Mö’min fəqirlərin xüsusiyyətləri
Hədisdə mö’min fəqirlərin yeddi xüsusiyyəti qeyd olunur:
1. Aza razı olurlar − bə’zi yoxsullar daim sərvətli olmaq arzusu ilə yaşayırlar. Onlar imkan olan kimi dünya ne’mətlərinə əl atır və aza qane olmurlar. Hədisdə bu sayaq fəqirlər nəzərdə tutulmamışdır. O fəqirlərə məhəbbət Allaha məhəbbət sayılır ki, aza qane olur və dünya ne’mətlərinə göz dikmirlər.
2. Yoxsulluğa və aclığa səbr − bə’zi fəqirlər daim ah-nalə çəkir, Allahdan şikayətlənir, fəqir olduqları üçün Allaha e’tiraz edirlər. Amma elə fəqirlər də var ki, heç vaxt şikayətlənmir və öz fəqirliklərinə səbr edirlər. Onlar hətta öz fəqirliklərini gizlətməyə çalışır, ehtiyaclı olduqlarını başqalarına bildirmirlər. Əlbəttə ki, bu insanlar tənbəllik səbəbindən yox, hansısa başqa bir səbəbdən yoxsulluğa düçar olanlardır. Qur’ani-kərimdə oxuyuruq: "Onların halından xəbərsiz olanlar imkanlı olduqlarını güman edirlər.” Bu insanlar daim çalışırlar ki, başqalarına möhtac olmasınlar.
3. Ne’mətə şükr edərlər − Allah-təala bu insanlara bir ne’mət əta etdikdə Allahı yaddan çıxarmaz, daim ona şükr edərlər.
4. Aclıqdan və susuzluqdan gileylənməzlər − belə bir xüsusiyyət səbrin şərti və nəticəsidir. Səbirli insan heç vaxt ətrafındakılara öz aclıq və susuzluğundan şikayətlənmir.
5. Heç vaxt yalan danışmazlar − bə’zən yoxsullar başqalarından kömək almaq üçün yalana əl atırlar. Öz kiçik ehtiyaclarını böyük göstərir, dözülməz çətinlikdə olduqlarını bildirirlər. Onlar öz yalanları ilə başqalarında mərhəmət hissi oyatmağa çalışırlar. Fəqirlərin başqalarından yardım almaq məqsədi ilə yalan danışması təhlükəsi daha böyükdür. Amma Allahın məhbubu olan fəqirlər heç zaman yalan danışmırlar.
6. Allaha acıqları tutmur − fəqir səbirli və dözümlü olduğu vaxt vəziyyətindən şikayətlənmir, eləcə də Allahına acığı tutmur. Bəli, elə yoxsullar var ki, nəinki xalqın yanında özünü sındırmır, hətta qəlbində də Allahdan narazı qalmır. Onlar anlayırlar ki, Allahdan şikayət mö’minə yaraşmayan bir işdir.
7. Əllərinə bir şey gəldikdə sevinmirlər.
Kitabın adı: Dost diyarının yolçuları
Müəllif: Doktor Misbah Yəzdi