» » İmam Hüseyn (ə)-ın əxlaqından bir neçə nöqtə


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 1

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2024    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İmam Hüseyn (ə)-ın əxlaqından bir neçə nöqtə
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 22-05-2015, 15:30 | Baxılıb: 1 960
     
     
    İmam Hüseyn (ə)-ın əxlaqından bir neçə nöqtə

    Mömini sevindirmək

    İmam Hüseyndən (ə) belə nəql olunur: "Həzrət Peyğəmbər (s) buyurdu: "Namazdan sonra ən üstün iş möminin qəlbini şad etməkdir. Əlbəttə günah işlə yox!”
    Bir gün imam itlə oturub çörək yeyən qulam gördü. Səbəbini soruşdu. Qulam dedi: "Ey peyğəmbər oğlu, pərişanlığım var, istəyirəm bu iti sevindirib, qəmdən qurtaram. Dərdim budur ki, yəhudi ağamın əsarətindən qurtarmaq istəyirəm.” İmam Hüseyn (ə) qulamın ağasına iki yüz dinar verib onu azad etmək istədi. Qulamın ağası dedi: "Qulam sənə fəda olsun, bu bağı da ona bağışladım.” Sonra pulları həzrətə qaytarmaq istədi. İmam da buyurdu ki, mən də bu malı sənə bağışladım.” Ağa dedi: "Hədiyyəni qəbul etdim və onu da qulama verirəm.” Hüseyn (ə) də buyurdu ki, mən də qulamı azad edir və bu malları ona bağışlayıram.” Ağanın zövcəsi gördüyü səhnənin təsiri altında İslamı qəbul etdi və dedi: "Mən də öz mehriyyəmi ərimə bağışladım.” Zövcəsinin ardınca ağa da İslamı qəbul etdi və evini zövcəsinə bağışladı.
    Bəli, bir addım atmaqla qul azad oldu, ehtiyacı ödəndi, kafir İslamı qəbul etdi, ərlə arvad arasında səmimiyyət yarandı!

    İnsanların ən kərimi

    Bədəvi bir ərəb Mədinəyə daxil oldu. O şəhərin ən kərim adamı haqqında soruşdu. Ona imam Hüseyni göstərdilər. Ərəb məscidə daxil olanda imam namaz qılırdı. Həzrətin qarşısında durub bir şer oxudu: 
    Qapınızda duran getmə ümidsiz, 
    Başdan-başa kərəm, səxavətsiniz.
    Atan zalımların qırdı qəddini, 
    Nurunuzda keçdik əzab səddini. 
    Həzrət ərəbə salam verib Qəmbərə buyurdu: "Hicaz malından bir şey qalıbmı?” Qəmbər dedi: "Bəli, dörd min dinar qalıb. Həzrət buyurdu: "Onu gətir, bu adama daha çox lazımdır.” Sonra mübarək ridasını çıxarıb dinarları ona bükdü və ərəb utanmasın deyə bacadan atdı. İmam belə bir şer söylədi
    Gəl götür bu malı bağışla bizi,
    Bundan artığına imkan  yox düzü.
    Əlimdə ixtiyar olsaydı əgər
    Ruzi yağdırardı başına göylər. 
    Ərəb malı götürüb əyləşdi və ağlamağa başladı. Həzrət buyurdu: "Bəlkə verdiklərim az olduğu üçün ağlayırsan?” Kişi dedi: "Ağlayıram ki, torpaq belə bir açıq əli kamına çəkəcək!”

    Borc

    İmam Hüseyn (ə) xəstəlik yatağına düşmüş Üsamə ibn Zeydi yoxlamağa getdi. Üsamə ardıcıl təkrarlayırdı: "Aman bu qəm-qüssədən!” İmam buyurdu: "Qardaşım, nə üçün pərişansan?” Dedi: "Altımış min dirhəm borcum var.” Həzrət buyurdu: "Onu ödəmək mənim öhdəmə.” Dedi: "Qorxuram öləm borcum qala.” Həzrət buyurdu: "Ölümündən qabaq onu ödəyərəm.” İmam dediyi kimi də etdi.
    Xidmət nişanəsi

    Kərbəla hadisəsindən sonra imam Hüseynin çiynində yara gördülər. İmam Zeynəlabidindən (ə) bu yara haqqında soruşdular. Həzrət buyurdu: "Bu dəri kisənin ağırılğından yaranıb. İmam bu kisədə dul qadınlara, yetimlərə və yoxsullara daim ruzi aparardı.”
    Müəllimə ehtiram

    Əbdürrəhman Səlmi imam Hüseynin (ə) övladlarından birinə "Həmd” surəsini öyrədirdi. Körpə atasına surəni qiraət etdiyi vaxt həzrət müəllimə min dinar və min qiymətli daş verib ağız dolusu xalis dür bağışladı. Həzrəti bu həddə bəxşişinə görə qınadılar. Həzrət buyurdu: "Mənim verdiklərim onun verdiyi ilə necə ölçülə bilər?!”

    Razılığımı qazan! 

    İmam Hüseynlə (ə) qardaşı Məhəmməd Hənəfiyyə arasında mübahisə düşdü. Məhəmməd həzrətə yazdı: "Qardaşım, mənim də sənin də atan Əlidir (ə). Bu cəhətdən nə mən səndən üstünəm, nə də sən məndən. Anan peyğəmbər qızı Fatimədir (s.ə.). Anamın dünya qədər qızılı olsa, fəzilətdə anana çatmaz. Məktubumu alanda yanıma gəl ki, razılığımı əldə edəsən. Çünki yaxşılıq etmək sənə daha çox yaraşır. Allahın salamı rəhməti və bərəkəti olsun sənə!” İmam Hüseyn məktubu oxuduqdan sonra qardaşının yanına getdi. Bir daha aralarında mübahisə olmadı.

    Azadlığın sonu

    Aşura günü imam Hüseynə təklif olundu ki, Yezidə tabe olub beyət etsin və onun istəkləri ilə razılaşsın. İmam buyurdu: "Həmd olsun Allaha, zəlil insanlar tək sizə əl uzatmaram. Savaş meydanında qovulan tək qaçmaram.” Sonra fəryad çəkdi: "Ey Allahın bəndələri! Hesab gününə inanmayan hər bir təkəbbürlüdən Rəbbimə və Rəbbinizə pənah aparıram!”
    Möhtackən məxluqa əl açmayan kəs
    Allah-təaladan alası əvəz. 

    Daha üstün salam

    Ənəs deyir: İmam Hüseynin (ə) yanında idim. Bir kəniz ona bir dəstə reyhan verib salamlaşdı. Həzrət buyurdu: "Allah yolunda azadsan!” Həzrətə dedim: "O sizə dəyərsiz bir reyhan dəstəsi verdi, siz bunun müqabilində onu azad etdiniz!” Həzrət buyurdu: "Allah bizi belə tərbiyə edib. Allah-təala buyurur ki, sizə salam veriləndə onu daha yaxşı şəkildə və ya verildiyi tərzdə cavablandırın; Şübhəsiz, Allah hər şeyin hesabını aparandır. Onu kənizlikdən azad etmək salamını daha yaxşı almaq idi!”
     
    İnsanın dəyəri

    Bir ərəb imam Hüseynə (ə) dedi: "Ey peyğəmbər övladı! Boynumda kamil bir diyə var və onu ödəməyə gücüm çatmır. Düşündüm ki, onu ən səxavətli insandan istəyim. Peyğəmbər əhli-beytindən səxavətlisini isə tanımıram.” Həzrət buyurdu: "Ey ərəb qardaş, səndən üç məsələ soruşacağam. Əgər birinə cavab versən ehtiyacının üçdə birini, ikisinə cavab versən ehtiyacının üçdə ikisini, üçünə cavab versən bütün ehtiyacını ödəyəcəyəm.” Ərəb dedi: "Sənin kimi elm sahibi mənəmi sual verəcək?” Həzrət buyurdu: "Bəli, cəddim peyğəmbər buyurub ki, dəyər mərifət ölçüsündədir.” Ərəb dedi: "Soruş, bilsəm deyərəm, bilməsəm sizdən öyrənərəm. Güc və qüvvət yalnız Allah tərəfindəndir.” Həzrət buyurdu: "Ən üstün əməl hansı əməldir?” Ərəb dedi: "Allaha iman.” Həzrət soruşdu: "Təhlükədən qurtuluş yolu nədir?” Ərəb dedi: "Allaha təvəkkül.” Həzrət buyurdu: "Kişinin zinəti nədir?” Ərəb dedi: "Səbirlə müşayiət olunan bilik.” Həzrət buyurdu: "Bu olmasa?” Ərəb dedi: "Səxavətlə müşayiət olunan sərvət.” Həzrət buyurdu: "Bu olmasa?” Kişi dedi: "Səbirlə müşayiət olunan yoxsulluq.” Həzrət buyurdu: "Əgər bu da olmasa necə?” Ərəb dedi: "Göydən şimşək enib belə bir insanı yandırsın! O bundan başqa şeyə layiq deyil!” İmam gülümsündü və min dinarlıq bir pul kisəsini ona verdi. Barmağındakı iki yüz dirhəmlik üzüyünü ona əta edib buyurdu: "Ey ərəb! Min dinarı borclarına ver, üzüyü dolanışıq xərci üçün sat.” Ərəb verilənləri alıb dedi: "Allah daha yaxşı bilir ki, risaləti kimə verir!”
     
    Kitabın adı: Əhli-beyt (ə)

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 22 Mayıs 2015 18:19 | İstifadəçi | Şərh yazdı
    Allaahin Salami ve Salavati olsun butun Peygenber (e.s) ve Ehlibeyte , Agamin bu gunku  kun munasibeti ile butun muselmanlari tebrik edirem , Allah  Agama xatir bizlerin gunaharini bagislasin ve axiretde Ehlibeyt  nokerlerinden qerar versin. Ellerin var olsun  culum cox  gozel  ve deyerli movzudur .

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Yusifi Zehra | Status: İstifadəçi Offline | 22 Mayıs 2015 15:38 | Administrator | Şərh yazdı
    Allaha ən yaxın mələklərin, yaratdığı ən əziz varlıqların və dərgahında ən sevimli həmd edənlərin etdikləri həmdlər qaədər Allaha həmd olsun. O Allaha ki, bizlərə İmam Hüseyn əleyhissalamı tanımağı nəsib etdi. Ağa, Allaha sonsuz şükür və həmd olsun ki, Səni bizə lütf etdi və həmd olsun ki, sonsuza qədər Hüseynçiyik və Hüseyni olaraq qalacağıq İnşAllah. Bu gün İmamət və vilayət səmasının 3-cü parlaq ulduzu əziz islam Peyğəmbərinin (s) "reyhanım" deyə buyurduğu nəvəsi mövla Əli (ə) və Fatimeyi-Zəhranın (s.ə)-nın gözünün nuru, ciyərinin parəsi, İmam Həsənin (ə) arxa dayağı, qəhrəman və şücayətli sərvər, misilsiz Kərbəla inqilabının banisi İmam Hüseyn ibni Əli (ə)-ın səadətli viladət günüdür. Bu münasibət ilə bütün İmam Hüseyn əleyhissalamın məktəbinin tələbələrini məxsusən İmam Zaman ağa (ə.f) olmaqla hər kəsi təbrik edirəm. Salam və təbrik olsun İmam Hüseyn əleyhissalama. İnşAllah vaxt olar bu 3 gözəl mövlud günlərini Allah-təala bizlərə də məzarları ətrafına qeyd etməyi nəsib edər. Amin Allah. Ya Rəbbim, Səndən üç mövlud gününün xatirinə, rəhmətin hörmətinə izzətinə xatir istəyirəm ki, duamızı qəbul et. Bizi Kərbəla-Məşhəd və bütün Əhlibeytin ziyarətini, qəbrlərinin ziyarətini dünyada sağ ikən həmişə, bu il və bütün illərdə nəsib et. Pərvərdigara aləmin, çağırışıma nəzər sal, bizə rəhm et, səsimizi eşit... Amin ya Rəbbəl aləmin. Allahı and verirəm öz izzəti-cəlalına, İmam Hüseyn əleyhissalama xatir İmam Zaman ağamızın (ə.f) zuhurunu təcil etsin. Möminlərin imanını kamil qədəmlərini İmam Hüseyn (ə) məktəbində sabit qədəm etsin. Zindan da olan qardaşların işinə fərəc əta etsin. Cəmi Əhlibeyt aşiqlərinə Kərbəlayi-Müəllanı nəsib-qismət etsin. Bizlərə dünyada Ağamızın ziyarətini, axirətdə şəfaətini lütf etsin İnşAllah. Bütün dünya müsəlmanlarının duasının qəbula yetməsi üçün Muhamməd və ali Muhəmmədə dildə zikr edərək, ucalı və bu mövlud gününə layiqli bir salavat zikr edək İnşAllah. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd və əccil fərəcəhum.
     
    Bayramınız mübarək!
    Ya Hüseyn can təvəllüdün mübarək!


    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.