Allahvari ürək
Şeyx buyurardı:
Ürək nə istəyirsə onu da göstərir. Çalışın qəlbiniz Allahı göstərsin! İnsan hər nəyi sevirsə onun şəkli qəlbində in᾽ikas olunur. Mə᾽rifət əhli onun qəlbinə nəzər saldıqda onun hansı bərzəx surətində olmasını başa düşür. Əgər insan bir şəxsin gözəlliyinə aşiq olmuşsa, yaxud pula, mülkə və s. şiddətlə məhəbbət bəsləyirsə, həmin əşyalar o şəxsin bərzəx surətini təşkil edir.
Batində dünyapərəst olanlar
Bəsirət nəzərləri ilə camaatın batinini görən Şeyx, dünya əhli, axirət əhli və Allah aşiqlərinin batininin necəliyi barəsində buyururdu: Haram yolla dünyanı əldə edənlərin batini it kimidir. Axirəti istəyənlər xonsa (həm kişi, həm də arvad) kimidir, Allahı istəyənlər isə əsil kişidir!
Kitabın adı: Məhəbbət iksiri
Müəllif: Məhəmməd Reyşəhri