Əqidə və əməllərin sorğusu
Nədən sual olunduğunu bilməliyik. Qəbirdə əqidə və əməllərdən sual verilir. Deyirlər Rəbbin kim idi, Peyğəmbərin kim idi? Hansı dində idin? (Bu suallar yetkinliyə çatmamış uşaqları, divanələri, ağlıkəmləri çıxmaqla hər bir mö᾽mindən və kafirdən soruşulur.)
Həqiqi əqidəsi olanlar əqidələrini deyib, Allahın vahidliyinə, Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in risalətinə, Mə”sumların (əleyhimussalam) İmamətinə şəhadət verərlər. Əks halda isə, (həqiqi əqidəsi olmadıqda) dili tutular. Elələri də vardır ki, qorxudan mələklərə "sən Allahsan” deyərlər. Gah da cavab verərlər ki, camaat deyirdi ki, Mühəmməd peyğəmbərdir, Qur᾽an Allah kitabıdır (yə”ni, cavabın öhdəsindən gəlməzlər). Xülasə əgər insan cavab verə bilsə, yuxarı tərəfdən qapı açılar, qəbir göz işlədikcə genişlənər; yə”ni, bu şəxs Qiyamət oyanışınadək uzanacaq Bərzəx aləmində rahatlıq içərisindədir. ("Vaqiə”, 87) Ona deyərlər: "Yat, ərus yatışı ilə.” ("Vaqiə” 93)
Əgər suallara cavab verə bilməsə Bərzəx Cəhənnəmindən bir qapı açılar, Cəhənnəm nəfəsindən bir külək qəbrini oda çəkər (bu cümlələr eynilə rəvayətdən götürülmüşdür).
Kitabın adı:Məad
Müəllif:Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb