Yuxu yozmalari-U hərfi üzrə
ULDUZLAR
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda ulduzlar doqquz yerə yozulur:
1.Fəqihlər. 2.Alimlər. 3.Qazılar. 4.Xəlifələr. 5.Vəzirlər. 6.Yazıçılar. 7.Xəzinədarlar.8.Cəngavərlər. 9.Şagirdlər.
Həmçinin əgər bir şəxs yuxuda ulduzlara yol tapdığını görsə, belə şəxslərlə əlaqəsi yaranacaq və onların vasitəsilə yüksək mənsəb və ali məqama ucalacaq».
UD (yandırdıqda xoş iy verən bitki)
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda ud görmək dörd yerə yozulur:
1.Şirin söhbət və yaraşıqlı bir kişi. 2.Böyük və pərhizkar padşah. 3.Mədh, səna. 4.Mal, mənfəət».