İmam Səccad əleyhissalamın Peyğəmbər (s)-ə göndərdiyi səlatü-salamı
2-ci dua
Həmd o Allaha məxsusdur ki, ötüb keçən ümmətlər içrə Muhəmməd (s)-in vücudu ilə bizə minnət qoydu və bizi bütün ümmətlərin sonu etdi, haqqı və həqiqəti inkar edənlərə, şahid tutdu, bizi nemət çoxluğu ilə az olanlardan çox etdi.
Pərvərdigara! Belə isə səlavat göndər o Muhəm-mədə ki, sənin vəhyinin əmini, sənin bütün məxlu-qatından üstün, Sənin qulların içrə ən üstün bən-də, rəhmət rəhbəri, yaxşılıqlar sərgərdəsi, bərəkət açarı idi. Necə ki, o canını Sənin əmri-nin icrası üçün zəhmətə saldıq, Sənin yolunda bədənini narahatlıqlara hədəf qərar verdi, qohumlarını sənə dəvətdə əldən düşdü, Sənin razılığın üçün öz tayfası ilə döyüşdü, dininin dirçəlməsi yolunda qohumluq tellərini qırdı, haq-qı inkar etdikləri üçün özünün ən yaxın qohumlarını özündən uzaqlaşdırdı, ən uzaq insanları dinini qəbul etdikləri üçün özünə yaxın etdi və yalnız Sənə xatir ən uzaq insanlarla dostluq etdi və onların özünə yaxını ilə düşmənçilik etdi. öz canını sənin dəvətini çatdırmaq yolunda yordu, Sonra dünyadan köçəcəyi yerə, yola düşdü. Onun istəyi bu idi ki, sənin dinini əziz etsin, kafirlərin əleyhinə yardım alsın, nəticədə düşmənlərinin əleyhinə iradə etdiyini davam gətirməsi ilə ələ gətirdi. Səndən kömək istəyib zəif olduğu halda
Sənin qüvvənlə kafirlərlə döyüşə qalxdı, işin sonunadək diyarlarında mübarizə etdi, nəticədə əmrin aşkar və sözün üstün oldu, hərçənd müşriklərin xoşuna gəlməsə də belə. Pərvərdigara, Sənin yolunda çəkdiyi zəhmətlərinə görə onu elə bir dərəcələrə çatdır ki, heç kəs onunla eyni məqamda ola bilməsin, heç bir mürsəl Peyğəmbər və müqərrəb mələk onun məqamına yetə bilməsin, şəfaətini ona vəd etdiyindən çox qəbul edib ona elan et. Sənin vədin mütləq yerinə yetir, ey əhdi vəfa olan, ey pislikləri bir neçə yaxşılığa çevirən ixtiyar sahibi, həqiqətən də Sən, böyük fəzl sahibisən!