Oxşama
Oğul Əli, qəlbi qəmlə sıxaram,
Qatil evin ahım ilə yıxaram,
Doyunca ağlayammadım bu çöldə,
Əvəzini Mədinədə çıxaram.
Dərk etmədim işarəni doyunca,
Oxşamadım ox yarəni doyunca,
Dilsiz getdin sənə dil öyrətmədim,
Tərpətmədim gəhvarəni doyunca.
Könlüm istər sınan könlüm alan gəl,
Səhni-sərada qoyma tək qalam, gəl,
Üzü gülüş alanı səhər tək aydın,
Dodaqları baldan şirin balam, gəl.