» » Təhsildə qəsdi-qürbət (hissə 1)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Təhsildə qəsdi-qürbət (hissə 1)
0
Müəllif: Fatimə Nuri Xuda | 14-09-2016, 19:00 | Baxılıb: 1 336

 

 

Təhsildə qəsdi-qürbət (hissə 1)

 

Oğul, (Allah sənə hər iki dünyanın xeyrini nəsib eləsin) təhsil alarkən Allaha qəsdi-qürbət edib niyyətində pak, qəlbini dünyanın çirkin fikirlərindən uzaq, özünü elmlərə yiyələnməyə hazır, nəfsi rəzil sifətlərdən təmizləməli və onu fəzilətli sifətlərlə bəzəməli, şəhvət və qəzəb qüvvələrini cilovlamalısan. Əhli-beytdən bizə çatan hədislərdə bu barədə çoxlu məlumatlar var. Həfs ibn Qiyas nəql edir ki, İmam Sadiq əleyhissalam buyurmuşdur: “Hər kəs elmi Allaha görə öyrənib ona əməl edərsə onun adı asimanlarda əzə-mətlə yad edilər: bu bəndə Allaha görə öyrənmiş, Allah xatirinə əməl etmiş və Allaha xatir öyrətmişdir”.
İbad ibn Suheyb Bəsrinin etdiyi rəvayətdə Həzrət belə buyurur: “Elmi öyrənənlər üç qismə bölünür, hər birini öz xüsusiyyətləri ilə tanı” birinci dəstə onu boşboğazlıq və yersiz mübahisə üçün, ikinci dəstə onu fırıldaq və hiylə üçün və üçüncü dəstə isə ona yiyələnmək və düşünüb dərk etmək üçün öyrənərlər. Birinci dəstə əziyyət və münaqişə edər, ləyaqətsiz adamların arasında söz açıb elm və helmdən danışar, zahirdə cilddən-cildə düşər amma onda təqvadan əsər-əlamət olmaz. Allah taala belələrinin burunlarını ovub zəlil edər. İkinci dəstə hiyləgər, lovğa və münafiqdir. Özü kimilərini aldadar, varlıların yanında təvazökarlıq göstərər, onların ən yaxşı varından yeyib dini əqidələrini zay edər. Allah həqiqi elmi onlardan alıb alimlərin sırasından kənara atar. Üçüncü dəstə isə həmişə əzab-əziyyət və zəhmətdədirlər, qaranlıq gecələrdə yerindən qalxıb, öz əbasına bükülüb Allahı çağırar, qiyamətin əzablarından lərzəyə gəlib zar-zar ağlayar və Allaha pənah aparar. Öz zamanında hamıdan ağıllı, həyatında çox ehtiyatlı olub heç kimə etibar eləməz. Allah onların özlərini və əqidələrini möhkəm və sarsılmaz edib, qiyamət günü də nicat verər”.
Suleym ibn Qeysin Həzrət Əli əleyhissalamdan nəql etdiyi rəvayətdə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) belə buyurur: “İki nəfər var ki, heç vaxt doymaz” dünyapərəstlə elm aşiqi. Hər kəs dünyadan ona nəsib olan halal malla razılaşarsa nicat tapar və hər kəs haram yollarla mal ələ gətirərsə həlakətə uğrayar. Lakin tövbə edib düz yola qayıdırsa həlakətdən qurtular. Hər kəs elmi öz əhlindən öyrənib ona düz əməl edərsə nicat tapacaqdır və əgər onu dünyası xatirinə öyrənərsə nəsib olduğu şey yalnız dünya olacaqdır”.
Əbu Xədicənin İmam Sadiq əleyhissalamdan nəql etdiyi hədisdə Həzrət belə buyurur: “Hər kim hədisləri-mizi (dini elmləri) dünyəvi mənfəətlər xatirinə öyrənərsə axirətdə ona bir şey nəsib olmaz və hər kim onu axirətdə xeyrini görmək məqsədilə öyrənərsə Mütəal Allah ona hər iki dünyanın xeyrini əta edər”.
Həfs ibn Qiyas İmam Sadiq əleyhissalamdan belə nəql edir: “Əgər görsəniz ki, bir alim daha çox sizin malınıza meyl göstərir, dininizi xətərdən qorumaq üçün ona etibar etməyin”. “Allah taala Davud peyğəmbərə vəhy edib dedi: Heç vaxt özünlə mənim aramda dünyaya məftun olmuş alimi vasitə qərar vermə ki, mənə olan məhəbbətindən səni ayırar. Belələri həmişə mənim müridlərimin yolunu kəsərlər. Onlara verəcəyim ən sadə cəzam budur ki, qəlblərindən münacatımın ləzzətini çıxararam”.
Səkuni nəql edir ki, İmam Sadiq əleyhissalam buyurmuşdur: “Peyğəmbər buyurur din alimləri nə qədər ki, dünyaya qoşulmayıblar peyğəmbərin əmanətdarlarıdır. Ondan dünyaya qoşulmağın mənasını soruşduqda Həzrət bunu onların “sultan”a tabe və saray əhlinə çevrilmə-ləri kimi məna etdi. Hər vaxt bu işi görsələr dininizi onların xətərindən gözləyin”.
Ribi ibn Abdullahın nəql etdiyi hədisdə İmam Baqir əleyhissalam belə buyurur: “Hər kəs elmi alimlərin sırasına girib özünü öyüb, fəxr etmək ya səfeh və nadanlara özünü göstərmək yaxud camaatı özünə tərəf cəlb etmək məqsədilə öyrənərsə indidən öz yerini atəş üçün hazırlasın. Çünki rəyasət və məqam öz əhlindən başqasına layiq deyildir”.
Oğul, məbadə elm öyrənəndən (dini hökmləri) və həqiqət sənə tam aydın olandan sonra günah edəsən. Çünki alimə həqiqət aşkar olduqdan sonra üzərinə düşən yük çox ağır və çətindir. Allah taala Qurani-Kərimdə buyurur: “Allahın yanında yalnız cəhalət və nadanlıq üzündən məsiyət edənlərin tövbəsi qəbul olacaqdır”
Sadiq əleyhissalam Həfs ibn Qiyasa buyurur: “Ey Həfs, alimin bir günahı bağışlananca cahilin yetmiş günahından keçəcəklər”.
Oğul, elm (dini) öyrənməyə başladıqda gərək özünə əməli saleh, dindar və təqvalı bir müəllim və ustad seçəsən ki, bundan qeyrisinin yolu azdırmamaq və zəlalətə salmamağına əmin olmaq olmaz. Burada İmam Sadiq əleyhissalamın bu ayə - “İnsan gərək yediyi təamına diqqət yetirsin” - haqqda verdiyi təfsiri bizim üçün gözəl dəlildir. Həzrət ayədə gələn təam kəlməsinin elmə işarə olunduğunu bəyan etmişdir.
Oğul (Allah səni xeyir işlərdə müvəffəq və pis əməllərdən qorusun) rəhmətlik Şəhid Saninin təlim-tərbiyənin yolları barədə yazdığı “Munyətil-murid” kitabına mütləq müraciət etməli və onun faydalı məsləhətlərindən istifadə etməlisən. Çünki düzgün yolla yerinə yetirilməyən əməl heç vaxt şəriət tərəfindən bəyənilmir. O kitabda gələn ən mühüm göstərişlərdən biri, əməli saleh olan alimlərin, məxsusən ondan dərs aldığın ustadın ehtiramı haqdadır. Şəriətə görə insana üç nəfər ata hesab olunur, onlardan biri də ona dərs vermiş ustadıdır.
Sabit ibn Dinar Sümali rəvayət edir ki, Həzrət Əli ibn Hüseyn əleyhissalam buyurmuşdur: “Ondan elm öyrəndiyin ustadın sənin üzərinə düşən haqqı belədir” onun və məclisinin ehtiramını saxlamalı, ona qulaq asıb, sözlərini maraqla dinləməli, səsin onun səsindən uca olmamalı, ondan bir sual soruşularkən cavab verməyib səbr etməli, dərs vaxtı məclisində başqası ilə danışmamalı, onun yanında qeybətə yol verməməli, birdən sənin yanında onu pisləyib təhqir etsələr onu müdafiə etməli, eyblərini örtüb, fəzilətlərini deməli, onun düşmənləri ilə oturub- durmamalı və dostları ilə də düşmənçilik etməməlisən. Əgər bu deyilənləri edərsənsə Allahın mələkləri şəhadət verərlər ki, məqsədində düzsən və elmi də Allaha xatir öyrənmisən”.
Amma səndən elm öyrənənlərin sənin üzərində olan haqqı belədir: bilməlisən ki, Mütəal Allah verdiyi elm və qiymətli xəzinəsi ilə səni onların dini işlərində məsul təyin edibdir. Əgər sən onları heç bir çətinliyə salmadan gözəl təlim-tərbiyə versən, Allah da öz fəzilini çoxaldar və əgər sən elmi onlara öyrətməyib, yaxud elmi öyrənməkdə çətinlik törədərsənsə Allah elmi sənin əlindən alar, qəlbindən elmin mənəvi gözəlliyini silər və onların ürəklərindən sənə qarşı olan məhəb-bəti yox edər.
Süleyman ibn Cəfəri rəvayət edir ki, İmam Sadiq əleyhissalam Həzrət Əli əleyhissalamdan belə nəql edir: “Alimin haqqı budur ki, ona həddən artıq suallar verməməli, ətəyindən çəkməməli, yanına daxil olarkən, kənarında bir dəstə adam əyləşmişsə hamısına salam verib, onunla xüsusi salamlaşmalı, arxasında yox, qarşısında əyləşməli, məclisində ona-buna göz ucu ya əllə işarə etməməli, sözlərinə müxalif olan başqalarının fikirlərini yersiz ortalığa atmamalı, onu uzun söhbətlərindən narahat olmamalısan. Alim xurma ağacına bənzər ki, meyvəsi yetişənə qədər gözləməlisən ta ondan bir şey sənin əlinə yetişsin”.
Oğul, (Allah səni əməli saleh alimlərdən eləsin) mütləq öz bildiklərinə əməl etməlisən, çünki elm o vaxt qiymət tapır ki, sonradan ona əməl olunsun. Elə bu cəhətdəndir ki, əməlsiz alimi barsız ağaca bənzədiblər. Bunu da yaxşı bil ki, insanın öz bildiklərinə əməl etməməsi sonradan öz başına çox böyük bəla açar. Bunu deyən çox gözəl demişdir: “Bütün bəndələr (Allahın hökmlərinə) əməl etməyə borcludular, lakin alimin haqqında bu təklif qətidir”. Mütəal Allahın Peyğəmbərin öz xanımları barəsində buyurduğu hökmü burada bir dəlil kimi misal göstərmək olar. O ayədə buyurur, “əgər onlar günaha mürtəkib olsalar əzabları iki bərabər və əgər itaətkar olub yollarını azmasalar başqa qadınlara nisbətdə savabları da iki bərabər olacaqdır”.
Süleyman ibn Qeys Hilalinin verdiyi mənbədə Həzrət Əmirəl-möminin Əli əleyhissalam Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən belə nəql edir: “Alimlər iki dəstəyə bölünürlər, bir dəstəsi öz elmlərinə əməl edib, nicat tapacaqlar, o biri dəstə isə bildiklərinə əməl etmədikləri üçün həlakətə uğrayacaqlar. Belə alimlərin murdar iyindən hətta cəhənnəm əhli də əziyyət çəkəcəklər. Cəhənnəm əhlindən ən çox peşman olub, həsrət çəkəni, o kəsdir ki, başqaları onun sözünə qulaq asıb behiştə daxil olacaq, özü isə öz elminin əksinə əməl edib, ehtiraslarına tabe və mənasız uzun arzularla ömrünü keçirdiyinə görə cəhənnəmə düşəcəkdir. Ehtiras-lara tabe olmaq adamı haqq yoldan uzaqlaşdırar, uzun arzular isə axirəti yaddan çıxarar”.
İsmayıl ibn Cabir nəql edir ki, İmam Sadiq əleyhissalam buyurmuşdur: “Elm ilə əməl bir-birinə bağlıdır, hər kim bilsə əməl edər, hər kim əməl etsə bilər. Elm həmişə əməli səsliyər, əgər cavab versə (yəni insan öz elminə əməl etsə) elmə sahib olacaq. Əgər belə olmazsa, elm heç vaxt qəlblərdə yer salmaz”.
Abdullah ibn Qasim Cəfərinin verdiyi mənbədə İmam Sadiq əleyhissalam belə buyurur: “Alim əgər öz elminə əməl etməzsə, yağış damcılarının saf daşın üzərində qalmayıb süzüldüyü kimi, onun da məsləhətləri ürəklərdə yer salmayıb süzülüb gedər”.
Əli ibn Hamim ibn Bureyd nəql edir ki, bir dəfə bir kişi İmam Səccadın əleyhissalam hüzuruna gəlib ondan müxtəlif şeylərin barəsində suallar soruşdu. İmam da onların hamısına bir-bir cavab verdi. O yenidən bu cür suallar verməyə başladıqda, İmam Səccad əleyhissalam dedi ki, bunda “İncil”də vardır. İkincisi, bildiklərinizə əməl etməyincə heç vaxt bilmədiyiniz şeylərdən soruşmayın. Əgər elmə əməl olunmazsa sahibinin fikirlərində küfrdən başqa bir şey oyatmaz və onu Allahdan da uzaqlaşdırar.
Nəql olunan rəvayətlərə görə, Həzrət Əli əleyhis-salam xütbələrinin birində belə deyirmiş: “Camaat, hər vaxt bir şeyi bilsəniz, ona əməl edin ki, ola bilsin hidayət tapasınız. Öz elminə əməl etməyən alim (dini hökmləri bilən şəxs) cəhalətdə qərq olmuş nadana bənzəyir. Onun üzərinə düşən hökm çox ağır və həsrəti də nadanınkından çox çəkəcəkdir, hər ikisinin axirət xurcunu boş olacaq və çox his çaşqın vəziyyətə düşəcəklər. Əsla bir şeyə şübhə ilə yanaşmayın ki, şəkkə düşərsiniz, şəkk etsəniz küfr edərsiniz, özünüzü boş buraxmayın ki, etinasız olarsız, haqqı yüngül tutmayın ki, ziyan görərsiniz. Haqq və həqiqətin şərti budur ki, onun barəsində diqqətlə düşünəsiniz və düşünüb dərk etməyin şərti budur ki, bildiklərinizə qürurlanmaya-sınız. Hər kim məsləhətə qulaq asıb öz qədrini bilərsə, Allahın ən itaətkar bəndəsi və hər kim nəticə çıxarmayıb özünü aldadarsa, onun ən günahkar bəndəsidir. Allaha itaətkar olan şəxsi aman və bəşarət, günahkar bəndəni isə, ziyan və peşmançılıq gözləyir”.
Abdullah ibn Məymun Əlqəddahın verdiyi mənbədə İmam Sadiq əleyhissalam öz babalarından belə nəql edir: “Bir kişi Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) hüzuruna gəlib ona belə dedi: -Ey Allahın rəsulu, elm nədir? Peyğəmbər buyurdu: -Sükut. -Daha nə? -Dinləmək. -Daha nə? -Yadda saxlamaq. -Daha nə? -Ona əməl etmək. -”Daha nə, ey Allahın rəsulu?”-dedikdə Peyğəmbər belə buyurdu: -Onu yaymaq və bilməyənlərə çatdırmaq.
Ey oğul, sənə vacibdir ki, elmi onun əhlinə öyrədəsən. Çünki məsum imamlardan bu haqda belə varid olub: “Elmin zəkatı budur ki, onu Allah taalanın bəndələrinə təlim verəsən.”
“Həqiqətən Allah taala cahillərə elm öyrənməyi vacib etməzdən qabaq, üləmadan elmi cahillərə öyrətmək haqqında əhd-peyman alıb”.
Bəli, başqa bir rəvayətdə gəlib ki, Həzrət İsa əleyhissalam Bəni İsrailə söylədiyi xütbəsində buyurub: “Hikməti cahillərə öyrətməyin ki, bununla ona (hikmətə) zülm edərsiniz və hikmət əhlini ondan məhrum etməyin ki, bu işinizlə onlara zülm etmiş olarsınız”.
Ey oğul, (Allah taala sənin ömrünü uzun etsin, səni istədiyi və bəyəndiyi şeylərə nail olmaqda müvəffəq etsin) gərək öz ömrünü sair elmlərin təhsili üçün lazım olan miqdarda sərf edəsən, amma ömrünün qalan hissəsini isə “Fiqh” (din) elminin təhsilinə sərf etməlisən. Çünki elmin qiymətli olmasına səbəb ona əməl etməkdədir. Əməlində möhtac olduğun şey yalnız fiqh elmidir. Fiqh elminin vasitəsilədir ki, Allah taalanın əmrləri müəyyən olur və əncam verilir, qadağan etdiyi şeylər məlum olur və onlardan pərhiz olunur. Çünki fiqh elminin mövzusu (onlar Allah taalanın hökmlərindən ibarətdirlər) ən şərafətli mövzular-dandır. Bundan əlavə fiqh elmi camaatın məişət işlərini, dini əsaslara uyğun olaraq tənzim edir. Bu elmin vasitəsi ilə insan kamala yetişər. “Məalimul-üsul” kitabının müəllifi fiqh elminin əhəmiyyətini sübuta yetirmək üçün dəlil gətirdikdə çox gözəl deyib: “Bizim (müsəlmanların) əqidəmizə görə haqq budur ki, həqiqətən Allah taala əşyaları müəyyən bir qərəz və məsləhət üzrə xəlq edib. Şübhəsiz, yer üzündə insan bütün cisimlərdən şərafətlidir. Beləliklə onu (insanı) yaratmaqda mütləq bir məsləhət vardır. Mümkün deyildir ki, bu qərəzdə insana zərər yetirmək məqsədi güdülsün. Çünki bu iş yalnız “cahil” və “möhtac“ olan bir şəxs tərəfindən baş verə bilər və Allah taala bu cür naqislikdən uzaqdır. Bəs məlum olur ki, bu qərəz insaniyyətə fayda verməkdən ibarətdir. Bu faydanın Allah taalaya qayıtması caiz və mümkün deyildir. Çünki Allah ona möhtac deyil və O, hər cəhətdən kamildir. Belə olan surətdə labüddür ki, bu fayda və mənfəət bəndəyə şamil olsun. Dünyəvi mənfəətlər həqiqətdə mənfəət olmadığı üçün təkcə çətinlikləri dəf etməyə görədir və onlara heç vaxt mənfəət adı vermək olmaz, bəzi şəraitlər müstəsnadır. 

                                                

Kitabın adı: Miratur-Rəşad (Hidayət güzgüsü)

Müəllif: Ayətullahül-üzma Əbdüllah Mamaqani

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 1
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Huseynci Medine | Status: İstifadəçi Offline | 16 Eylül 2016 00:15 | Redaktor | Şərh yazdı
Bu gun 15 sentyabr "BILIK GUNUDUR". Yeni mektebe qedem qoyan 1-cileri tebrik edirem. Elm oyrenmey 3 qisme bolunur insAllah telebe ve sagirdler 3cu desteden.elmi derinden yiyelenib dusunub derk edenlerden olarlar amin insAllah

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.