Allah zikri ilə ilahi məhəbbət arasındakı əlaqə
+5
Müəllif:
Ewqi_Kerbela | 12-06-2015, 14:00 | Baxılıb: 1 562
Allah zikri ilə ilahi məhəbbət arasındakı əlaqə
Xatırlanması ona məhəbbətdən qaynaqlanır. Allaha məhəbbət artdıqca insan onu daha çox zikr edir. Bu bağlılığı adi dünyəvi işlərdə də təcrübədən keçirmək olar. Bir insan o birinə nə qədər bağlıdırsa, onun haqqında bir o qədər çox düşünür. Qarşı tərəfi dərin məhəbbətlə sevən bir insan heç zaman onu unutmur. Amma məhəbbət azaldıqca xatirələr də azalır və nəhayət, insan ilk öncə sevdiyi insanı yaddan çıxarmağa başlayır. Əksinə, daha çox xatırlama məhəbbəti də artırır. Ona görə də dünyada Allah zikrinə daha çox məşğul olanların ilahi məhəbbəti də dərinləşir.
Allah aşiqlərinin digər bir sevinci ilahi məhəbbətdir. Onlar ilahi məhəbbətsiz həyatdan ölümü üstün tuturlar. Onların qəlbini bu dünyada sevindirən yeganə şey ilahi məhəbbətdir. Ona görə də daim öz əməl və rəftarları ilə Allahın məhəbbət və razılığını qazanmağa çalışır, bu yolda mövcud olan maneələri aradan qaldırmaq istəyirlər.
Aşiq üçün ən böyük ləzzət odur ki, məhbubu ondan razı olsun. Adi dünyəvi məhəbbətlər də belədir. Birinə aşiq olan insan daim onun razılığı ardınca gəzir.
Bəli, xalis bəndələrin xüsusiyyətlərindən biri budur ki, daim Allahın razılığı haqqında düşünür və bu yolda çalışırlar. Allahın onlara qarşı məhəbbət və razılığının azalması qəlblərini pərişan edir. Onlar üçün ən ağır hal bu haldır. Ona görə də Allahın razılığını qazanmaq üçün daim sə’y göstərir, bütün əzab-əziyyətlərə dözürlər.
Kitabın adı: Dost diyarının yolçuları
Müəllif: Ustad Misbah Yəzdi
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.