Yuxu yozmalari-O hərfi üzrə
ORUC
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda oruc olmağın on yozumu var:
1.Əzəmət. 2.Rəyasət. 3.Sağlamlıq. 4.Rütbə, mənsəb. 5.Günahlardan tövbə etmək. 6.Düşmən üzərində qələbə. 7.Ne`mətin artımı. 8.Həcc ziyarəti. 9.Cihada getmək. 10.Oğlan uşağına sahib olmaq.
Həmçinin yuxuda iftar etmək halal ruziyə, xeyirə və yaxşılığa dəlalət edir. Yuxuda orucunu bilərəkdən sındırdığını görən şəxs səfərdə çətinliyə yaxud xəstəliyə düçar olacaq. Əgər iki ay oruc tutduğunu görsə, günahlardan tövbə edəcək. Əgər müstəhəb oruc tutduğunu görsə, xəstəlikdən amanda qalacaq. Əgər bir il ardıcıl olaraq bütün günləri oruc tutduğunu görsə, tövbə edərək doğru yola qayıdacaq».
OVUC
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda ovuc görməyin altı yozumu var:
1.Sərvət. 2.Mal. 3.Rəyasət. 4.Övlad. 5.Şücaət. 6.Haram (qeyri-şəri) yolla evlənmək».