» » Maraqlı bir mətləb


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Maraqlı bir mətləb
    +5
    Müəllif: Allahıma aşiqəm | 13-06-2015, 15:00 | Baxılıb: 1 321

    Maraqlı bir mətləb

    "Xüsran" sözünün lüğəvi mənası əsl sərmayənin məhv olmasına səbəb olan  ziyana deyilir. Elə bil, insan ömrü günəşin yandırıcı şüaları altında tez əriyib suya dönən qardır. Yalnız aralarındakı fərq bundan ibarətdir ki, suya dönmüş qarın damcıları yerdə qalır, amma insan ömrünün anları bir saniyə də olsun belə, geri qayıtmır.
    Buna əsasən, əgər bir kəs bir an belə qafil olarsa, elə həmin miqdarda da əbədi ziyana uğrayar. İnsanın gələcəkdə öz ömründən layiqincə istifadə etmək bacarığını fərz etsək belə, şübhəsiz, yenə də o keçmişi haqda aldadılmışdır. Çünki hər bir qabın özünəməxsus bir tutumda həcmi və hər bir anın öz hökmü vardır. Keçmişi bu məhdud zamanda heç yerləşdirmək olarmı? Bu, yalnız Allahın xüsusi mərhəməti əta olunmuş şəxslərə aiddir. Tutaq ki, tövbə edib sidq ürəklə Allaha tərəf qayıtdıq. Lakin tövbənin bağışlanmaqdan başqa bir təsiri yoxdur. Tövbə və istiğfar ilkin mərhələdə məqamın ucalmasına yox, yalnız əzabın aradan qaldırılmasına səbəb olur. Başqa bir sözlə desək, tövbə iftixar etmək üçün yox, cəhənnəm əzabını dəf etmək üçündür. Xoş o adamların halına ki, bütün anlardan və imkanlardan bol-bol faydalanır, hətta öz istirahət vaxtlarını elə tənzimləyirlər ki, yuxuları ibadət, nəfəsləri isə zikr hesab olunur. Peyğəmbər(s) mübarək Ramazan ayının oruc tutanları haqda buyurur: ".... Bu ayda yuxunuz ibadət, nəfəsləriniz isə zikr kimi hesab olunaraq əməlləriniz qəbul olunur." 
    Allah bəndələrindən yalnız bir dəstəsi ötüb-keçmişlərin yerini doldura bilərlər. Onlar Allah yolunun mücahidləridir, yəni onlar Allah yolunda şəhadətə yetməyi və özlərini təhlükəyə atmağı seçənlərdir. Çünki Allah yolunda şəhid olmaq Allaha tərəf ali dərəcələrə yetişmək üçün bir nərdivandır. Bu yolu seçən dəstə bağışlanmaqdan əlavə ötən çatışmamazlıqların yerini də doldurur, bir gecəlik fədakarlıqla və canından keçməklə yüz illik yolu bir anda qət edir, yəni var qüvvə ilə hər nə varsa, əmələ çevrilib Allah-təalanın dərgahına tələsir və orada bir dəstə himayəçinin müşayiəti ilə əbədi həyat, daimi ziyafətlə iftixar edir.
    Amma başqa adamların da tövbə və istiğfar vasitəsilə keçmişdə buraxdıqları  səhvlərin əvəzinin tamamilə verilməsini isə Allah bilir. Müəllifin nəzərincə, belə bir müvəffəqiyyətin hamıya nəsib olması çox çətin bir məsələdir.
    Ayə və rəvayətlərdən tövbə etməkdən əlavə Allahın mərhəməti və günahların  yaxşı əməllərə çevrilməsi də başa düşülür. Allah-təala «Furqan» surəsinin yetmişinci ayəsində buyurur: 
    "Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların  pis əməllərini yaxşı əməllərə çevirər..."
    Buna əsasən demək olar ki, tövbəkarlar öz tövbələri vasitəsilə keçmişdə  buraxdıqları səhvləri ödəmək üçün ümidvar ola bilərlər. Bəzi müfəssirlər (təfsir alimləri) buyurmuşlar ki, ayənin zahiri mənasından Allah-təalanın tövbə vasitəsilə keçmişlərin əvəzini ödəyərək qaranlıqları işıqlığa çevirməsi başa düşülür, yəni keçmişdəki pis əməllər pozulub, yerinə yaxşı əməllər yazılır. Lakin təfsirçilərdən bəziləri də belə yazılır:
    "Allah-təala tövbəkarı tövbə edəndən sonra çirkin əməllərdən qoruyub bir daha günaha qayıtmamaq üçün yaxşı əməllər görməyə müvəffəq edir.”
    Onların bir qismi belə düşünür ki, ayədəki "səyyiat" (günahlar) sözünün işlədilməsindən məqsəd tövbədən sonra yaxşı əməllərə çevrilən kiçik günahlardır, ancaq böyük günahlar isə tövbədən sonra bağışlanıb əfv olunur. Əllamə Təbatəbai bu ayənin təfsiri barədə müfəssirlərin rəylərini söylədikdən sonra günahların xeyir əməllərə çevrilməsi məsələsinə dair onların bir qisminin nəzəriyyəsini qəbul edir. O, bu qənaətə gəlir ki, ayə və rəvayətlər zahirdə tövbəkar şəxsin bəd əməllərinin saleh əməllərə çevrilməsini göstərir. Ayəni şərh edərkən belə bir nəzəriyyə söyləyir:
    "Günahın iki cəhəti vardır: baqi və fani. Onun fani cəhəti günaha batarkən insandan baş  verib tez də yox olan əməllərdir. Günahın baqi cəhəti isə insanın bağlandığı günahın insan ruhuna göstərdiyi pis təsirləridir. İnsan tövbə edən zaman tövbənin qəbul olunması ilə bütün bu təsirlər yox olur, yəni bədbəxtlik səadətə, zülmət nura çevrilir, çünki insan saflaşmayınca tövbəsi qəbul olunmaz.
    İmam Baqir (ə) buyurur: "Tövbəkar günahsız  kimidir." 
    Belə bir nəticəyə gəlirik ki, tövbə Allah-təalanın mərhəmətindən əlavə paklıq,  ucalıq mənbəyi, insan qəlbində şölənən ilahi nurdur, çünki o, günahları saleh əməllərə çevirir. 
    Lakin bu nəzəriyyəni (günahların yaxşı əməllərə çevrilməsi) qəbul etməklə belə keçmişlərin əvəzinin ödənilməsi məsələsi yenə də problem olaraq öz həllini tapa bilmir. Çünki bəhsimiz təkcə günah barədə deyil ki, tövbə ilə də həll olunsun. İnsan ömrünün hər dəqiqəsi, hər anı qiymətlidir. Əgər ondan istifadə olunmasa, insan heç vaxt düzəlməyən əbədi bir ziyana düşəcəkdir. Allah-təala bu ayədə keçmiş günahların ödənilməsini də vədə verməmişdir. Ömrümüzün hədər getmiş saatları bir daha qayıtmayacaqdır. Deməli, yuxarıda qeyd etdiyimiz kimi, çalışaq ömrümüzün hər bir dəqiqəsindən, hər bir anından düzgün istifadə edək. Çünki gələcək, ümumiyyətlə, keçmişə zəmanət verə bilməz, ona görə ki, heç bir qab öz tutumundan artığına qadir deyildir.
    Demək, xoş o adamların halına ki, öz ömürlərinin bütün anlarından əlverişli istifadə edir, hətta özünün istirahət vaxtlarını elə tənzimləyir ki, yuxuları ibadət, nəfəsləri isə zikr kimi hesab olunur. Həzrət Əli (ə) buyurur: "Qoçaqların yuxusu və iftarı nə gözəldir." 
    Yəni qoçaq adamların yeməyi də, yatmağı da dəqiqliklədir. Allah üçün yatırlar və Allah üçün də yemək yeyirlər. Onların nahar və yuxusu yenidən qüvvə toplayıb Allah və bəndələrinə xidmət etmək üçündür. Belələri heç bir işi həvayi-həvəs üzündən yerinə yetirmirlər.

    Kitabın adı: İslamda əxlaq
    Müəllif: Ayətullah Məhəmmədrza Məhdəvi Kani

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.