» » Bəhluldan bir xatirə


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Bəhluldan bir xatirə
+5
Müəllif: Fatimə Nuri Xuda | 9-05-2015, 16:00 | Baxılıb: 1 331
 
 
Bəhluldan bir xatirə

Gövhərşad məscidində baş verən hadisələrin qəhrəmanı olan Bəhlul otuz il müddətində Əfqanıstanda həbsdə olub. O uzun həyat (yüz ildən çox) sürmüşdür. Bəhlul belə nəql edir: "Mən uşaq vaxtlarımda anamla kənddən Xorasan şəhərlərindən birinə getmək istəyirdim. Bir fayton tutdum və şəhərdən xaric olduq. Yolda anam namaz vaxtı olduğu üçün fayton sürücüsündən faytonu saxlamasını istədi. Sürücü dedi: "Siz mənimlə şərt kəsməmişdiniz ki, yolda dayanacağıq. Mən də tələsirəm və dayana bilmərəm.” Anam dedi: "Onda biz düşürük.” Sürücü dedi: Necə cürət edirsiniz bu çöllükdə dayanıb namaz qılasınız.” Anam dedi: "Allah böyükdür.” Sürücü bizi düşürdüb, getdi. Anam heç bir nigaranlıq keçirmədən səhranın ortasında namaza başladı. Rahatcasına namaz qılıb təqibatı yerinə yetirdi. Mən nigaran idim ki, səhranın ortasında tənha bir qadınla nə edəcəyəm? Qəflətən anam əllərini göyə qaldırıb, minacat etdi. Çox çəkmədi ki, sanki yerin ortasından bir fayton çıxdı və sürətlə bizə doğru hərəkət etdi. Fayton yanımızda dayandı, sürücü dedi: "Kimsiniz, hara gedirsiniz?” Anam özünü təqdim edib, məqsədimizi dedi. Sürücü dedi: "Minin.” Biz çox rahat mənzilə çatdıq.”
Bəli, bütün işlər Allahın əlindədir. İnsan ilk vaxt namaz qılmaq vəzifəsini yerinə yetirir və Allah da bu cür nəvaziş göstərir. Bu çox şirin bir haldır ki, Allah öz övliyalarına mərhəmət göstərir. Buna görə də onlar heç zaman nigaran olmur və bütün işlərin yalnız Allahın əlində olduğunu anlayırlar. Bu həmin Allaha doğru azadlıq halıdır.
Lakin "qəlb gözünün baxış nuru ilə işıqlanması” cümləsini anlamaq bir az çətindir. Hamı bilir ki, insanda "görmək” adlı ruhani bir hal var. Fəlsəfədə bu hala "hüzuri elm” (əvvəlcədən verilmiş elm) deyilir. Məsələn, insan qorxarkən öz qorxusunu görür. Bu görmək zahiri gözlərlə yox, qəlb gözü ilə gerçəkləşir. Eyni zamanda qəlb gözü ilə görüntü çox güclü olur. Çünki bu görüntüdə heç bir nöqsan olmur.
Zələb Yəmani Həzrət Əlidən (ə) soruşdu: "Allahını görmüsənmi?” Həzrət buyurdu: "Görmədiyim Allaha heç zaman ibadət etmərəm.” Lakin Həzrət bu sözdən sonra dərhal əlavə etdi: "Gözlər Allahı əşyanı gördüyü kimi görə bilməz. Lakin qəlblər iman həqiqətləri ilə Allahı görür.”
Quranda buyurulur:  "Həqiqətən, zahiri gözlər kor deyil, lakin sinələrdəki qəlblər (qəlb gözü) kor olar.” Demək, insan qəlbi də görüb, yaxud görməyə bilər. Minacatın bu hissəsində oxuyuruq: "İlahi, qəlb gözümüzü Sənə baxmaqdan qaynaqlanan nurla işıqlandır. Yəni qəlbimizi elə et ki, Səni görsün və bu görməklə işıqlansın. Zahiri gözlər nəyisə görmək üçün öncədən görmə qabiliyyətinə malik olmalıdır. Əgər zahiri göz kor olarsa, "gözünün nurunu itirmişdir” deyilir. Lakin qəlb gözü Allaha baxmaqla işıqlanıb, pərdələri yarmalıdır. Çünki Allahla insan arasında belə bir görüş və ya baxışdan öncə müxtəlif pərdələr mövcud olur. Bu pərdələr nurani olsa da, lakin Allahla görüş üçün maneə sayılır. Beləliklə, Allahdan elə bir nur istəyirik ki, həmin nurani pərdələri də yarsın və nəticədə göz özü (nəinki nuru) əzəmət mədəninə çatsın.
Bir daha söz açdığımız mövzuya diqqət edək: Qəlb gözü əldə etdiyi nurla pərdələri yarır, onları keçir və əzəmət mədəni olan Allahın zatına çatır. Nəticədə canımız, ruhumuz Onun əzəmət və izzət nuruna qovuşur, Ondan asılı olur.
Bu mövzu zehnimizə tanış olmadığı üçün izaha ehtiyac var: Qəlb gözü nurani pərdələrin arxasından hicabları yarıb əzəmət mədəninə çatarkən ruhumuz Allahın müqəddəs izzətinə bağlanır, ondan asılı olur. Allahla insan rabitəsini izah etmək üçün istifadə etdiyimiz maddi misal işıq şüalarının işıq mənbəsi ilə olan rabitəsidir. Bu şüalar işıq mənbəsindən qaynaqlanır və özünü həmin işıq mənbəsindən asılı bilir. Bütün mövcudların Allahla rabitəsi həmin ətrafa yayılmış işıq şüalarının işıq mənbəsi ilə rabitəsi kimidir. İşıq mənbəsindən milyardlarla işıq zərrələri ətrafa səpələnir. Ətrafa yayılmış şüaların işıq mənbəsi ilə olan əlaqəsi kəsilərsə, dərhal şüalar məhv olacaq.
Biz insanlar adi halda yalnız öz nurumuzu görürük. Maddi əşyalar üzərində təcrübə apararkən kənarımızda olan nurları da görürük. Lakin özümüzün haradan peyda olduğumuzu düşünmürük. Çünki qəlb gözümüz kordur. Əgər qəlb gözümüz açılarsa, haradan gəldiyimizi anlayarıq.
Adi halda zahiri gözümüzlə bizdən dəfələrlə aşağı səviyyədə olan su, torpaq, bitki və bu kimi mövcudları görürük. Bu mövcudların bizdən zəif olduqları halda bizi yaşatdıqlarını güman edirik. Bəzən başqa insanlar işlərimizi görüb, çətinliklərimizi həll etdikdə belə deyirik: "Əgər filankəs olmasaydı, mən ölmüşdüm.” Lakin biz xəstəlikləri kəşf etməsi üçün ona şüur verən və qüdrəti bütün aləmi əhatə edən kəsi görmürük.
Beləliklə, minacatın bu hissəsində belə ərz edirik: İlahi, Səndən istəyirəm ki, Səni görməsi üçün qəlb gözlərimi açasan. O səni görməklə işıqlansın, mənimlə Sənin aranda maneə yaradan pərdələri yarsın, nur mənbəyini görsün və ruhunun həmin mənbədən asılı olduğunu, eyni zamanda Ona bağlandığını anlasın.
Bütün mövcudlar bir qayda olaraq Allaha bağlıdır. Lakin bu bağlılığı və onun necəliyini əqli dəlillərlə anlamaq olmaz. Yalnız Allah mərifət nuru verməklə insana 
bu halı göstərir. Nəticədə insan bütün nurani vasitələrin, o cümlədən Bədr savaşında nazil olan mələklərin yalnız vasitə olduğunu və bütün işlərin Allahın əlində olduğunu anlayır. Hətta dünyada baş verən sel və zəlzələ kimi hadisələr də!” De: Hər şey Allah tərəfindəndir.” "Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda yazılmamış olsun.” Hər şey Allahın ixtiyarındadır. Əgər acı hadisələrin baş verməməsini istəyiriksə, Allaha üz tutmalıyıq.
Beləliklə, Allah öz övliyalarına (nəinki hamıya) göstərir ki, vücudları və ruhları Ondan asılıdır və Ona bağlıdır. Hər kəs belə bir hal əldə edə bilsə, daha başqa heç bir şeyin həvəsində olmaz.
"İlahi vəcəlni mimmən nadəytəhu fə əcabəkə və la həztəhu fəsəiqə licəlalikə fənacəytəhu sirrən və əmilə ləkə cəhrən”
"İlahi, məni o şəxslərdən et ki, Sən onu səslədin və o Səni qəbul etdi; Sən onu nəzərdən keçirdin və o Sənin cəlal dərgahında heyrətləndi, bihuş oldu; onunla gizlicə minacat etdin və o səninçün aşkar əməl etdi.”
"Şəbaniyyə” minacatının bu hissəsi əvvəlki hissə kimi indiyədək izah olunmuş yüksək maariflərdəndir.
Allaha  baxış vasitəsi ilə qəlbin işıqlanmasını istədikdən sonra belə ərz edirik: İlahi, məni o kəslərdən et ki, onları səsləmisən və onlar Sənin çağırışına "ləbbeyk” demişlər... Əgər bu qədərlə kifayətlənsəydi güman etmək olardı ki, uyğun çağırış "ey iman gətirənlər” çağırışındandır və bizim istəyimiz qəbul üçün tövfiq əldə etməkdir. Lakin sonrakı cümlələrdən məlum olur ki, uyğun hissədə daha yüksək mənadan söz açılmışdır. Duada belə ərz edirik: Sənin əzəmət və cəlalın qarşısında heyran və bihuş olmuşlar!
Minacatın bu hissəsində işlədilmiş "səiq” kəlməsi Qurani-kərimdə həzrət Musanın (ə) Tur dağındakı əhvalatı münasibəti ilə də istifadə olunmuşdur. Həzrət Musa (ə) Allahdan belə istədi:  "Ey Rəbbim! Özünü mənə göstər, Sənə baxım!”95 Allah ona belə cavab verdi: "Sən məni əsla görə bilməzsən. Lakin bu dağa  bax. Əgər o yerində dura bilsə, Sən də məni görə bilərsən.”
"Rəbbi dağa təcəlla etdikdə onu parça-parça etdi. Musa da özündən getdi.” 
Qurani-kərim ayrı bir yerdə sur üfürülməsi barədə buyurur: "Sur üfürülən zaman göydə və yerdə olan bütün mövcudlar bihuş olacaqlar.”
Heç şübhəsiz, Quranda həzrət Musa ilə bağlı işlədilmiş "səiq” sözü bihuşluq mənasını bildirir. Quranda buyurulur: "O zaman ki, huşa gəldi dedi: Sən paksan” Lakin göydəki və yerdəki mövcudlar sur üfürüldükdən sonra qiyamətədək huşa gəlməyəcəklər.
İndi isə ərz edirik: İlahi, mənə nəzər sal və lütf et ki, əzəmətin və cəlalın qarşısında özündən gedən şəxslər kimi olum. Sən onlarla gizlicə raz-niyaz və minacat edirsən.
"Minacat” pıçıltıilə söhbət etmək mənasını bildirir. Belə bir hal ilahi övliyalar üçündür. Onlar özlərindən getdikdə Allahın pıçıltısını eşidirlər.
Bəzən Allah peyğəmbərlərlə söhbət edir. Bunun nə olduğunu biz dərk etmirik və belə bir iddiamız da yoxdur. Çünki təcrübə edilməyən şeyin nə olduğunu dərk etmək mümkün deyil. Yalnız demək olar ki, Allah peyğəmbərlərlə sirli şəkildə söhbət edir.  
Lakin Allah peyğəmbər olmayan bəndələrlə də söhbət edir. Bu Allahın ən böyük nemət və bəxşişidir ki, qiyamət günü gerçəkləşəcək. Möminlər müxtəlif dərəcələrinə əsasən bu nemətdən faydalanırlar. Kafirlər isə onu eşitmək həsrəti ilə yanasıdır. Qurani-kərimdə buyurulur: "Allah qiyamət günündə onları dindirməz, onlara nəzər salmaz...”
Yəni Allah onlara razılıqla baxmaz və mehribancasına söhbət etməz. Hansı ki, hər şey Allah qarşısındadır! Həzrət Əli (ə) buyurur: "Allah-təala tarix boyu müxtəlif zamanlarda növbəli şəkildə (bəlkə də peyğəmbərlər mövcud olmayan fasilələrdə) bəzi bəndələrlə söhbət etmiş, düşüncə və əql yolu ilə onların daxilinə pıçıldamışdır. Onlar düşüncələrinin, qəlblərinin dərinliyində sözlər eşitmiş, bu sözləri dərk etmişlər və özlərində agahlıq halı duymuşlar. Bu şəxslər qəflət halından xaric olmuşlar, onların qəlb gözləri və qulaqları ayıqlıq nuru ilə işıqlanmışdır. Buna görə də başqalarını qəflətdən oyatmağa çalışır və onlara ilahi günləri xatırladırlar.”100 Belə söhbətlər peyğəmbərə vəhydən fərqlidir. Bu söhbət əql və düşüncə yolu ilə baş verən daxili söhbətdir. (Əlbəttə, şeytan da bəzən insanlarla, hətta Allahın xüsusi bəndələri ilə buna oxşar söhbət edir. Beləliklə, biz fikrimizə gələn hər  bir şeyin ilahi pıçıltı olduğunu düşünməməliyik.)
Merac hədisində deyilir: "Ey Əhməd (bu həzrət Məhəmmədin səmavi adıdır) behiştdə mirvaridən bir qəsr var. Bu qəsr mirvari üstündən mirvari və cəvahir üstündən cəvahirdir. Bu mirvarilər və cəvahirlərdə heç bir düyün və çat yoxdur, onlar saf, şəffaf və bütövdür. Bu qəsrdə mənim xüsusi bəndələrim olur. Mən hər gün yetmiş dəfə onlara baxıram və hər dəfə onlarla söhbət edirəm. Hər dəfə söhbət edib nəzər saldıqda onların əhatəsi yetmiş dəfə genişlənir və hər mərtəbə daha yetmiş dəfə vüsət alır. Mənim sair bəndələrim behiştdə yemək və şərbətdən ləzzət alarkən bu xüsusi bəndələrim məni düşünməkdən və mənimlə söhbətdən ləzzət alırlar.”
Demək, behişt əhli və xüsusi bəndələr Allahın söhbətinə və nəzər salmasına etinasız yanaşmırlar. Onlar yalnız huri, qəsrlər, ağaclar və çaylar fikrində deyil. Əksinə, onlar üçün ən böyük ləzzət bütün yemək və şərbətlərdən üstün olan ilahi kəlamı eşitməkdir. Baxmayaraq ki, behişt nemətləri çox üstün nemətlərdir və əgər behişt şərbətlərindən  bir damla dünyaya düşərsə, onun qoxusu bütün dünyanı bürüyər.
Əziz Peyğəmbər (s) Allahdan bu insanların əlamətlərini soruşdu. Allah-təala buyurdu: "Onun gözünü öz cəlalıma doğru açaram. Qaranlıq gecələr və işıqlı gündüzləri onlarla minacat edərəm, qaranlıq gecə ilə işıqlı gündüz arasında heç bir fərq yoxdur. Bu minacatı o qədər davam etdirərəm ki, daha heç kəslə söhbət etmək istəməzlər. Onlar bu minacatdan o qədər ləzzət alarlar ki, daha məclislərə və insanlarla oturub-durmağa meyl göstərməzlər. İnsanlarla danışıb, onların suallarına cavab vermələrinə baxmayaraq qəlbləri ayrı bir yerdə olar.
Cismim bu arada, könlüm səfərdə,
Ayaqlar torpaqda, göz ayrı yerdə. 
Bəli, vəzifələrini yerinə yetirmək üçün insanlarla söhbət edər, onları eşidər və onlarla oturub-durarlar. Lakin onlara meyilli olmaz və qəlblərini məşuqa tapşırarlar.
Demək, Allahın elə bəndələri var ki, onlarla gecə-gündüz minacat edir. Merac hədisində buyurulur ki, onun qəlb gözünü öz cəlalıma doğru açaram. Bu minacatda da biz ərz edirik: Məni o şəxslərdən et ki, gözləri Sənin cəlalına doğru açılmış və Sənin əzəmətini, cəlalını görüb bihuş olmuşlar. Çünki insan gözlənilmədən uzun bir fasiləni qət etdikdə heyran olur və özündən gedir. Necə ki, əgər bir şəxsə gözləmədiyi və inanmadığı halda böyük bir mükafat verilərsə, heyran olub, özünü itirər. Mənəvi işlərdə də insan gözləmədiyi halda böyük bir dəyər əldə etdikdə aldığı ləzzətdən bihuş olur.
Merac hədisində buyurulur: "Cəlalıma doğru qəlb gözü açıldıqdan sonra qaranlıq gecələr və işıqlı gündüzlər onunla minacat edirəm.” Burada belə ərz edirik: Minacatdan hasil olmuş bihuşluqdan sonra başqa insanların anlamadığı şirin mətləbləri bihuş olmuş insana ərz edir.
Biz təlaşımızı artırmalı və ən azı belə həqiqətlərin mövcud olduğunu bilməliyik. Bilməliyik ki, Allah Öz bəndələri ilə bu səviyyədə əlaqə saxlayır. Aramızda qapalı həyat sürən belə bəndələr var! Rəvayətdə deyilir: "Heç zaman heç kəsə kiçik baxmayın. Yamaq vuran, hambal və süpürgəçi ilahi övliyalardan ola bilər.”
Sübhlər və gecələr dua edərkən, həccə gedərkən ibadətlə məşğul olarkən dünya nemətləri istəməklə kifayətlənməyək və duamızı ev, zövcə və dünya ilə məhdudlaşdırmayaq. Əksinə, əbədi nemətlər diləməli, ən əsası isə ilahi kəlam eşitmək və ilahi cilvəyə tamaşa etmək istəməliyik. Əgər insan günahları tərk edib, vacibləri yerinə yetirərsə, qarınqululuq, boş-boş danışmaq və bu kimi əməllərdən çəkinərsə, maddi behişt nemətlərindən istifadə edəcək. Qurani-kərim buyurur: "Bəyənib sevdikləri meyvələr və istədikləri hər cür quş əti ilə onların dövrəsində fırlanacaqlar.” Bu şəxslər eyni zamanda əvvəldə qeyd etdiyimiz kimi mirvari qəsrlərdə tükənməz ləzzətlərdən faydalanan xüsusi insanlardan olacaqlar. Bir çox mübahlar, caiz yeməklər və mübah sözlər bəzi dəyərlərdən məhrum olmağa, vəzifələri yerinə yetirməkdə süstlüyə, fiziki və mənəvi xəstəliklərə səbəb olur. Çox yemək nəticəsində bir çox xəstəliklər peyda olur. Qarınqulu insanlar öz düşüncə və fiziki enerjilərindən lazımı qədər istifadə edə bilmirlər. Bu şəxslər əmr be məruf (yaxşı işlərə dəvət) və nəhy əz münkər  (pisliklərdən çəkindirmə) üçün hövsələsiz olur, moizə eşidə bilmir və başqalarını moizədən faydalandırmağı bacarmır. Bu şəxslər nə öyrənə, nə də öyrədə bilir.
Əgər insan behişt nemətlərindən faydalanıb, ilahi cilvəyə tamaşa edib heyran olmaq istəyirsə, bütün bunların qiymətini ödəməlidir.
Rəvayətdə bildirilir ki, Allah-təala şə’nlərinə və şəxsiyyətlərinə uyğun olaraq öz bəndələrinə gündə yetmiş dəfə, bəzi rəvayətlərə əsasən otuz ildə bir dəfə, bəzi rəvayətlərə əsasən isə 30 min ildə bir dəfə cilvələnir və bu zaman onlar heyran olur, özlərindən gedirlər. Bəzən bu hal o qədər uzun çəkir ki, behişt zövcələri onların ilahi cilvələrə tamaşa edib duyduqları böyük ləzzətdən sonra hər şeyi unutduqları üçün şikayətlənirlər.
"İlahi və əlhiqni binuri izzikəl-əbhəci fəəkunə ləkə arifən və ən sivakə munhərifən və minkə xaifən mutəraqqibən ya zəlcəlali vəl-ikram”
"İlahi, məni çox sevinc doğuran izzət nuruna qovuşdur ki, Sənin haqqına arif olub, Səndən qeyrilərindən üz çevirim; Səndən qorxum və Səni nəzərdə saxlayım. Ey cəlal və kəramət sahibi!”
"Şəbaniyyə” minacatının sonuncu hissəsinə çatdıq. Əvvəldə dediyimiz kimi, adətən bəzi duaların mövzusu bir çox başqa dua və minacatlarda da təkrarlanır. Lakin bu minacatın şəffaf və aşkar mövzusuna çox az dua və minacatlarda rast gəlmək olar. Adətən, dua və minacatlarda günahlara diqqət, əfv istəmək və günahların yuyulmasına səbəb olan ilahi rəhmət mövzularına önəm verilir. Lakin bəzi minacatlarda çoxlarının diqqətindən yayınmış mövzular mövcuddur. Bizim kimi adi insanlar axirətdə ilahi əzabdan qurtulmağa və ya behişt mükafatlarına çatmağa çalışırlar. Lakin bəzi minacatlarda his olunur ki, ilahi övliyalar bütün bunlardan üstün işlər haqqında düşünmüşlər. Bunlardan biri də "Şəbaniyyə” minacatıdır. Bu minacatda "İlahi, mənə Sənə doğru kamil azadlıq əta et və qəlb gözlərimizi sənə baxış nuru ilə işıqlandır”, "İlahi, məni o kəslərdən et ki, Sən onu səslədin və o Səni qəbul etdi” kimi maraqlı cümlələr işlədilmişdir. Bu cümlələr "Şəbaniyyə” minacatını sair minacatlardan fərqləndirir və ona xüsusi dəyər verir.
Minacatın sonuncu hissəsində ilahi dərgaha ərz edirik: İlahi, məni öz nuruna qovuşdur.
Günaha qərq olmuş insanın ilahi nura qovuşmaq istəməsi bir növ təsəvvür olunmazdır. Lakin keçmişdə və indi bir çox insanların belə arzusu olmuş və onlar arzularına çatmışlar. Əgər belə olmasaydı, bu duaları oxumaq faydasız olardı.
Quranda buyurulur: "İnsan zəif bir mövcud yaradılmışdır.” Belə bir zəif mövcud elə bir məqama çata bilər ki, ilahi  nura qovuşsun.
İlahi nur sevinc doğuran ən gözəl nurdur. Bu nurda xüsusi təravət və sevinc mövcuddur. İzzət nuruna qovuşan şəxs yalnız məcazi təbirlərlə danışa bilər. Çünki uyğun kəlmələr, o cümlədən Allaha aid edilmiş nur kəlməsi məcazi mənada işlədilmişdir. ("Allah göylərin və yerin nurudur”) Çünki Allahın insana göylərlə və yerlə öz əlaqəsini bildirməsi üçün maddi aləmdə ən gözəl kəlmə "Nur” kəlməsidir. Beləliklə, Allah  özünü "Nur” kimi tanıtdırır. Allah nurdur. Lakin Allahın zatından olmayan və daha aşağı məqamlarda qərar tutan başqa nurlar da mövcuddur. Qurani-kərim buyurur:  "Onun nuru çırağı olan çıraqdan kimidir.” 
Məlum oldu ki, Allah-təalanın özünün nur olmasından əlavə onun başqa nuru da mövcuddur. Bu nur Onun məxluqlarının nuru hesab olunur. Beləliklə, Quranda, dualarda, elmi, əqli və ürfani mövzularda istifadə olunmuş təbirlər məcazi məna daşıyır və biz bu təbirlərin həqiqətini anlaya bilmərik.

Kitabın adı: Münacatın əzəməti
Müəllif: Mishab Yəzdi

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 1
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: firengiz | Status: İstifadəçi Offline | 9 Mayıs 2015 20:47 | İstifadəçi | Şərh yazdı
AY BACI NƏ GÖZƏL SÖZLƏRDİR,OXUDUQCA GÖZLƏRİM DOLDU...ALLAHU TƏALƏ BİZLƏRİN DƏ QƏLB GÖZLƏRİNİ ÖZ CƏLALINA DOĞRU ACSIN.AMİN YA RƏBBƏL ALƏMİN.EY YOXDAN VAR EDƏN RƏBBİM BİZLƏRİ HİMAYƏ ELƏ,İLAHİ ÖZ RƏHMƏT,MƏRHƏMƏT VƏ BƏRƏKƏTİNİ ÜZƏRİMİZƏ GÖNDƏR,İLAHİ BİZLƏRİ SATQIN,MƏNFUR,HƏR NÖV FİTNƏ FƏSAD,KƏMFÜRSƏT ŞEYTANIN İXTİYARINA BURAXMA,ONUN ŞƏRLƏRİNDƏN QORU.BÜTÜN ŞƏRR QÜVVƏLƏRDƏN QACIB,BÜZÜŞƏRƏK SƏNƏ SIĞINIRIQ.QƏBUL ET EY MUCİBU CƏLLƏ-CƏLALUH.AMİN AMİN AMİN.ƏZİZ BACIM GÜL SƏNDƏ BU DUALARIN İCİNDƏSƏN...ƏLHƏMDULİLLAH,ƏLHƏMDULİLLAH,ƏLHƏMDULİLLAH...

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.