Bunlardan kim saqqalını qırxıb?
Qum elm ocağının tələbəsi cənab Mənzur Hüseyn İlqari pakistanlı yazır:
Pakistanın «Sənd» şəhərinin zindan rəisi Qumda həzrət Mə`sumənin(salamullahi əleyha) hərəmində oturmuşdu. O, Pakistanda ədalətli, imanlı və tanınmış şəxslərdən idi. Bir çox mö`minləri dövlət zindanlarından azad etmişdi. O, öz şəhərində Ayətullah Şeyx Qulam Məhdi Nəcəfi və Ayətullah Seyyid Səmər Həsən Zeydidən dərslər almışdı. Mənə belə bir hadisəni nəql etdi:
1971-ci ildə həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) hərəmində oturub ziyarət və dua oxumaqla məşqul idim. O vaxt mən saqqalımı qırxdırmışdım. Birdən çöhrəsi nurani, uca boylu və əzəmətli bir şəxs mənim müqabilimdə dayandı. Mən onunla danışmağa cür`ət etmədim. Nəhayət, mənə dedi:
«Ey Mənzur Hüseyn! İman kəlməsini dilinə gətir.»
Mən iman kəlməsini dilimdə cari etdim.
Sonra məndən soruşdu:
«Kim sənə deyib ki, iman gətirməkdən ötrü bu kəlmələri deməlisən?» Cavab verdim: Həzrət Məhəmməd (səlləllahu əleyhi və alehi və səlləm). Soruşdu:
«De görüm Əmirəl-mö`minin Əli (əleyhissalam)-ın və imam Hüseyn (əleyhissalam) və bu hərəmin sahibi həzrət Əbul-Fəzl Abbasa(əleyhissalam)-ın vilayətinə iman gətirmisənmi?»
Dedim: Əlhəmdulillah! Bəli!
Dedi: «Bunlardan hansı biri saqqalını qırxıb?»
Mən cavab vermədim. Çox peşiman oldum. O, nurani şəxs zirehə tərəf getdi və gözdən itdi.
Kitabın adı: Qəməri Bəni Haşim Əbülfəzl Abbasın (əleyhissalamın) nurlu çöhrəsi
Müəllif: Əli Rəbbani Xalxali