» » Orucun həqiqəti, ürəyindən Allahdan qeyrilərini təmizləməkdir


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+0  
İstifadəçilər: 6752

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6736

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 1
Həftə ərzində: 2
Ay ərzində: 5

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Orucun həqiqəti, ürəyindən Allahdan qeyrilərini təmizləməkdir
    +5
    Müəllif: Aşiqi Rüqəyya | 10-07-2015, 14:00 | Baxılıb: 1 692
     
     
    Orucun həqiqəti, ürəyindən Allahdan qeyrilərini təmizləməkdir

    Ramazan ayı Allahın Quranda ilk adını çəkdiyi aydır.
    "شَهْرُ رَمَضَانَ الَّذِي أُنْزِلَ فِيهِ الْقُرْآنُ هُدًى لِلنَّاسِ وَبَيِّنَاتٍ مِنَ الْهُدَىٰ وَالْفُرْقَانِ"

    "İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir". ("Bəqərə" surəsi, ayə 185.)
    Bu ayəyə görə insan Ramazan ayında fürqan məqamına çata bilər, yəni haqla batili ayırd edə bilən bəsirət qazana bilər.
    Bu ay insanlıq yolunu getmək üçün ən gözəl fürsətdir. Bu şərtlə ki, insan təkcə fiqhi oruc deyil, əxlaq orucu da tutsun. Əxlaq orucu budur ki, insan özünü günahdan qorusun, insanın bədən üzvləri Allaha xatir imsak etsin, göz, qulaq, dil, əl və ayaq və meyilləri də oruc tutsun və onda batil meyl olmasın.
    Əgər insan təkcə fiqhi oruc tutsa, Pərvərdigari Aləmin rəhmət nəsimi onun canına toxunmur. İnsan fürsətlərdən düzgün istifadə etsə, Pərvərdigari Aləmin rəhmət nəsiminə çevrilə bilər. Sonra insanda elə bir dəyişiklik yaranır ki, onunla Allah göstərişlərinin batinini dərk edə bilər.
    Allahın göstərişlərinin zahiri və batini vardır. Allahın göstərişlərinin batini insanı Allah səmtinə çəkən nurlu yol və seyri-sülukdur. Bu batin bizim üçün gizli və qeybdir və ondan xəbərimiz yoxdur. Əgər xəbərimiz olsaydı, Allahın hökmlərinin biri qarşısında ömrümüz boyu səcdədə qalardıq.
    Peyğəmbəri-əkrəm (s) buyurdu:
    "لَوْ عَلِمْتُمْ مَا لَكُمْ فِي رَمَضَانَ لَزِدْتُمْ لِلَّهِ تَبَارَكَ وَ تَعَالَى شُكْراً"

    "Əgər pərdələr götürülsəydi və Ramazan ayında sizə verilənləri görsəydiniz, hər an şükür etməyi artırardınız". ("Əl-əmali", Səduq, Əl-nəss, səh. 48.)
    Quranda bəzi ayələr göstərir ki, hər bir zahirin arxasında batin vardır. Məsələn oruc barədə buyurur:

    "وَأَنْ تَصُومُوا خَيْرٌ لَكُمْ ۖ إِنْ كُنْتُمْ تَعْلَمُونَ"

    "Oruc tutsanız, bu sizin üçün daha yaxşıdır. Əgər siz bunu bilsəniz". ("Bəqərə" surəsi, ayə 184.)
    Ayədə "əgər bilsəniz"-buyrulması, göstərir ki, insanın orucun həqiqətidən xəbəri yoxdur.
    Orucda olan xeyirlərdən biri də budur ki, Peyğəmbər (s) buyurur: "Oruc tutun ki, sağlam olasınız". ("Bihar əl-ənvar", c. 59, səh. 287.)
    Oruc tutmaq zahiri sağlamlıq gətirir, insanın cismi qüvvəsini tənzimləyir, amma batini təsirləri də vardır. Məsələn, ürəyiniz, ağlınız, əxlaqınız sağlam olsun. Oruc, yəni insanın yenidən qurulması, oruc, yəni insanın quruluşunu dəyişdirmək. Lakin buyurur: "əgər bunu bilsəniz". İnsanın divarın arxasını görmək üçün təbiət divarı maneədir.
    Digər bir ayədə buyurur:
    "وَإِنْ كَانَ ذُو عُسْرَةٍ فَنَظِرَةٌ إِلَىٰ مَيْسَرَةٍ وَأَنْ تَصَدَّقُوا خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ"

    "Əgər sizə borclu olan şəxs çətin vəziyyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin! Əgər bilmək istəyirsinizsə, (borcu) ona sədəqə olaraq bağışlamağınız daha yaxşıdır!" ("Bəqərə" surəsi, ayə 280.)
    Allahın göstərişlərinin sirri, hikmət və fəlsəfəsi vardır, lakin biz bilmirik.
    Cihad ayəsində buyurur:
    "انْفِرُوا خِفَافًا وَثِقَالًا وَجَاهِدُوا بِأَمْوَالِكُمْ وَأَنْفُسِكُمْ فِي سَبِيلِ اللَّهِ ذَٰلِكُمْ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ"

    "(Ey möminlər!) Ağırlı-yüngüllü hamınız cihada çıxıb malınız və canınızla Allah yolunda vuruşun! Bilsəniz bu sizin üçün nə qədər xeyirlidir!" ("Tövbə" surəsi, ayə 41.)
    Buyurur ki, əgər bilsəydiniz, amma bilmirsiniz. Bəşər, yəni cəhl və nadanlıq!
    Cümə surəsində buyurur:
    "يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نُودِيَ لِلصَّلَاةِ مِنْ يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْا إِلَىٰ ذِكْرِ اللَّهِ وَذَرُوا الْبَيْعَ ۚ ذَٰلِكُمْ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ"

    "Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!" ("Cumə" surəsi, ayə 9.)
    Əgər bilsəydiniz ləngiməzdiniz!
    Bu zahirin batinində bir həqiqət vardır və ona yol tapmaq lazımıdr. Bu aləmə gələn hər bir göstəriş Allahın rəhmət və məhəbbətindən sərçeşmələnib. Bu rəhmətə yetişmək lazımıdır.
    Allah taala həzrət Adəmi yaratdıqdan sonra Adəmin ilk işi asqırmaq oldu. Rəvayətdə gəlib ki, hər vaxt mömin asqırsa, deyin: "yərhəmukəllah". (Allahın rəhməti sənə olsun). ("Kafi", c. 2, səh. 653.)
    Yəni, bütün anlarda istifadə et, Allahın rəhmətinə daxil ol.
    Həzrət Adəm (ə) asqırdıqdan sonra Allah buyurdu: "Yərhəmukəllah, ya Adəm". ("İddətud-dai və nicatus-sai", səh. 145.)
    Sənə rəhm edəcəyəm ey Adəm!
    Allahın bütün göstərişləri rəhmətdir. Biz ləngik və pərdənin arxasında qalmışıq. Gərək bir az yuxarı qalxaq və bu həqiqəti dərk edək. Aləmin batini nurlu yoldur və insan nur yolunda hərəkət edir. Çatmaq üçün cəhd etməlisən.

    "كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ رَهِينَةٌ"
    "Hər kəs öz əməlinin girovudur!" ("Muddəssir" surəsi, ayə 38.)
    İnsan fürsətlərdən istifadə etməlidir ki, rəhmət nəsimi onun canına əssin və pərdənin arxasında nəyin olduğunu başa düşsün. Belə olduqda insanda şövq yaranır və hər nəyi varsa qurban verməyə hazır olur.
    Hiss aləmində qalmamalısan, yoxsa Allahın hökmlərini başa düşməyəcəksən. Peyğəmbər (s) pərdənin arxasını xəbər verərək buyurur:
    "أَيُّهَا النَّاسُ إِنَّهُ قَدْ أَقْبَلَ إِلَيْكُمْ شَهْرُ اللَّهِ بِالْبَرَكَةِ وَ الرَّحْمَةِ وَ الْمَغْفِرَة"

    "Ey insanlar! Allahın ayı (Ramazan) bərəkət, rəhmət və bağışlanma ilə birgə sizə üz gətirmişdir". ("Bihar əl-ənvar", c. 93, səh. 356.)
    Allahın ayı sizə üz gətirmişdir, lakin onun daxilində bərəkət, məğfiət və rəhmətlə dolu bir həqiqət vardır. Həzrət Peyğəmbər (s) bunları müşahidə edirdi.
    Bizim batinə elmimiz olmadığı üçün çoxlu fürsətləri itiririk və səadət bədbəxtliyə çevrilir.
    Peyğəmbər (s) sonra buyurdu:
    Bu ay Allah yanında ayların ən yaxşısıdır. Bu ayın günləri ən dəyərli günlər, gecələri ən gözəl gecələr, saat və anları ən üstün saat və anlardır.
    Bu həqiqətlərə çatmaq üçün gərək Peyğəmbərin (s) ardınca gedək.
    Möləvi deyir:
    Başdan-başa eşidən və gözdür o nəbiyy
    Onun rəhməti süd verən biz isə uşaqğıq.
    Əgər biz də pərdədən qırağa çıxa bilsək, bütün varlığımız gözdür. Önü-arxası yoxdur. İnsanın gözünü nəfsi istəklər və haram ardınca getmək kor edir. Onun rəhməti süd verən biz isə uşaqğıq. Allah Öz Peyğəmbərinə (s) belə buyurur:

    "وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِلْعَالَمِينَ"

    "Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik". ("Ənbiya" surəsi, ayə 107.)
    Gətirdiyi göstərişlərlə aləmdə Allahın rəhmətini idarə edir. Bütün aləm Peyğəmbərin (s) uşağıdır.
    Mütəal Allah Quranda Peyğəmbərə (s) buyurur:
    "أَلَمْ يَجِدْكَ يَتِيمًا فَآوَىٰ وَوَجَدَكَ ضَالًّا فَهَدَىٰ"

    "Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?! Sənin şaşqın vəziyyətdə tapıb yol göstərmədimi?!" ("Zuha" surəsi, ayə 6-7.)
    Yəni Özüm sənə atalıq etdim, Öz sifətimdən sənə verdim. Ayənin başqa təfsirinə görə; yəni səni bənzərsiz tapdım və bütün aləmi sənin ixtiyarında qoydum. Sən aləmin atasısan. Dünyada nə qədər səs-küy salsalar da yenə bəşərin vəliyyə ehtiyacı vardır. Bəşər yetimdir və tərbiyə olunmaq üçün kamil insana ehtiyacı vardır.

    "الْحَمْدُ لِلَّهِ الَّذِي أَنْزَلَ عَلَىٰ عَبْدِهِ الْكِتَابَ وَلَمْ يَجْعَلْ لَهُ عِوَجًا"

    "Həmd olsun O Allaha ki, Kitabı heç bir əyriliyə (yanlışlığa və ziddiyyətə) yol vermədən Öz bəndəsinə (Muhəmmədə) nazil etdi! ("Kəhf" surəsi, ayə 1.)
    İnsanın tərbiyəsi üçün də gərək onun başının üstündə heç bir əyriliyə yola verməyən bir tərbiyəçi dayansın.
    Peyğəmbər (s) Ramazan ayının həqiqəti üzərindən pərdəni götürərək buyurur:
    "Bu ayda sizlər Allah qonaqlığına dəvət olunub kəramət əhlinə çevrilmisiniz".
    Bu sizin kəramətinizin əlamətidir ki, Allah sizi qonaqlığa dəvət etmişdir. Əgər ev sahibi səni özü dəvət edibsə, sənəə dəyər vermişdir və sənə qarşı məhəbbəti vardır.
    Bu qonaqlıqda gərək özünü tapasan. Ona görə də Peyğəmbər (s) buyurur:
    "فَاسْأَلُوا اللَّهَ رَبَّكُمْ بِنِيَّاتٍ صَادِقَةٍ وَ قُلُوبٍ طَاهِرَة"

    "Bu ayda pak niyyətlər və pak qəlblərlə Allahdan istəyin". ("Əl-əmali", Səduq, Əl-nəss, səh. 93.)

    "أَنْ يُوَفِّقَكُمْ لِصِيَامِه‏ وَ تِلَاوَةِ كِتَابِهِ "

    "Sizə oruc tutmaq və Kitabını oxumaq üçün tövfiq versin".
    " فَإِنَّ الشَّقِيَّ مَنْ حُرِمَ غُفْرَانَ اللَّهِ فِي هَذَا الشَّهْرِ الْعَظِيم‏"
    "Bədbəxt insan o kəsdir ki, bu ayda özünü Allaha bağışlatdıra bilməyə".
    Peyğəmbər (s) xüsusi bir halda namaz vaxtını gözlədiyi üçün elə ki, namaz vaxtı olurdu, buyururdu: "Bizi rahat et, ey Bilal". ("Bihar əl-ənvar", c. 79, səh. 193.) Yəni, "Əllahu Əkbər" isnanın rahatlığıdır. Əgər insanın nəfsi və canı "Əllahu Əkbər" deməsə, insan "arxayın nəfs"ə yetişmir.
    Mirza Cavad Ağa Məliki Təbrizi (rh) oruc tutanları üç dəstəyə bölür:
    1. Ümumi oruc. Bu həmin fiqhi orucdur və oruc tutan yemək-içməkdən çəkinir. Bu surətdə oruc tutan əxlaqiyyata diqqət etmir. Bir qadın öz kənizini söyürdü. Peyğəmbər (s) onu öz yanına çağırtdırdı. Həzrət (s) su qabını ona uzadaraq su içməsini buyurdu. Qadın özünün oruc olduğunu dedi. Peyğəmbər (s) buyurdu: "Sən necə oruc tutmusan, halbuki, söyüş söyürsən". ("Mən la yəhzəruhu əl-fəqih", c. 2, səh. 438.)
    Buyurdu: "Nə qədər çoxdur ac qalanlar, nə qədər azdır oruc tutanlar".
    Əmir əl-möminin Əli (ə) buyurur:
    "طَلَبُ الْمَرَاتِبِ وَ الدَّرَجَاتِ بِغَيْرِ عَمَلٍ جَهْل‏"

    "Hər kis yüksək məqama çatmaq istəsə, lakin bunun üçün çalışmasa, bu onun nadanlığının nişanəsidir". ("Ğurərul-hikəm", səh. 435.)
    2. İkincisi, xüsusi orucdur və bu orucda gərək təqva göstərəsən.
    "أَفْضَلُ الْأَعْمَالِ فِي هَذَا الشَّهْرِ الْوَرَعُ عَنْ مَحَارِمِ اللَّه‏"

    "Bu ayda ən üstün əməl haramlardan çəkinməkdir". ("Əl-əmali", Səduq, Əl-nəss, səh. 48.)
    3. Xasdan xas oruc. Bu orucu tutanlar o kəslərdir ki, onların batinləri də orucdur. Allahdan qeyrisini öz batinlərinə buraxmırlar. Təkcə Allaha diqqət edirlər.
    Ramazan ayı insanın qəlbindən qapı açmaq üçündür. Əmir əl-möminin Əli (ə) buyurur:

    "صَوْمُ الْقَلْبِ خَيْرٌ مِنْ صِيَامِ اللِّسَانِ وَ صِيَامُ اللِّسَانِ خَيْرٌ مِنْ صِيَامِ الْبَطْن‏"
    Əgər qəlb orucuna çatmadınsa, ən azından dilin oruc olsun.
    Qəlb o vaxt oruc olur ki, "Allaha məhəbbəti daha qüvvətli" olasan. Qəlbi fəth edən məhəbbətdir.

    Hazırladı: Füruği-Tövhid Təhqiqat Qrupu
     
     
     
     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 3
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 12 Temmuz 2015 00:10 | İstifadəçi | Şərh yazdı
    ALLAHU MESSELI ELA MUHAMMEDIN VE ALI MUHAMMED
    Allah senden razi olsun bacim Uca Rebbimiz bu ayda etdiyimiz ibadetleri dualari qebul etsin bilerekden bilmeyerekden etdiyimiz gunahlari baqiwlasin her zaman Allahin rehmeti bizlerin uzerinde olsun Amin 

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Elya | Status: İstifadəçi Offline | 11 Temmuz 2015 21:30 | Redaktor | Şərh yazdı
    Ramazan ayi cox gozel aydir Ramazan ayinin bitmeyine az qalib men pis oluram istemirem bitsin Allah Muqeddes Ramazan ayinda tutdugumuz oruclari,etdiymiz dualari qebul etsin Allah bu ayda bizim gunahlarimizi bagislasin Amin.Allah senden razi olsun bacim Allah Ramazan ayina xatir dualarini qebul etsin Amin InsAllah.
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Huseynci Medine | Status: İstifadəçi Offline | 10 Temmuz 2015 17:39 | Redaktor | Şərh yazdı
     Sənsən Allah, Sənədir qulluğum, Səndədir çarəm, Səninlədir varlığım, Səni axtarar ruhum, Səni anar qəlbim, başqasına deyil, sənə möhtacam. Başqasını deyil, Səni çağıraram. Başqası yaradılmışdır, Sən Yaradansan. Başqaları davamsızdır, Sən daimsən və daim edənsən. Başqaları möhtacdır, Sən ehtiyacsızsan, ehtiyacları görənsən. Başqa İlah yoxdur, Sən Allahsan. Sən tayı-bərabəri və bənzəri olmayansan. Sənki bütün əksiksiz sifətlərin sahibisən, cəmalına çevir üzümü, başqasına rəğbət etdirmə qəlbimi. Allahim and verirəm izzət və cəlalına bütün Kərbəla aşıqləri tezliklər Kərbübələya qovussun. Allah səni tezliklə Kərbəlaya zəvvar eləsin bacim. Əllahummə səlli əla muhammədin və ali muhamməd

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.