İmam Mehdinin (ə.f) vilayəti
Sual: 185. Vilayət nə deməkdir?
Cavab: "Vilayət” sözünün lüğət mənası yaxınlıqdır. Fəyyumi deyir: "Vəliyy” "fələs” sözü kimi yaxınlıq mənasını bildirir.(Misbahul-Munir”.)
"Əqrəbul-Məvariddə” deyilir: "Vəliyy” dedikdə bir fərd və ya şeyi ikinci fərd və ya şeyin yanında yerləşdirmək nəzərdə tutulur.("Əqrəbul-Məvarid”.)
Rağib İsfəhani deyir: "Və la” və "təvaliy” dedikdə iki şeyin arasında məsafə qoymadan onları yanaşı yerləşdirmək nəzərdə tutulur.”(Mufrədate-Rağib”, s. 523»)
İnsanların ilkin olaraq sözləri hisslərlə bağlı mənada bəyan etməsini nəzərə alaraq belə demək olar:
"Vilayət” sözü əvvəllər hissi yaxınlıq mənasında işlədilmişdir. Həmin vaxt bu sözə "mənəvi yaxınlıq” mənası verilmişdir. "Vilayət” sözü mənəvi yöndə işlədildikdə elə bir yaxınlığı bildirir ki, bu yaxınlıq müstəsna ixtiyar haqqı verir. Məsələn, meyyitin vəlisi onun mülkünü sərf edə bilər. Bu vilayət varislik haqqından doğur. Sağır üzərində vilayəti olan kəs onun işlərini idarə edə bilər. Allah-tәala öz bəndələrinin işinin vəlisidir. Yəni onların dünyəvi və axirət işlərini idarə edir. Allah möminlərin vəlisidir. Yəni onların üzərində xüsusi vilayəti var.
Demək, bütün variantlarda "vilayət” sözü yaxınlıq bildirir.("Əl-Mizan”, c. 6, s. 12.)
Başqa sözlə, vilayət elə bir yaxınlıqdır ki, aradakı pərdələr götürülür.(Əl-Mizan”, c. 5, s. 368.)
Beləcə, insan nəfsini ram etməklə, əldə etdiyi qabiliyyətlərlə, digər bir tərəfdən, Allahın lütfünə və ona yaxın məqama çatmaqla xalq üzərində vilayət məqamına yüksəlir. Vilayət məqamına yüksəlmiş şəxs ixtiyar qazanır və kimsə onun icazəsi olmadan nəzərdə tutulmuş işlərə qatıla bilmir. Bütün bunlar Allahın izn və iradəsi ilə baş tutur.
Sual: 186. İmamın təkvini vilayəti dedikdə nə nəzərdə tutulur?
Cavab: "Təkvini vilayət” dedikdə fərdin elə bir yaxınlıq və kamillik məqamına çatması nəzərdə tutulur ki, o Allahın izni ilə dünyanın, təbiətin işlərinə müdaxilə edə bilir. Təkvini vilayət ruhi və mənəvi bir kamillikdir. İnsan ilahi vəzifələrinə və şəri qanunlara əməl etməklə bu səviyyəyə qalxıb qeyri-adi işlər görə bilər. Təşrii vilayətdən fərqli olaraq təkvini vilayət insanın zəhmətləri sayəsində əldə olunur və onun bəzi mərtəbələrinə hamı çata bilər. İmam isə təkvini vilayətin ən uca mərtəbələrinə qalxır.
Təşrii vilayət isə sırf Allah tərəfindən əta olunan məqamdır. Bu məqam yalnız Allahın istəyi ilə verilə bilər.
Sual: 187. Təkvini vilayətin hansı nəticələri var?
Cavab: "Misbahul-Şəriət” kitabında deyilir: "Bəndəlik və Allaha yaxınlıq məqamı bir gövhərdir. Bunun nəticəsində insan
böyük qüdrət və bacarıq əldə edir.”(Misbahul-şəriət”.)
İlahi yaxınlıq məqamının bir sıra təsirləri var. Onlardan bəzilərini nəzərdən keçirək:
1. Nəfsə hakimlik – Allah-tәala buyurur: "Namaz insanı çirkin və pis işlərdən uzaqlaşdırır.”("Ənkəbut”, 45»)
2. Xüsusi baxış – İlahi yaxınlıq məqamının səciyyələrindən biri budur ki, insan qəlb səfası sayəsində xüsusi baxış əldə edir. O bu baxışla haqqı batildən seçir və heç vaxt azmır.
Quran buyurur: "Ey iman gətirənlər, əgər pəhrizkar olsanız, Allah sizə bir güc verər ki, bu güclə haqqı batildən seçərsiniz.”(Ənkəbut”, 29.)
3. Xülyalardan uzaqlıq – Bəndəlik yolunu gedənlər qazandıqları təkamül və qüdrət vasitəsi ilə bütün yayındırıcı fikirlərə, xülyalara qalib gəlir, ibadət vaxtı Allahdan qeyrisi haqqında düşünmürlər.
Əbu-Əli Sina deyir: "İbadət düşüncə qüvvələrinin tərbiyə növüdür. Allah qarşısında təkrarlanan ibadət insanın fikrini maddi aləmdən çəkib ərş aləminə yönəldir. İbadət nəticəsində düşüncə qüvvəsi ilahi fitrətə təslim olur və mütiləşir.”("İşarat”, c. 3, s. 370.)
4. Nəfsə qələbə - Təbiət aləmində ruh və bədən arasında qarşılıqlı ehtiyac mövcuddur. Amma bəzən ruh kamillik sayəsində ilahi yaxınlıqdan faydalanaraq bədəndən ehtiyacsız olur.
5. Təbiət aləminə müdaxilə - İbadət və ilahi yaxınlıq sayəsində nəinki insan bədənin hakimiyyətindən çıxır, hətta təbiət aləmi onun qarşısında mütiləşir. Allahın izni ilə belə bir insan təbiətin işlərinə qarışır, ondan bir sıra möcüzələr və kəramətlər görünür.
Sual: 188. İmamın təkvini vilayəti ola bilərmi?
Cavab: Məsum imamların, o cümlədən, həzrət Mehdinin (ə) təkvini vilayətini bir neçə müqəddimə ilə sübut etmək olar.
a) Quran Asəf ibn Bərxiya haqqında deyir: "Kitabdan biliyi olan kəs dedi: "Bir göz qırpımında onu sənin yanına gətirəcəyəm.
(Süleyman) Onu (taxtı) öz yanında dayanmış görüb dedi: "Bu Rəbbimin fəzlindəndir.”(Nəml”, 40.)
b) Digər ayələrdən məlum olur ki, Allah və kitabdan tam xəbərdar bir qrup peyğəmbərlə xalq arasında şahiddir. Allah-tәala buyurur: "Allahın və kitabdan elmi olanın Mənimlə sizin aranızda şahid olması kifayətdir.”("Rəd”, 43)
v) Quranda bu da bildirilir ki, Quran maarifinin mahiyyətini bilən yalnız pak insanlardır: "Paklardan qeyriləri onu əldə edə bilməzlər.”("Vaqe”, 79)
q) Quran "mutəhhərun” ("paklar”) təbirini özü açıqlayıb peyğəmbərlə birlikdə onun əhli-beytini nümunə göstərir. Buyurulur:
"Həqiqətən, Allah siz peyğəmbər ailəsindən bütün çirkinliyi uzaqlaşdırmaq istəyir...”("Əhzab”, 33»)
d) Ayədəki "əhli-beyt” ünvanını tanımaq üçün rəvayətlərə müraciət etmək lazımdır. Quranda buyurulur: "Sənə Quran göndərdik ki, göndəriləni ümmətə bəyan edəsən.”("Nəhl”, 44»)
j) Şiə və sünni rəvayətlərinə müraciət etdikdə görürük ki, "Təthir” ayəsində "əhli-beyt” dedikdə həzrət Peyğəmbər (s), Əli (ə),
Fatimə (ə), Həsən (ə) və Hüseyn (ə) nəzərdə tutulmuşdur.(Səhihe-Müslim”, c. 7, s. 130; "Səhihe-Tirmizi”, c. 5, s. 656.)
Belə bir nəticə əldə edirik ki, təkvini vilayət paklara əta edildiyindən və peyğəmbər əhli-beyti ən üstün paklıq nümunəsi olduğundan təkvini vilayətdən bəhrələnmişdir.
Bürəydə ibn Müaviyə deyir: "İmam Baqirdən (ə) "Rəd” surəsinin 43-cü ayəsi haqqında soruşdum. İmam buyurdu: "Ayədə yalnız biz nəzərdə tutulmuşuq. Peyğəmbərdən sonra ən fəzilətlimiz və üstünümüz Əlidir (ə).”("Kafi”, c. 1, s. 299)
Sual: 189. "Təkvini vilayət” "təfviz” (işin tapşırılması) deyilmi?
Cavab: Bəziləri elə güman edir ki, imamın təkvini vilayəti dünya işlərinin bütövlükdә imama tapşırılmasıdır. Belə bir əqidə tövhid əqidəsinə uyğun deyil. Quran yəhudiləri məhz bu sayaq əqidələrinə görə məzəmmət edir.("Maidə”, 64.)
Tövhid əqidəsini və Allahın iradəsi olmadan işlərin mümkünsüzlüyünü nəzərə alaraq təkvini vilayət haqqında belə demək olar:
Əvvəla, imam yalnız müəyyən işlərə qatışa bilər.
İkincisi, imamın qatıldığı təkvini işlər də digər işlər kimi Allahın iradəsindən asılıdır.
Sual: 190. Təkvini vilayət yalnız Allaha aiddirmi?
Cavab: Bəziləri iddia edirlər ki, Quran ayələri təkvini vilayətin yalnız Allaha aid olduğunu bildirir.
Qurani-Kərimdə buyurulur: "Onlar özlərinə Allahdan qeyrisini "vəliyy” seçdilər?! Hansı ki, "vəliyy” yalnız Allahdır. Odur ölüləri dirildən və Odur hər işə qadir.”("Şura”, 9.)
Digər bir Quran ayəsində buyurulur: "Sizin üçün Allahdan başqa "vəliyy” və yardımçı yoxdur.”("Şura”, 31.)
Bu və digər ayələrdən məlum olur ki, vilayət (vəlilik) əslində yalnız Allaha aiddir. Başqaları yalnız Allaha yaxınlıq və Onun