Zəhmətkeş fəhləyə kömək
Əslən azərbaycanlı olan Əli Qüzati adlı çox düzgün, əməli-saleh və zəhmətkeş bir şəxs qonşumuzun mənzilində işləyirdi. O, bə᾽zi vaxtlar bizim evimizə də gəlib işləyir və muzd alırdı. O, yay-qış əyninə uzun bir hərbi paltar geyinirdi. Şeyx onu ümumiyyətlə görməmişdi. Amma bir gün müqəddiməsiz olaraq gözləmədiyim halda buyurdu: Hərbi paltar geyinən o uzun boylu kişi bə᾽zi vaxtlar sizin mənzilinizdə də işləyir. O, kasıb adamdı, əhli-əyalı da çoxdur. Ona bacardığın qədər çox kömək etməlisən.
Meydandan nə tez çıxırsan?
Günlərin bir günündə sübh çağı evdə dava-dalaş saldım, küsüb evdən çıxdım. Axşam namaz qılmaq üçün Şeyxin hüzuruna gəldim, dostların hamısı orada idi. Hələ gün batmamışdı. Cənab Şeyx otağın bir küncündə əyləşmişdi. Gözləri mənə sataşan kimi, dərhal buyurdu: «Meydandan nə tez çıxırsan!» Bunu dedikdən sonra təəccüblə başını yellətdi və Hafizin bu şe᾽rini oxudu:
Zire şəmşire qəməş rəqskonan bayəd rəft,
Kan ke şod koşteye u neyk sərəncam oftad.
Məzmunu:
Qəm şəmşirinin altında rəqs etdiyin halda getməlisən,
Əgər nəticədə ölsən, aqibətin xeyir olar!
Bu sözlərdən sonra mən dərhal öz səhvimi anladım.
Kitabın adı: Məhəbbət iksiri
Müəllif: Məhəmməd Reyşəhri