Həzrət Əlinin (ə) bəyanında alimlərin bölgüsü
Əli (ə) alimləri dərəcələrə ayırıb, dəstələrə bölərkən belə buyurur: Alimlər iki dəstədirlər:
Birinci dəstə öz bildiklərinə əməl edib nicat taparlar.
İkinci dəstə isə elmlərinə əməl etmədikləri üçün həlak olarlar və şübhəsiz, cəhənnəm əhli əməlsiz alimin pis iyindən əzab çəkər. Bilin ki, cəhənnəmdə ən peşman, ən həsrət çəkən şəxs o şəxsdir ki, başqalarını Allah yoluna dəvət edər və onlar da bu dəvəti qəbul edib, Allaha itaət edərlər. Sonra Allah onları cənnətə daxil edər, amma dəvət edəni ‒ öz elminə əməl etmədiyi üçün ‒ cəhənnəmə salar («Biharul-ənvar», cild 2, səh. 34.).
Hədisi-qüdsidə Allah-təala həzrət Davuda xitab edərək buyurur: «Əməlsiz alimə verəcəyimiz ən kiçik əzabımız, yetmiş əzabdan daha ağır olacaqdır. O da budur ki, münacatımın şirinliyini onun ürəyindən xaric edərəm. Bundan sonra bir də heç vaxt məni yad etməkdən ləzzət ala bilməz»(«Biharul-ənvar», cild 2, səh. 32.).
Kitabın adı: Axirət azuqəsi
Müəlllif: Doktor Misbah Yəzdi