Müfəzzəl deyir: Ərz etdim. Mənim ağam. Heyvanların yaşayışı barədə buyurdunuz. O kəslər ki, laiqdir bunlardan ibrət dəsi alarlar. Indi də böyük, kiçik və uçan quşlar barəsində buyurunuz. Həzrət (ə) buyurdu: Kiçik qarışqaya bax. Onun bədənində bir çatışmamazlıq müşahidə edirsən?
Qarışqanın həyatına və onların ruzi topladığı da, etdiyi həmkarlığa yaxşı diqqət et. Qarışqalar onların bir miqdarını hündür bir yerdə zəxirə edirlər. Bu iş insanların qidanı evlərinə daşımasına oxşayır. Bəlkə qarışqa bu işdə insandan da çox təlaş edir. Onlar insanlar kimi dənləri və yeməyi yuvaya daşımaqda bir-birinə kömək edirlər. Onlar dənləri iki yerə bölürlər ki, yuvada göyərməsin. Əgər dənlər islansa, onu çölə çıxarıb qurudurlar. Həm də qarışqalar hündür və uca yerlərdə yuva düzəldirlər ki, su ora yetişə bilməsin.
Bütün bunlar Allah tərəfindən onun fitrətində və qərizəsində qouylmuş ağıl və şüurun nəticəsidir.
Böv gör necə ruzusunu ələ gətirmək üçün aldadıcı bir qüvvədən istifadə edir? O vaxt ki böv yaxınlığında milçəyin olmasını hiss edir, ona möhlət verir, bir qədər özünü hərəkətsiz saxlayır. Milçək xatircam olur ki, böv ölmüşdür. Böv birdən dəqiq, hesablanmış və sürətli bir hərəkətlə onu tutur. Milçəyi tam ölənə kimi bu vəziyyətdə saxlayır və sonra böv onu parçalayıb, yeyir. Hörmiçək də milçəkləri tutmaq üçün tələyə oxşar bir tor toxuyur. Sonra o, özü torların arasında gizlənir. O vaxt ki, milçək tora düşür, həmin saat onu ovlayır və onunla qidalanır.
Bu zəif və kiçik heyvanın fitrətində yaradılmış xislətləri, insan yalnız hiləgərliklə və ya bir şeyin vasitəsi ilə həyata keçirir. Əgər qarışqa kimi kiçik bir heyvanda ibrət dərsi varsa, sən onu kiçik olduğuna görə həqir sayma. Çünki bəzən çox qiymətli bir məfhumu, mə`nası kiçik olan bir şeylə müqayisə edirlər və bu heç cür o böyük mə`nanın qədr-qiymətini azaltmır. Necə ki, əgər qızıl dinarı dəmirlə bir tərəziyə qoysalar, heç vaxt bu iş qızılın qiymətini azaltmaz.