkçiləri aşura gününün sübhündən əsrədək
döyüşə davam etdilər. Axırıncı damla qanlarınadək imam Hüseynin
(ə) müdafiəsi üçün canfəşanlıq edirdilər. Onlardan Həbib ibn
Məzahir, Müslim ibn Ovsəcə, Hürr ibn Yəzid Riyahi, Zöhəyr ibn
Qeyn, Hafe ibn Həlal, Bürəyr ibn Xəzir, Əbbas ibn Əbi Şəbibi və 10-
larla qəhrəmanlıq və mərdlik nümunəsini saymaq olar.
Aşura gününün zöhr namazı...
Zöhr namazının vaxtı gəlib çatdıqda Əbu Səmamə Soydavi imam
Hüseynə (ə) ərz etdi: " Ey Əba Əbdillah, qurbanın olum, bu dəstə
bizə yaxınlaşıb. And olsun Allaha ki, mən sizdən tez şəhid
olmalıyam. İstəyirəm ki, sizinlə namaz qıldıqdan sonra Alllahla
görüşüm!”
O həzrət başanı səmaya qaldırıb, buyurdu: Namazı xatırlatdın, Allah
səni namaz qılanlardan qərar versin.” O zaman, Zühəyr ibn Qeyn və
Səid ibn Əbdullaha göstəriş verdi ki, onların namaz qılması üçün o
həzrətin önündə dursunlar. İmam (ə), köməkçilərinin yarıısı ilə
birlikdə "xövf” namazı qıldı. ("Yənabiül-məvəddə”, c.3, səh. 70, -
"Biharül-ənvar”, c.45, səh. 21).
Bəni Haşimin şəhadəti...
İmam Hüseynin (ə) köməkçilərinin bəzi hissəsi bir-bir, misilsiz və
qəhrəmanasına mübarizə edib şəhadət dərəcəsinə yetişdikdən
sonra digər hissədəki səhabələrdə imamət məqamının müdafiəsi
uğrunda fədakarlıq göstərməyə başladılar.
Kərbəla səhrasının səqqası - həzrət Əbülfəzl Əbbas (ə)...
Həzrət Əbbas (ə) Ümmül-Bəninin (ə.s) böyük övladı,
Əmirəlmömininin (ə) dördüncü oğludur. Künyəsi Əbulqasim, ləqəbi
Səqqa, imam Hüseyn qoşununun (ə) ələmdarıdır. Gözəl görünüşlü
olduğu üçün ona "Qəməri-Bəni-Haşimin” (Bəni-Haşimin Ayı)
deyirdilər. Qədd-qaməti o qədər uca idi ki , ata mindiyi zaman
mübarək ayağı yerə çatırdı. (Məqatilul talibin, səh. 90- Biharül-ənvar,
c. 45, səh. 39). O həzrətin bərəkəti ömrü 34 il çəkdi. Məsumlardan
beş şəxsin müasiri oldu. İmam Sadiq (ə) buyurub: Əmim Əbbasın (ə)
nüfuzlu bəsirəti və möhkəm imanı var idi. İmam Hüseynin (ə)
kənarında gözəl şəkildə mübarizə edib şəhadətə çatdı. (Məqatilultalibin,
səh. 90- Biharül-ənvar, c. 45, səh. 39).
Rəvayətdə vardır ki, həzrət Əbbas(ə) imam Hüseynin (ə)
məzlumluğunu görüb özünü onun hüzununa çatdırıb ərz etdi:
"Meydana getmək üçün mənə icazə verirsənmi?!”
İmam(ə) bu sözü eşitdikdən sonra bərk ağladı və buyurdu: "Ey
qardaş, sən mənim bayraqdarımsan!”
Ərz etdi: Ürəyim sıxılır və dünyadan yorulmuşam. İstiyirəm ki, bu
münafiqlərlə döyüşəm.” İmam(ə) buyurdu: "Bir haldaki meydana
getməyi qərara almısan, öncə bu kiçiklər(uşaqlar) üçün bir az su
gətir.” O zaman Bəni-Haşimin Qəməri atına mindi, tuluq və nizəsini
götürüb Fərata tərəf yola düşdü. Ömər ibn Sədin dörd min oxçusu, Fərat çayının şəttinin ətrafını sarıb qoruyurdu. Ona tərəf ox atmağa
başladırlar. O şücaət nümunəsi, şir kimi düşmən ordusunun sıralarını
yarıb düşməndən yetmiş nəfəri öldürdü. Düşmən ordusu həzrət
Əbbasın (ə) şücaəti qarşısında çarəsiz qalıb nə edəcəyini bilmirdi.
Ətrafa dağılışmağa başladılar. O, fərata çatdığı vaxt bir qədər su
içmək istədi. Sudan bir ovuc götürdü. Amma imam (ə) və onun əhlibeytini
xatırlayıb suyu çaya tökdü. Tuluğu doldurub suzuz dodaqlarla
Fəratdan uzaqlaşdı.
Ömər ibn Sədin ordusu hər tərəfdən yolu bağlayıb onu mühasirəyə
aldılar. Heç zaman heç nədən çəkinməyən Əbbas (ə) qorxmazlıqda
misilsiz idi. Sürətlə onlara hücum etdi. Öz yoluna davam edirdi ki,
qəfildən Nofəl Əzrəq onun sol qolunu kəsib ayırdı. Tuluğu sağ tərəfə
ötürdü. Yenə də o məlun ona tərəf hücum etdi və sağ qolunu da
kəsib ayırdı. (başqa bir rəvayət görə Həkim ibn Tufeyl məlun, bir
ağacın arxasında gizlənib Bəni-Haşim Qəmərinin (ə) qolunu kəsdi.
Əbbas tuluqu sinəsinə yapışdırdı. Onun möhmək dişinə sıxdı. Birdən
bir ox tuluğa dəydi və onun suyu töküldü. Sonra onun sinəsinə və
gözünə ox vurdular. Digər rəvayətə əsasən isə bir məlun o həzrətin
mübarək sinəsinə nizə vurdu və o atın üstündən yerə düşdü. O
zaman Əbbas(ə) qardaşını səslədi. İmam(ə) yubanmadan ata minib
özünü həzrət Əbbasa yetirdi. Onun yaralardan parça-parça olmuş
bədəninin yanında şiddələ ağladı və buyurdu: "İndi belim sındı.
Çarəsiz qaldım. O zaman həzrət Əbbas (ə) canını Yaradana təslim
etdi, Başdan-başa eşq, mərifət və fədakarlıqla dolu olan ruhu
Canana tərəf qanad çaldı. (Məqtəlül-Hüseyn (ə), məqrəm: səh. 282-
Təzəllümi-Zəhra (ə) səh. 120)
Sonuncu vida...
İmam Hüseynin (ə) yaxınları və köməkçiləri şəhid olandan sonra, o,
tək-tənha Ömər ibn Sədin qoşununun önündə "Həl mən nasirun
yənsuruni” (mənə bir kömək edən yoxdur?) deyə fəryad etdi ki, bəlkə
ürəyi oyaq bir müsəlman küfr ordusuna qarşı onun köməyinə gəlsin.
O qəlbi kor olmuşların heç biri cavab vermədi. İmam (ə) öz əhli-beyti
(ə) ilə sonuncu dəfə vidalaşmaq üçün xeymələrə gəldi. Onlar
xeymələrdən çölə çıxıb həzrətin ətrafına yığışdılar. İmam(ə) onları
səbrə çağırıb buyurdu: "Çətinliyə hazır olun və bilin ki, Allah taala sizi
qoruyur. Tezliklə sizi düşmənlərin şərrindən qurtaracaq. Sizin axrınız
xeyirə, düşmənlərinizi isə müxtəlif bəlalara salacaq.” (Nəfsulməhmum,
səh. 355).
Qadın və qızların şivəni, ağlamaq səsləri ucalmışdı və imam(ə) kimə
təsəlli verirdisə həmin şəxs bir qədər sakit olurdu.
Şəhidlər rəhbəri həzrət Əba Əbdillahil Hüseynin (ə) şəhadəti...
İmam Hüseyn (ə) bütün Əhli-beyt və əshabını itirdiyi halda Ömər ibn
Sədin qoşunu qarşısında tək-tənha qalmışdı. Onlara sonuncu dəfə
nəsihət etdikdən sonra özünü şəhadətə hazır etdi. Öncə döyüşmək
üçün onlardan mübariz tələb etdi. Allah şirinin övladı qarşısına kim
çıxırdısa həlak olub torpağa düşürdü. Beləliklə düşmənin çox sayda
güclü pəhləvan döyüşçüləri məhv oldu. Ondan sonra meydana
gəlmək üçün heç bir kəsdə cürət qalmamışdı. Bəziləri yazır: İmam
Hüseyn (ə) düşmən ordusudan min doqquz yüz əlli nəfəri qətlə
yetirdi. Nəhayət Ömər ibn Səd fəryad çəkdi: "Vay olsun sizə!
Bilirsiniz ki, kimlə döyüşürsünüz? (Haza ibnu qəttalil-ərəb). Bu,
ərəbləri öldürən Əli ibn Əbu Talibin övladıdır.” Sonra göstəriş verdi ki, imamı (ə) hər tərəfdən mühasirəyə alıb ona hücum etsinlər.
("Müntəhayül-əmal”, beşinci bölüm, üçüncü məsələ, səh. 541).
İmam(ə) qəzəbli bir şir kimi onlara hücum edir və hər hücumda
onlardan bir çoxunu öldürürdü. İsti hava və çox susuz halda
mübarizə etmək həzrətin taqətini azaltmışdı. İstirahət etmək üçün bir
an dayanmışdı ki, qəfildən bir daş mübarək alnına dəydi. İlahi
bərəkət və nur dolu üzündən qanı təmizləmək üçün öz paltarını
götürdü. O zaman bir üç başlı dəmir və zəhərli ox həzrətin mübarək
sinəsinə batdı. İmam(ə) oxu çıxartdı. Sinəsindən axan qanın altına
əlini tutdu, qanı səmaya səpdi və o qandan bir damcı da yerə
düşmədi. Yenə də mübarək əlini o qanla doldurub öz üzünə sürtdü
və buyurdu: "Cəddim Rəsulullahla (s) belə görüşüm və deyim ki,
məni filan və filan şəxs öldürdü.” ("Məqtəli-xarəzmi”, c. 2, səh. 39-
"Biharül-ənvar”, c.45. səh. 53). Sonra Ömər ibn Sədin ordusu hər
tərəfdən imama (ə) ox və nizələr atdılar. Deyirlər ki, həzrətə o qədər
ox dəydi ki, onun zirehi oxlarla doldu. Bütün o oxlar, həzrətə öndən
dəymişdi. (Mənaqibi-Ali- Əbi Talib (ə), c. 4, səh. 111). Saleh ibn
Vəhəb Mozni, imamın (ə) mübarək böyrünə nizə vurdu. Onun
təsiridən həzrət atdan yerə yıxıldı, üzünün sağ tərəfi üstə yerə düşdü
və buyurdu: "Bismillahi və billahi və əla milləti rəsulillah” . Bəziləri
yazır: İmamın(ə) pak bədəni, (nisbətən çox) bir müddət Kərbəla
torpağında idi. O həzrət öz qanına boyanıb , yerdə (çapalayırdı)
dolanırdı. Lakin heç kəsin ona yaxınlaşmağa cürəti yox idi.(Kamil ibn
Əsir, c.4, səh. 78).
İmam (ə), son anlarında Rəbbinə belə münacat edirdi: ("Səbrən əla
qəzaik, ya Rəbbi, la ilahə illa sivak, ya Ğiyasəl-müstəğisin!” Məqtəlül-Hüseyn (ə) ) Bu anda, Şümür öz
qoşununa fəryad edib dedi ki, "nə gözləyirsiniz, nə üçün Hüseynin
işini bitirmirsiniz?!”
Xeymələrin qarət olunması...
Ömər ibn Sədin qoşunu, imam Hüseynin (ə) şəhadətindən sonra, o
həzrətin xeymələrinə hücum etdilər. Onlar bu işdə bir-birləri ilə yarışır
və xeymələrdə olan hər bir şeyi yağmalayırdılar. Hətta Əhli-beytin (ə)
məqamına ehtiram etməyib onların zinət əşyasını, paltar və çarıdırını
da zorla alırdılar. Sonra xeymələrə od vurdular. O dəhşət zamanı
uşaqlar və qadınlar xeymələrdən çölə çıxdılar. Canlarını qorumaq
üçün qızmar və tikanla dolu səhrada dörd tərəfə qaçırmağa
başladılar...("Lühuf”, səh. 180, -"Biharül-ənvar”, c.45, səh. 57).
Kitabın adı: Kərbəla həqiqətləri