Yaxşı olar ki, İmam Zamanla (ə) əlaqə yaratmaq üçün qeyd edəcəyimiz ziyarətnaməni daim oxumaq, Peyğəmbər (s) və onun əhli beytinə salam və salavat lazımdır. Yə`ni hər gün və ya heç olmasa, həftədə bir dəfə duanın mə`na və məzmununa diqqət yetirməklə oxumalı, sağ əlimizi İmam Zaman (ə)-ın əli, sol əlimizi isə öz əlimiz fərz edərək bir-birinin üzərinə qoyub, sanki onunla bey`ət etməliyik. Beləcə, onunla mə`nəvi və ya zahirdə görüşənədək bey`ətə sadiq qalmalıyıq. Həmin ziyarətnamə belədir: