» » Ruhani qardaşlara bir neçə tövsiyə


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Ruhani qardaşlara bir neçə tövsiyə
+4
Müəllif: Elya | 6-07-2017, 12:00 | Baxılıb: 635

 

 

Ruhani qardaşlara bir neçə tövsiyə

 

“Ruhani” dedikdə məqsədim din elmləri üzrə təhsil alan və ruhaniyə məxsus olan işlərlə məşğul olan, tələbə olub dini təhsil alan, ədəbiyyat, sərf, nəhv, məntiq, məani-bəyan (bunlar ərəb dili qramatikası elmləridir) kimi elmləri tədris etməklə məşğul olan, fiqh-üsul elmlərini tədris edən, haşiyə və risalə yazmaqla məşğul olan, mərcəyi-təqlid məqamına çatmış, dini vergiləri yığıb, aylıq təqaüdləri tələbələr arasında bölüşdürən, dini məsələlərə cavab verməklə, yaxud elmi hövzələri idarə etməklə məşğul olan, məntiq, fəlsəfə, irfan tədris edən, əxlaq dərsi deyən, moizə, xütbə, dini çıxışlar və rovzəxanlıq edən, hardasa imam-cümə olan, yaxud camaata pişnamazlıq edən və yaxud da kitab və məqalə yazmaqla məşğul olan kəslərdir. Bə’zi tələbələr də ömrünün axırına kimi heç bir ictimai məşğuliyyəti qəbul etmədən daim hövzə dərslərində iştirak edir, dərsə qulaq asır, beləliklə də həyatlarını davam etdirirlər. İmamın (ə) mübarək səhmindən ruzi kimi istifadə edirlər. Bu kimi şəxslər ruhani, elm əhli, xidmətçi, din mübəlliğləri hesab olunur, dolanacaqlarını əksər hallarda həmin yollardan və İmamın (ə) mübarək səhmindən tə’min edirlər. Onlar dini işlərlə məşğul olduqlarından xüsusi imtiyaz və ehtirama malikdirlər, camaat da onlara məhəbbət göstərir, onlar üçün nəzir-niyaz edir, iltimasi-dua edir, onlardan şəfaət gözləyir, onlara təbərrük və təvəssül edirlər.

Çox təəssüflə, camaatın nikbin olması, məhəbbət göstərməsi, eləcə də elm və alimlərin fəzilətindən nəql olunan hədislər bizim (ruhani təbəqəsinin) qəflətə düşüb qürur hissi keçirməyimizə səbəb olur. Özümüzü seçilmiş bir təbəqədən hesab edirik. Nəfsimizin saflaşdırılmasından, ruhumuzun təkamülə doğru aparılmasından qafil oluruq. Sanki, əlimizdə cəhənnəmdən azad olma bəraəti və behişt açarları bizim əlimizdədir və heç bir əmələ ehtiyacımız yoxdur. Qur’anla məşğul olduğumuzdan, hədis deyib dini elmləri yaydığımızdan hamımız özümüzü bu mərhələyə çatmış hesab edirik. Əlbəttə, islam nəzərindən elmin xüsusi dəyəri vardır və çoxlu hədislərdə elmin, alimlərin fəziləti bəyan edilir. Elmin özü də nəfsin təkamülə çatıb Allaha doğru seyr etməsində kömək ola bilər. Lakin bu şərtlə ki, əvvəla, qürbət qəsdi ilə olsun. İkincisi, əməllə yanaşı olsun. Alimlərin və elmin fəziləti barəsində hədislər olduğu kimi, fasiq və ya elminə əməl etməyən alimin də məzəmmət olunmasına dair çoxlu hədislər vardır.

İmam Cə’fər Sadiq (ə) Həfsə buyurdu: “ Ey Həfs ! Alimin bir günahı bağışlanınca , cahilin yetmiş günahı bağışlanacaqdır .”

O Həzrət (ə) başqa bir hədisdə isə belə buyurur: «İsa ibni Məryəm ( ə ) buyurmuşdur : “ Vay olsun pis alimlərə , ( cəhənnəm ) odu onlara necə də zəbanə çəkər !”»

İmam Məhəmməd Baqir (ə) “ Fəkubkibu fiha hum vəl - ğavun ” ( onlar və yolunu azanlar üzü üstə cəhənnəmə atılarlar ) ayəsi ilə əlaqədar buyurur: “ Onlar o kəslərdir ki , dildə ədalətdən dəm vururlar , amma ( əməldə ) onunla müxalifət etdilər .”

Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) Peyğəmbəri-Əkrəmdən (s.ə.v.v) belə nəql edir: “ Alimlər iki qismdir : Birincisi , öz elminə əməl edən alimdir . Belə alim nicat tapar . İkincisi isə elmini ( ona əməl etməyi ) tərk edənlərdir . Bunlar isə həlak olandır . Həqiqətən , cəhənnəm əhli elminə əməl etməyən alimin ( üfunətli ) iyindən əziyyət çəkərlər . Cəhənnəmdə ən çox həsrət və peşmançılıq hissi keçirən o kəsdir ki , birisini Allaha tərəf də ’ vət edər , həmin şəxs də onun sözünə qulaq asıb ( nəsihətlərini ) qəbul edər . Bunun nəticəsində də Allaha itaət edər . Allah da onu cənnətə daxil edər . Onu düz yola hidayət edəni isə , öz elminə əməl etmədiyi , həvayi - nəfsinə tabe olduğu və uzun - uzadı arzular etdiyi üçün cəhənnəmə daxil edər . ( Çünki ) həvayi - nəfsə itaət etmək insanı haqdan saxlayar , uzun - uzadı arzular isə axirəti yaddan çıxarar .”

Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) minbərdə xütbə oxuyarkən belə buyurdu: “ Ey insanlar ! ( Bir şeyi ) öyrəndiyiniz zaman ona əməl edin , bəlkə hidayət olunasınız . Öz elminə əməl etməyən alim öz cəhalətindən kənara çıxa ( ayıla ) bilməyən sərgərdan və qafil cahil kimidir . Üstəlik mən bilmişəm ki , ( elmi vasitəsilə ) onun əleyhinə olan dəlil , öz cəhalətində itib batan və sərgərdan qalan həqiqi cahil əleyhinə olan dəlildən daha əsaslı və daha böyük , onun peşmançılığı cahilin peşmançılığından daha çox davamlıdır . Heç birinin də insanlıq dəyər - qiyməti yoxdur . Şəkk etməyin ! Öz nəfsinə ən çox nəsihət edən şəxs Rəbbinə ən çox itaət edəndir . Özünü ən çox aldadan Rəbbinə ən çox qarşı çıxandır . Hər kəs Allaha itaət etsə , əmin - amanlıqda olar və müjdələnər . Hər kəs də Allaha qarşı çıxıb ona itaətsizlik etsə , xəsarətə düşüb peşman olar .”

İmam Cə’fər Sadiq (ə) Qur’andakı “ Allahdan , yalnız Onun alim bəndələri qorxar ” ayəsinin izahında buyurur: “ Alim o kəsdir ki , əməli sözünü təsdiqləsin . Hər kəsin əməli sözlərini təsdiq etməsə alim deyildir .”

O Həzrət (ə) yenə buyurur: “ Bizim dostlarımıza bizim tərəfimizdən salam çatdır və onlara xəbər ver ki , biz Allah hüzurunda dayanan zaman onları heç nədən ehtiyacsız edə bilməyəcəyik . Bu işdə yalnız əməlin faydası vardır . Onlar bizim vilayətimizə əməl və təqvadan başqa bir şeylə nail ola bilməzlər . Qiyamət günü ən çox həsrət çəkən o kəslərdir ki , dildə ədalətdən dəm vurub əməldə onunla müxalifətçilik etsinlər .”

İmam Cə’fər Sadiq (ə) yenə buyurur: “ İnsanlar arasında ən şiddətli əzaba düçar olanlar öz elmindən heç bir fayda aparmayan alimlərdir .”

Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: “ Xeyiri bilən , amma ona əməl etməyən şəxs çıraq kimidir . Camaat üçün işıq saçar , amma özü özünü yandırar .”

İmam Cə’fər Sadiq (ə) buyurur: “ Elm öyrənin . Elminizə əməl etməyincə , Alah elmin vasitəsi ilə sizə fayda yetirməz . Çünki alimlərin himmət və sə ’ yi rəiyyət ( onları hidayət etmək ), səfehlərin himməti isə ( elmi ) nəql etməkdir .”

O Həzrət (ə) yenə buyurur: “ Bir alimin dünyaya məhəbbət bəslədiyini görsəniz , öz dininizdə onu müttəhim edin . Çünki hər bir kəsin fikri - zikri sevdiyi şey barəsində olar .» Peyğəmbəri-Əkrəm (s.ə.v.v) belə buyurmuşdur: « Allah - təala Həzrət Davuda belə vəhy etdi : Mənimlə öz aranda ( yə ’ ni səni Mənə tərəf hidayət edəcək ) dünyaya məftun olan bir alimi qərar vermə ! ( Çünki o ,) səni Mənim məhəbbətimə aparan yoldan çıxarar . Bu kimilər Mənim mürid bəndələrimin yolunu kəsənlərdir . Mənim onlarla edəcəyim ən kiçik şey ( cəza ) budur ki , Mənimlə münacat etməyin şirinliyini onların qəlbindən çıxararam .»

Başqa bir hədisdə isə belə buyurur: “ Hər kəs alimlər arasında öyünmək , səfehlərə tə ’ nə etmək , yaxud camaatın nəzər - diqqətini özünə yönəltmək məqsədilə elm öyrənsə , Cəhənnəmdə öz yerini hazırlamış olur . Təkəbbür öz əhlindən ( ona layiq olanlardan ) başqasına aid deyil .”

Yenə buyurur: “ Hər kəs dünya mənəfəəti ( qazanmaq ) məqsədilə hədis öyrənsə , axirətdə onun heç bir payı olmaz . Hər kəs onunla ( hədislə ) axirət xeyri istəsə , Allah ona həm dünya xeyri , həm də axirət xeyri əta edər .”

Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) buyurur: “ Elm öyrənmək istəyənlər üç dəstədir . Agah olun sizi onların əlamət və xüsusiyyətləri ilə tanış edim . Onlardan bir dəstəsi cəhl və höcət aparmaq üçün elm öyrənirlər . Bir dəstəsi də elmi hiylə və məkrli işlər üçün öyrənirlər . Bir dəstəsi isə fiqh və əql üçün öyrənirlər .”

Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: “ Hər kəs Allah xatirinə bir elmi məsələ öyrənsə , camaat arasında təvazökarlığı , Allah qarşısında xofu , dində ciddiyyəti artar . Elmindən faydalanan belə şəxs gərək elm öyrənsin . Hər kəs elmi dünya ( məqamı , şan - şöhrəti və s .) əldə etmək , camaat yanında hörmət qazanmaq və sultanın yanına get - gəl etmək üçün öyrənsə , elmdən hər bir məsələ öyrəndikcə camaat arasında təkəbbürü , Allah qarşısında qüruru və dində zülm və cəfası artar . Öz elmindən ( düzgün istiqamətdə ) faydalana bilməyən belə şəxs gərək ( elm öyrənməkdən ) dayansın . Qiyamət günü öz əleyhinə olacaq dəlildən , peşmançılıq və xarlıqdan özünü saxlasın .”

Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) buyurur: “ Hər kəs özünü camaata imam ( rəhbər ) bilsə , gərək başqalarını öyrətməkdən öncə öz nəfsini öyrətsin . Onun özünü ədəbləndirməsi başqalarını ədəbləndirməsindən qabaq olmalıdır . Nəfsinin müəllimi ( elm öyrədəni ) və ədəbləndirəni başqalarına müəllimlik edib ədəbləndirməkdən daha artıq təqdirəlayiqdir .”

Allah-təala buyurur: “ Ey iman gətirənlər ! Nə üçün ( əməl ) etməyəcəyiniz şeyləri deyirsiniz ?! Etməyəcəyiniz şeyləri demək Allah yanında böyük günahdır .”

Yenə buyurur: “ Camaatı yaxşılığa əmr ( də ’ vət ) edir , özünüzü isə yaddan çıxarırsınız ?! Halbuki , siz Kitab oxuyursunuz . Əqlinizi işə salmırsınızmı ?!”

İmam Cə’fər Sadiq (ə) buyurur: “ Alimlərdən bə ’ zisi vardır ki , elmi ( yalnız ) yığıb toplamaq istəyir , amma onun yayılmasını istəmir . Bunlar cəhənnəmin birinci təbəqəsindədirlər . Bə ’ ziləri də moizə edərkən ciddiyyət göstərirlər , amma başqaları ona moizə etmək istəyəndə qəzəblənirlər . Bunlar cəhənnəmin ikinci təbəqəsindədirlər . Onlardan bə ’ ziləri də elmini sərvətlilərin , ə ’ yan - əşrafın ixtiyarına vermək istəyir və onu miskinlərə vermək istəmirlər . Bunlar da cəhənnəmin üçüncü təbəqəsindədirlər . Bə ’ zi alimlər də öz elmində zalımların , sultanların yolunu getmək istəyirlər . Əgər onun sözünə cavab qaytarılsa , yaxud əmrindən bir şeydə təqsirə yol verilsə qəzəblənərlər . Bunlar cəhənnəmin dördüncü təbəqəsindədirlər . Bə ’ zi alimlər isə yəhudi və məsihi hədislərini öyrənirlər ki , öz elmlərini və hədislərini çoxaltsınlar . Bunlar cəhənnəmin beşinci təbəqəsindədirlər . Bə ’ zi alimlər də “ məndən soruşun !” deyirlər . Bəlkə də dediyi sözlərindən bir kəlmə belə düz çıxmır . Allaha and olsun ki , onlar mükəlləfləri sevmirlər . Bunlar da cəhənnəmin altıncı təbəqəsindədirlər . Alimlərdən bə ’ ziləri də elmini mürüvvət və əql üçün yığırlar . Bunlar da cəhənnəmin yeddinci təbəqəsindədirlər .”

Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) buyurur: “Mənim belimi iki nəfər sındırmışdır : 1. Fasiq alim . 2. Cahil abid . Birincisi dili ilə öz günahlarının üstünü örtür , ikincisi isə öz ibadəti ilə cahilliyini ört - basdır edir . Fasiq alimlərdən və cahil abidlərdən uzaq olun ! Çünki hər bir fitnənin səbəbkarı bunlardır . Mən Peyğəmbəri - Əkrəmin ( s . ə . v . v ) belə buyurduğunu eşitdim : “ Ya Əli ! Ümmətimin həlak olması münafiq , əməlsiz və dildə alim olan şəxsin əli ilədir .”

O Həzrət (ə) yenə buyurur: “ Cəhənnəmdə bir dəyirman daşı vardır . Bilirsinizmi o nəyi üyüdür ?” Dedilər: “Ey Əmirəl-mö’minin, nəyi?” Buyurdu: “ Facir ( günah və fisq - fücur əhli olan ) alimlər , fasiq qarilər , zalım hakimlər , xain vəzirlər , yalançı ariflər . Cəhənnəmdə bir şəhər vardır ki , ona “ Həsinə ” deyilir . Soruşmursunuzmu ki , orada kimlər vardır ?” Dedilər: “Kimlər vardır, ey Əmirəl-mö’minin?” Buyurdu : “ Əhd - peyman pozanlar !”

Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: “ Agah olun ! Şər adamların ən şəri şər alimlərdir , xeyirlilərin də ( yaxşı insanların da ) ən xeyirlisi yaxşı alimlərdir .”

Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) buyurur: “ Alimin qəlbində səfehlik və qürur olmaz !”

Gördüyünüz kimi, bu hədislərdə bir neçə mühüm mətləbə işarə olunmuşdur. O cümlədən:

1.Hər kəs öz elminə uyğun əməl etməsə İmamların (ə) dilincə, ümumiyyətlə alim sayılmır və alimlər cərgəsində yaşasa da, camaat da onu alim hesab etsə də Qur’anda və hədislərdə tə’riflənən alimlər cərgəsində olmur.

2.Öz elminə əməl etməyən hər bir alim cəhənnəmdə ilahi əzaba düçar olacaq.

3.Elminə uyğun əməl etməyən alim eynilə cahil kimidir, hətta alim olduğu halda elminə əməl etmədiyindən daha artıq məs’uliyyət daşıyır və qiyamətdə ondan ən şiddətli şəkildə hesab alınacaqdır.

4.Fasiq və elminə əməl etməyən alimin əzabı cəhənnəmdə olan sair şəxslərdən daha artıqdır, hətta cəhənnəm əhli onun üfunətli iyindən əzabda, narahatlıqda olarlar.

5.Hər kəs dini elmləri dünyəvi məqsədlər xatirinə öyrənsə, qiyamətdə bu elmdən heç bir bəhrəsi olmayacaq.

6.Hər kəs bu məqsədlə elm öyrənsə ki, başqa alimlərə özünün elm və biliyi ilə öyünsün, yaxud səfehlərlə mübahisə etsin, yaxud elm vasitəsilə camaatı özünə doğru cəlb etsin, onun yeri cəhənnəm olacaq.

7.Hər kəs din alimi olmaq, dini mənsəblərdən birini qəbul etmək və camaatın rəhbəri olmaq istəyirsə, əvvəlcə özünü islah edib nəfsini, ruhunu rəzil xislətlərdən saflaşdırmalı, özünün əxlaq, rəftar və danışığını islama uyğun etməli, əməl vasitəsilə camaatı dinə də’vət etməlidir.

8.Sair dünya əhli kimi dünyaya, dünya malına vurğun olan alimlər haqq yolunu kəsənlərdir ki, özlərinin batil əməlləri, yaramaz əxlaq və danışıqları ilə camaatı Allah məhəbbətindən uzaqlaşdırırlar. Onlar dünyanın puç və ötəri gözəlliklərinə ürək bağlamışlar. İnsanlar özlərini alimə oxşadan bu cür şəxslərə aldanmamalıdır.

9.Əməlsiz elmin nəinki qiyamətdə insan üçün heç bir faydası yoxdur, üstəlik insanın həsrət və peşmançılığına da səbəb olur.

10.Alimlərin günahı cahillərin günahından çox gec bağışlanacaqdır. Alimdən bir günah bağışlanana qədər cahilin yetmiş günahı bağışlanacaqdır.

11.Elmini özündə saxlayıb başqalarının ixtiyarına qoymayan alim cəhənnəm əzabına düçar olacaqdır.

12.Camaata çox ciddi şəkildə moizə edən, lakin başqaları ona moizə etdikdə narahat olub kobudluq göstərən alim cəhənnəmə gedəcək.

13.Öz elmini ə’yan-əşrafların, sərvətlilərin ixtiyarında qoyan, lakin miskinlərin, kasıbların hidayət olunmasına heç bir nəzər yetirməyən alim cəhənnəmdə əzaba düçar olacaq.

14.Camaatla zalımlar və sultanlar kimi rəftar edən, onların sözündən çıxdıqda, yaxud səhlənkarlıq etdikdə əsəbləşən, onlarla qəzəblə rəftar edən alim cəhənnəmə daxil olacaq.

15.Elmi qüdrəti olmadığı halda fətva verməkdən ötrü özünün səlahiyyəti olduğunu hesab edən, elmindən artıq iddialar edən, camaatın cavabını zorla verən alim cəhənnəmdə əzaba düçar olacaq.

16.Fasiq alimlərin zərər və təhlükələri o qədər çoxdur ki, Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) buyurur: “ Fasiq alim mənim belimi sındırmışdır , çünki dili ilə özünü alim kimi göstərir , batini fasiqliyini gizlədir və camaatı aldadır , haqqı nahaq , nahaqı isə haqq kimi cilvələndirir .”

17.Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: “ Mənim ümmətim , fasiq alimlərin vasitəsilə həlak olar .”

Bu hədisləri qeyd etməkdə bunu çatdırmaq istəyirik ki, izlədiyimiz məsələdə elm əhlinin sair insanlarla fərqi yoxdur. Əksinə, onların daha artıq məs’uliyyətləri vardır. Əgər camaatdan nəfsin aludəliklərdən paklanması, saleh əməl görülməsi istənilibsə, elə bizdən də həmişə istənilmişdir. Əgər günahkarlıq, çirkin əməllər həlakətə, axirətdə bədbəxtçiliyə səbəb olursa, bu məsələdə alimlə qeyri-alim arasında heç bir fərq yoxdur. “İman və saleh əməl səadət, kamal və Allah dərgahına yaxınlaşmağın yeganə vasitəsidir” - deyilirsə, bu müddəa alimlər barəsində də zəruridir. Belə ki, camaatın bə’ziləri behiştə, bə’ziləri də cəhənnəmə getdiyi kimi, alimlərin də bə’ziləri cəhənnəmdə əzaba düçar olacaqlar. Deməli, əgər təzkiyə etmədən, nəfsi aludəliklərdən təmizləmədən, özümüzdə əxlaqi keyfiyyətləri icad etmədən, saleh əməl görmədən Allah dərgahına yaxınlaşmaq, behiştin yüksək dərəcələrində olmaq istəyiriksə, bu böyük bir səhvdir və bununla məğrur oluruq. Elm təklikdə bizi cəhənnəm əzabından qurtarıb, Allah dərgahına yaxınlaşdıra bilməz. Hökmən əməl də etmək lazımdır.

 

Kitabın adı: Nəfsin saflaşdırılması
Müəllif: Ayətullah İbrahim Əmini

 

 

 

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.