Fəqirlərlə dostluq
Me’rac hədisinin davamında oxuyuruq: "Ey Məhəmməd, ilahi məhəbbət həmin fəqirlərə məhəbbət və onlarla ünsiyyətdir.” Peyğəmbər sual verdi: "Fəqirlər kimlərdir?” Allah-təala buyurur: "Fəqir o kəsdir ki, aza qane olur, aclığa səbr, xoş hala şükr edir. Onlar aclıq və susuzluqdan şikayətlənmir, heç vaxt yalan danışmır, Allaha qarşı qəzəblənmirlər. Onlar əllərindən bir şey çıxdıqda kədərlənmir, əllərinə bir şey gəldikdə sevinmir, ey Məhəmməd, Mənə məhəbbət fəqirlərə məhəbbətdir. Fəqirlərlə yoldaş ol və sərvətlilərlə yoldaşlıqdan çəkin. Fəqirlər mənim dostlarımdır.”Hədisin ərəbi mətninin ilk cümləsini iki cür anlamaq olar: "Allaha məhəbbət elə fəqirlərə məhəbbətdir” və ya "Allah üçün olan məhəbbət elə fəqirlərə məhəbbətdir.”
Kitabın adı: Dost diyarının yolçuları
Müəllif: Doktor Misbah Yəzdi
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.