Əməllərdən sual olunar
"Biharul-ənvar”ın 3-cü cildində nəql edilmişdir ki, qəbir sorğusundaəqidə məsələlərinə yaxşı cavab vermiş bir şəxsdən əməllər barədə soruşulanda, yenə də yaxşı cavab verdi. Xatırladıldı ki, bir məzlumu görüb fəryadına çatmadığın yadındadırmı?! Abrı, sərvəti əldən alınan o şəxsə kömək edə biləcəyin halda, dayandın. Bu sualın cavabında tutuldu. (Məzlumun fəryadına çatıb, kömək etmək vacib əməllərdəndir). Bir yerdə də öz vəzifəsinə əməl etmədiyindən, ona dedilər: "Sənin haqqında yüz taziyanə əzab hökm olunub.” Vurulmuş ilk taziyanə qəbrini alovla doldurdu. Bəli, bir vacib vəzifəni tərk etməyin nəticəsi belədir.
Məqsəd budur ki, deməyəsinizəməllərimiz doğrudur. Tutaq ki, əqidən düzgün oldu və bu düzgün əqidə ilə dünyadan getdin. Bəs əməllərin necə? İddia edə bilərsənmi ki, əməl baxımından qüsurlu deyilsən? Əgər mə”sum, günahsız şəxs "qəbrimdə Nəkir və Münkirin sualı üçün ağlayıram”deyərək nalə çəkirsə, mən və sən nə deyək?
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb