Sınaqda müvəffəqiyyət və xüsusi lütflər
Əvvəlki söhbətdə həyatın şirinliyi və davamlılığı barədə danışıldı. İnsan axirət səadəti üçün çalışmalı, Allahın razılığını qazanmalıdır. Yalnız bu yolla dünya insanın nəzərində əhəmiyyətsiz ola bilər. Təlaşlardan, nəfsin tərbiyəsindən, imtahanı başa vurub müvəffəqiyyət qazandıqdan sonra növbə Allahın xüsusi lütflərindən bəhrələnməyə çatır. Bu barədə Allah-təala buyurur: "Belə etdikdən sonra onun qəlbində bir məhəbbət qərar verərəm, qəlbini özüm üçün götürər, onun sakitliyini, məşğuliyyətini, sə’yini, danışığını yalnız öz dostlarıma ruzi etdiyim ne’mət qərar verərəm.” İnsan bacardığını etdikdən sonra Allahın lütfünə layiq olur. Allahın lütfü ilə elə bir məqama çatır ki, bu məqama özbaşına çata bilməzdi. Əgər bura qədər öz gücü ilə hərəkət edirdisə, artıq Allah onun əlindən tutur və irəli aparır. Mö’min elə bir yerə çatır ki, qəlbi Allah eşqi ilə dolur və Allaha məxsus olur. İnsan nəfs meyllərini özbaşına islah etməyə qadir deyil. Kamilliyə doğru ciddi addımlar atmaq üçün Allahın xüsusi lütfünə ehtiyac var.
Kitabın adı: Dost diyarının yolçuları
Müəllif: Doktor Misbah Yəzdi