
Yuxu yozmalari-L hərfi üzrə
«LOĞMAN» SURƏSI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda «Loğman» surəsini oxuduğunu görənin xalq, hikmət və elmindən bəhrələnəcəkdir».
LAL
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda lal olmağın yeddi yozumu var:
1.Yoxsulluq. 2.Kefsizlik. 3.Kədər. 4.Güzəranda imkansızlıq. 5.Müsibət. 6.Malın azalması. 7.Dindarlıqda nöqsan. Həmçinin əgər lal bir şəxs yuxuda danışdığını görsə, işlərində açılış yaranacaq».
LƏL
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda ləl görməyin dörd yozumu var:
1.Qadın. 2.Kəniz. 3.Ne`mət. 4.Qız».
LEYLƏK
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda leylək görməyin dörd yozumu var:
1.Kəndli. 2.Qüdrətsiz, padşah. 3.Gözətçi. 4. Qərib, yoxsul adam».
LOĞMA
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda loğma, tikə görməyin üç yozumu var:
1.Öpüş vermək. 2.Ürəyəyatan söz. 3.Mənfəət».
LÖVHƏ
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda uşaq lövhəsi görməyin altı yozumu var:
1.Malın artması. 2.Oğlan. 3.Elm. 4.Hidayət. 5.Hökmranlıq. 6.Hikmət».